Məhkəmə qərarları › İş №2(008)-826/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-826/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-826/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz”İB-yi tərəfindən ona (abonent kodu: **********00000) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 972( doqquz yüz yetmiş iki) manat məbləğində cərimənin silinməsi, həmçinin ödəmələrdən tutulmuş pulların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azəriqaz İB-nin əməkdaşları xx.xx.2018-ci il tarixində mərhum həyat yoldaşı Manafov Bahadurun adına qeyd edilmiş yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacını texniki baxış məqsədilə sökərək yeni bir qaz sayğacı ilə əvəzləmişlər. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunarkən, həmin əməkdaşlar M-47.00,M-2=6695.00 sayğac OFF rejiminə salındı və kamera vasitəsi ilə baxış keçirildi, dəlik aşkar edildi kimi akt tərtib etdilər, şifahi olaraq isə onun cərimə olunacağını bildirdilər. O, həmin əməkdaşların tərtib etdiyi aktın düzgün tərtib olunmadığını, sayğacın üzərində olan xüsusi plombun məhz həmin əməkdaşlar tərəfindən həmin vaxt qırılaraq aktda qeyd olunduğunu, belə olduğu halda sayğacda hər hansı deşiyin olmasının onun günahından olmadığını bildirmişdir. Məlumat üçün bildirmişdir ki, mərhum həyat yoldaşı ilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında eyni tarixli müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə yeni Smart tipli, G-4 markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı quraşdırıldı. O, yeni quraşdırılmış sayğaca ödəniş kartı almaq məqsədi ilə Asan Kommunal mərkəzinə müraciət etmiş və yeni kart almışdır.Lakin karta qaz yükləyərkən məlum oldu ki, onun hazırda istifadəsində olan smart kart sayğacı bloklanıb. Bu barədə Azəriqaz İB ilə əlaqə yaratmış və ona şifahi olaraq bildirdilər ki, 29/1710-02022/1-40№-li rəyə əsasən köhnə sayğacın çıxış plastmas borusu deşilmişdir və elə bu səbəbdən də 972 manat; Azəriqaz İB-nin ******* nömrəli, 31 oktyabr 2018-ci il tarixli itirilmiş təbii qazın hesablanması komissiyasının vermiş olduğu aktda itirilmiş təbii qaza görə hesabatda orta günlük iş rejimi və hesabat müddəti 180 gün qəbul edilməklə hesablanmış məbləğin ödənilməsi öz əksini tapmışdır. İtirilmiş təbii qazın hesablanması 16 dekabr 2017-ci il tarixli” SOCAR və Neft qaz elmi tədqiqat” İnstitutu tərəfindən hazırlanmış ”SOCAR”-ın vitse prezidenti Qurbanov tərəfindən təsdiqlənmiş, ARDNŞ-nin Nazirlər Kabineti ilə razılaşdırılmış sayğacsız istifadəyə görə qaz sərfinin hesablanması haqqında 1.4.4 saylı metodiki təlimata əsasən hesablanmalıdır. Onun təlimata əsasən abonentə 3 aylıq qaz sərfinin miqdarı qədər cərimə yazıla bilər. Göründüyü kimi burada da Azəriqaz İB aktların tərtibində qanunsuzluğa yol verir. Azəriqaz İB-nin Metrologiya Departamentinin, sənaye və məişət qaz sayğaclarının müayinəsi lobarotoriyasının 29 oktyabr 2018-ci il tarixli dövlət laborator yoxlaması haqqında tərtib olunmuş rəydə onlara aid olan hissədə qeyd olunub ki, sayğacın çıxış plasmas borusu deşilib və yivli birləşmələri korroziyaya uğramışdır. Sayğacın aşağı təzyiqdə keçən qazın həcmini qeydə almamasında, yaxud sayğacın klapanın deşik olmasında, yivli birləşmələrin korroziyaya uğramasında vətəndaşın günahı nədir. Əksinə olaraq o deyə bilər ki, Azəriqaz İB vətəndaşla bağladığı müqavilə şərtlərinə əməl etməyərək qazı aşağı təzyiqlə verməklə vətəndaşa xeyli miqdarda maddi ziyan vurur. Həmçinin də mən eyni orqanın tabeçiliyində olan labarator yoxlamanın nəticələrinə şübhə ilə yanaşır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş matriallarına əlavə edilmiş X2 məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2018-ci ilin oktyabr ayı üçün qalıq və aktlar üzrə 972 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt surətindən görünür ki, 29/1710-02022/1-40 saylı rəyə əsasən 1102A0**********21 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. Vİİ ЖГ 417507 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 ilə İddiaçı xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar . Az İİ 108193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent X1 istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 9720 kub metr hesablanaraq dəymiş zərər 972 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən **********00000 saylı abonentə hesablanmış 972 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən **********00v000 saylı abonentə qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar