Məhkəmə qərarları › İş №2(008)-8325/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8325/2021

08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8325/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbin dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 05.06.2015-ci tarixdə bir oğlan uşağını doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Ərizəçi 05.06.2015-ci tarixdə bir oğlan uşağı Bakı şəhərində ev şəraitində anadan olmuşdur. 21 saylı BXŞ-nın arayışına əsasən uşaq hal-hazırda sağlamdır.13.06.2019-cu tarixdə anadan olmuş bir oğlan uşağının doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi yazılı cavabında bildirdi ki, uşaq tibb müəssisəsindən kənarda doğulduğuna görə doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, onun X3 adlı bir tanışı ilə 2013-cü ildən 2015-ci ilin iyun ayınadək şəxsi münasibətləri olmuşdur. Onlar bir müddət təxminən 2014-cü il tarixindən 2015-ci il tarixədək Memər Əcəmi metrostansiyası deyilən yerə yaxın binadan kirayayə mənzil tutaraq birlikdə yaşamışlar. Onun həmin oğlanla münsibətinin olmasınından heç kimin xəbər olmamışdır. Təxminən 2014-cü ilin sonlarına yaxın onun səhhətində dəyişiklik olduğunun fərqinə varmış bu səbəblədə həkimə getmişdir. Xəstəxanada olarkən o, 16 həftədən böyük olan hamilə olduğunu öyrənmişdir. Onun hamilə olmasından özünün də xəbəri olmamışdır. O getdiyi xəstəxananın və getdiyi həkimin adını yadından çıxartmış və onun hamiləliyinə dair hər hansı bir sənədin o cümlədən şəkili yoxdur. Onu hamilə olduğu dövürdə heç kim görməmişdir. 05.06.2015-ci il tarixdə səhərə yaxın saat 4 radələrində onun evdə vaxtından tez doğuşu başlamış və doğuş prosesində yalnız anası və qonşuluğda olan qadın iştirak etmişdir. 05.06.2015-ci il tarixində o bir oğlan uşağı dünyaya gətirmişdir. Hal hazırda anası və onun doğuşunda iştirak edən qadın vəfat etmişdir. Onun anası xəstə olduğu üçün o yalnız uşağa 40 gün baxmış, daha sonra uşağı öz xalası olan Şahid2 Mövsüm qızına baxması üçün vermişdir. Uşağa Şəfiqə və onunla birlikdə yaşayan Şəfiqənin qızı Arzu baxmış onun qayğısına qalmışdır. Hal-hazırda da uşağ onlarla birlikdə yaşayır. Onun uşaqla hər hansı şəkili yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Ülkər onların anaları ilə birlikdə yaşayırdı, heç vaxt heç kimlə başqa evdə yaşamamışdır. Onun özü anasıgildən ayrı yaşasa da tez-tez anasıgilin evinə gedib gəlirmiş. O anasıgilə gedib gələrkən Ülkərin hamilə olduğunu hiss etməmişdir. 05 iyun 2015-ci il tarixdə o işdə olarkən anası ona zəng edərək bacısı Ülkərin bir oğlan uşağı dünyaya gətirdiyini bildirdi. Sonradan ona məlum oludu ki, doğum vaxtı anası olub, bir də qonşu olub. O, həmin vaxt işdə olmuşdur. Uşağı 40 günlüyündə başqa adama Şəfiqə adlı qadına vermişlər. Şəfiqə onların qonşusu olub. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalası qızıdır. O Ülkərin anasıgillə əvvəllər qonşu olmuşlar. Ülkəri hamilə vaxtı iki dəfə görmüşdür. Ülkər hamilə olarakən onlara gəlib yemək yemişdir. Ülkərin hamiləliyi onlarada olarkən gözlə görünürdü. Ülkər doğuşunda iştirak etməmişdir. Uşaq 10-15 günlük olanda Ülkər uşağa baxması üçün Şəfiqə xanıma və ona baxmaqa vermişdir. Uşaq hal-hazırda gah Şəfiqə xanımgildə, gahda ki onunla qalır. Uşağa Ülkər baxa bilmirdi çünki, onun anası xəstə idi, öz anasına baxırdı. Şəfiqə xanımın və onun uşağa baxmaqda heç bir maraqları olmamışdır. Sadəcə Ülkərə və onun ailəsi çox kasıb olduğundan uşağa götürüb öz övladları kimi baxmışlar. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, o ərizəçinin əmisi arvadıdır. Uşaq 05.06.2015-ci il tarixdə doğulmuşdur. Ülkər xanımın hamilə olduğunu və doğuşunu görməmişdir. Ülkər uşaq doğulduğdan 40 gün sonra uşağı ona baxmaqa vermişdir. Uşağa o, Arzu Abbasova ilə birlikdə baxırlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Baş Səhiyyə İdarəsi 21 nömrəli Uşaq Poliklinkasının 11.08.2021-ci il tarixli, 399 nömrəli tibbi arayışından görünür ki, 05.06.2015-ci il tarixində doğulmuş X1 rayonu, 6 mkr, ev 2 a, mənzil 11 ünvanında yaşayır, ünvan 2 - Bakı şəhəri Maraqlı şəxs 24.09.2021-ci il tarixli, 2234-05//11 nömrəli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, uşağın doğulması faktını sübuta yetirən sənədlər olmadığından doğum faktının qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı, ərizəçi Ərizəçi həqiqətən də 05.06.2015-ci il tarixdə bir oğlan uşağının doğumasını təsdiq edəcək hər hansı bir mötəbət sübut məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçinin yegənə sübüt kimi təqdim etdiyi şahidlər isə öz ifadələri zamanı ərizəçinin hamilə olduğunu o cümlədən uşağın doğulduğunu görmədiklərinin bir mənəlı olaraq bildirdilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi 05.06.2015-ci il tarixində bir oğlan uşağının doğması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi 05.06.2015-ci il tarixində bir oğlan uşağının doğması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar