Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8343/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “doğum fatkının müəyyən olunması ” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l.İşin mahiyyəti: Ərizəçi Maraqlı şəxs olmaqla “doğum fatkının müəyyən olunması ” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Ararat rayonu Xalisə kəndində doğulmağı faktının müəyyən olunması, atası X3, anası Novruzova Söhbət M.Bağır qızının olması faktının müəyyən olunması və ona ad qrafasında Nüsrəddin, familiya qrafasında Novruzov, soyad qrafasında Həsən, doğum tarixi qrafasında xx xxxx 1964 il, doğum yeri qrafasında Ermənistan Respublikası, Ararat rayonu, Xalisa kəndi, ata qrafasında X3, ana qrafasında Novruzova Söhbət M.Bağır qızı qeyd olunmaqla doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixində Ərizəçi tərəfindən iddia tələbinə dəqiqləşmə barədə ərizə verilərək, Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi kimi oxunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ərizəçi, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının, Ararat rayonunun, Xalisə kəndində anadan olmuşdur. Hazırda oğlu X1 Azərbaycan Respublikası Daxili İşlər orqanlarında işə qəbul prosesi ilə əlaqədar olaraq, sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edərkən valideyni olaraq Ərizəçi doğum haqqında şəhadətnaməsi tələb olunan zaman məlum olmuşdur ki, həmin şəhadətnamə Ermənistan Respublikasından qaçqın düşərkən gətirilməmişdir. Ərizəçi xx.xx.1964-cü ildə atası X3 və anası Novruzova Söhbət M.Bağır qızının birgə nikahından anadan olmuşdur. 1982-ci ildə hərbi xidmətə getmiş, 1988-ci ildə isə məlum hadisələrlə əlaqədar yaşayış yerindən məcburi qaçqın düşmüşdür. Ərizəçi doğum faktının müəyyən olunması və doğum şəhadətnaməsinin verilməsi üçün “ASAN Xidmət”ə müraciət etmiş, lakin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1003/2025 nömrəli cavab məktubu ilə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsi və həmin Məcəllənin tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası yalnız bu qeydlərin həqiqiliyini təsdiq edən sənədlər əsasında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməsi barədə imtina verilmişdir. ll. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 Ermənistan Respublikasının, Ararat rayonu, Xalisa kəndində anadan olduğunu, 1988-ci ildə oranı tərk etdiyini, Ərizəçi onun qardaşı olduğunu, atasının X3, anasının isə Novruzova Söhbət M.Bağır qızı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid Novruzova Söhbət M.Bağır qızı Ermənistan Respublikasının, Ararat rayonu, Xalisa kəndində anadan olduğunu, Ərizəçi anası olduğunu, ərinin X3 olduğunu bildirdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeyidyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 24 noyabr 2025-ci il tarixli, 3-16-5/8-15-1003/2025 nömrəli Ərizəçi ünvanlanmış məktubda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından onun doğum fatkının müəyyən olunması məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Ona aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 945361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25 may 2018-ci ildə ölmüşdür. İş materiallarında olan Ərizəçi məxsus 014838 nömrəli vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 1 nömrəli qərarına əsasən Ərizəçi 1964-cü il təvəllüdlüdür və Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi övladı X2 Azərbaycan Respublikası Daxili İşlər orqanlarında işə qəbulu ilə əlaqədar sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edərkən ondan atasının doğum haqqında şəhadətnaməsi tələb olunmuş və Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən, məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə tarixində Ermənistan Respublikası, Ararat rayonu, Xalisə kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Ararat rayonu, Xalisə kəndi, ata qrafasında X3, ana qrafasında Novruzova Söhbət M.Bağır qızı kimi məlumatlar göstərilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-8343/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8343/2025
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver