Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-838/2023 10.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1936-cı il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.2022-ci il tarixdə 1936-cı il təvəllüdlü anası X1 yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildə vəziyyəti qəfil pisləşmişdir. Təcili tibbi yardım çağırsalar da, o gələnə qədər artıq anası vəfat etmişdir. Anası 20 ildən artıq müddətdə şəkərli diabet xəstəsi olmaqla, dəfələrlə Respublika Endokrinoloji Mərkəzdə müayinə və müalicə olunmuşdur. Poliklinikada qeydiyyatda olmaması əsası ilə 12 saylı şəhər poliklinikası ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Ölümün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeyd aparılmaqdan imtina edilmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin gəlinidir. X3 onun və uşaqlarının yanında birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və Ramana qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o ərizəçi ilə uzun müddətdir ki, qonşudurlar. Mərhumun vəziyyəti pisləşən zaman xx.xx.2022-ci il tarixdə onu da çağırmışlar, lakin ərizəçiyə məxsus evə keçəndə İmamət Mirzəliyevanın artıq vəfat etdiyini anlamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE 06087342 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X3 XX.XX.1936-cı ildə Ermənistan, Vardenis rayonu, Dərə kəndində doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, Ərizəçi anası X2r. İş materiallarında olan “X11” PHŞ-nin 7 nömrəli birləşmiş xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, X4 vəfatı ilə bağlı poliklinikaya müraciət edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. İş materiallarında olan “Tibbi ərazi bölmələri idarəetmə birliyi” PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 12 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X3 həmin vaxtadək hər hansı xəstəliklə bağlı poliklinikaya müraciət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, X3 xx.xx.2022-ci il tarixdə Ramana qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i̇ : Ərizə təmin edilsin. XX.XX.1936-cı ildə Ermənistan SSR, Vardenis rayonu, Dərə kəndində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-838/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-838/2023
10.01.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver