Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-840/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının - soyadı: İbadov, adı: Əsəd, ata adı: Qiyas oğlu, doğum tarixi: xx.xx.1952ci il, doğu yerim: Gürcüstan Respublikası, Marneuli rayonu, Sop kəndi; atanın tam adı: X12, atanın milliyyəti: azərbaycanlı; ananın tam adı: X9, anamın milliyyəti: azərbaycanlı qeyd edilməklə - Gürcüstan Respublikasının Marneuli rayonunun Xocorni kənd sovetliyi tərəfindən xx.xx.1952-ci il tarixdə, 100 nömrəli aktla qeydiyyata alınması faktını müəyyən olunması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o - Ərizəçi xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Sop kəndində doğulmuşdur. Onun doğumunun Marneuli rayonunun Xocorni kənd sovetliyi tərəfindən xx.xx.1952-ci ci il tarixli, 100 nömrəli aktla qeydə alınıb və buna uyğun olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum haqqında şəhadətnaməmi itirdiyi üçün Gürcüstanın Marneuli rayonunun səlahiyyətli orqanı tərəfindən xx.xx.2009-cu il tarixdə NR seriyalı, 999968 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X2 1931-ci ildə Gürcüstanın Marneuli rayonunun Xocorni kəndində anadan olub, o, Gürcüstanın Marneuli rayonunun Sop kəndində vəfat edib. Anası Gürcüstan Respublikasının vətəndaşı olub. X3 1926-cı ildə Gürcüstanın Marneuli rayonunun Sop kəndində anadan olub. O, Gürcüstanın Marneuli rayonunun Sop kəndində vəfat edib. Atası Gürcüstan Respublikasının vətəndaşı olub. O, 1959-cu ildə Sop kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1967-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1969-cu ildə Bolnisi rayonunda sürücülük məktəbinə getmiş, lakin hərbi xidmətə çağırıldığı üçün orada təhsilini başa vura bilməmişdir. xx.xx.1970-ci il tarixdə Marneuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi Xidməti Naxçıvan Muxtar Respublikasında keçmişdir. xx.xx.1972-ci il tarixdə hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdə olduğu dövrdə - xx.xx.1972-ci il tarixdə - Naxçıvan Muxtar Respublikasında doğulmuş xx.xx.1952-ci il təvəllüdlü X13 ilə nikaha daxil olmuşdur. Həmin vaxt onun pasportu olmadığı üçün o, hərbi biletlə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra arvadına onun soyadına uyğun olaraq “İbadova” soyadı verilmişdir. Onların nikahı Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra məzuniyyət götürərək arvadını Gürcüstanın Marneuli rayonunun Sop kəndində yaşayan valideyinlərinin yanına aparmış və sonra özü geri dönmüşdür. Həmin nikahdan onların dörd uşağı doğulub. Rzayeva Solmazla aralarında olan nikaha Gürcüstanda xitam verilmişdir və bu barədə Marneuli rayon VVAQ Şöbəsində xx.xx.1993-cü il tarixdə qeyd aparılmışdır. Hərbi xidmətdən tərxis edildikdən sonra Gürcüstanın Marneuli rayonunun Sop kəndinə qayıtmışdır. 1972-ci ilin noyabr ayında Marneuli rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən ilk dəfə pasportla təmin edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Marneuli rayonunun Sop kəndində fəaliyyət göstərən mərmər zavodunda çalışmağa başlamışdır. Təxminən iki il həmin zavodda çalışmışdır. Təxminən 1975-1976-cı ildə Marneuli rayonunun İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Təxminən 1976-cı ildə işləmək məqsədilə Rusiya Federasiyasına getmiş və tikintidə briqadir kimi işləmişdir. O, Rusiya Federasiyasında mövsümi işdə çalışdığı üçün Gürcüstana gedib-gəlirdi. Axırıncı dəfə Gürcüstana təxminən 1991-ci ildə getmişdir. Daha sonra 2013-cü ilə kimi Rusiyada qalıb işləmiş və bir daha Gürcüstana qayıtmamışdır. Həmin müddətdə o, Azərbaycana da gəlibgedib. xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində doğulmuş xx.xx.1959cu il təvəllüdlü X11 ilə nikaha daxil olmuşdur. Onların nikahı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə qeydə alınmışdır. Maralla aralarında olan nikaha Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Maralla aralarında olan nikahın ləğvi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə qeydə alınmışdır. SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra o, Rusiya Federasiyası tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu səbəbdən də o, 2013-cü ilin ortalarında Azərbaycanın Rusiyadakı Səfirliyinə müraciət edərək Azərbaycandan Gürcüstana tranzit getmək üçün sənədlə təmin edilmişdir. O, Azərbaycana gəldikdən sonra Gürcüstan Respublikası vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmadığı üçün Gürcüstana gedə bilməmiş, Azərbaycanda qalmalı olmuşdur. 2013-cü ildə - Azərbaycana gəldiyi vaxtdan Bakı şəhərinin ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayır. Azərbaycanda yaşadığı vaxtda tikinti şirkətlərində qaynaqçı kimi çalışmışdır. SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra o nə Rusiya Federasiyası tərəfindən, nə Gürcüstan Respublikası tərəfindən, nə də Azərbaycan Respublikası tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. Sonra Gürcüstan tərəfindən ona verilmiş SSRİ nümunəli pasportunu da itirmişdir. Həmin vaxtdan sonra müxtəlif orqanlara müraciət etsə də sənədlərini qaydasına sala bilməmişdir. 2021-ci ildə doğum haqqında şəhadətnaməmi də itirmişdir. Hazırda onun 71 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. O, Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etsə də, Səfirlikdə ondan doğum haqqında şəhadətnamə təqdim etməyini tələb etdilər. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnaməsinin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etməkdən imtina etdi. Bundan sonra o, doğumu haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(1 12)-3504/2023 saylı. xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edildi. xx.xx.2023-cii il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3504/2023 saylı. xx.xx.2023-cü il tarixli qərarı əsasında təqdim etdiyi ərizəsi və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərmişdir. Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi də doğum haqqında təkrar şəhadətnaməmin alınması məqsədilə xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu vermişdir. Lakin həmin sorğunun göndərilməsindən bir ildən çox vaxt keçməsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsi tərəfindən Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xatırlatma məktubu göndərilməsinə baxmayaraq onun doğum haqqında təkrar şəhadətnaməsi hələ də Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə birbaşa müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin sorğusu əsasında doğum haqqında təkrar şəhadətnaməsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əmədaşlıq İdarəsinə təqdim edilməsini xahiş etmişdir. Lakin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı müraciətinə də bu vaxta qədər heç bir cavab verilməyib. xx.xx.2024-cü il tarixdə isə o, Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin X1 X6 Arxivinə ərizə ilə birbaşa müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin sorğusu əsasında doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə ona təqdim edilməsinə yardım edilməsini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi bildirmişdir ki, onun təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənəd doğum haqqında təkrar şəhadətnamə əldə etməyi üçün əsas vermir. Həmçinin, Agentlik Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında" Qanununda nəzərdə tutulan əsasların olmamasına istinad edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığını qeyd etmişdir. O ərizədə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərildiyini qeyd etməyinə baxmayaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yenə də ona cavabında bildirmişdir ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq ölkənin ədliyyə nazirliyinə müraciət etməlidir. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyim mümkün deyil. Hazırda heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən başqa sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi. Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğumu haqqında akt qeydini soyadı: İbadov, adı: Əsəd, ata adı: Qiyas oğlu: doğum tarixi: xx.xx.1952. doğum yeri: Gürcüstan Respublikası, Marneuli rayonu. Sop kəndi: atasının tam adı: X12, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X9, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsini və doğumu haqqında akt qeydi bərpa edildikdən sonra ondan şəxsiyyəti təsdiq edən başqa sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi. Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun doğum haqqında yeni şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-800/24 nömrəli məktubla onun müraciətisinə aşağıdakı məzmunda cavab vermişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəalara əsasən doğum akt qeydləri yalnız itdiyi halda bərpa edilir. Həmçinin həmin müddəalara əsasən, onlar Qeydiyyat Şöbəsinə şəxsiyyətini təsdiq edən sənədi də təqdim etməlidir. Araşdırma zamanı məlum olmuşdur ki, onun doğumu haqqında akt qeydi Gürcüstan Respııbliksında tərtib edilib. Həmçinin, o da məlumdur ki, onların şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Doğumu haqqında akt qeydi mövcud olduğundan, həmçinin şəxsiyyətini təsdiq edən sənədi olmadığından ərizənin təmin edilməsindən imtina edilir. Cavabdan razı qalmadığı halda imtina məktubu onlara rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz". İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməmin surətindən görünür ki. o, xx.xx.1952-ci ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Sop kəndində doğulmuşdur. Həmin sənəddən görünür ki, onun doğumu Marneuli rayonunun Xocorni kənd sovetliyi tərəfindən xx.xx.1952-ci ci il tarixli. 100 nömrəli aktla qeydə alınıb və o, xx.xx.2009-cu il tarixdə Gürcüstanın Marneuli rayonunun səlahiyyətli orqanı tərəfindən NR seriyalı, 999968 nömrli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Hazırda doğum haqqında təkrar şəhadətnamənin onda yalnız surəti var. Lakin doğum haqqında təkrar şəhadətnaməmdə atasının adı səhvən "Knias” yazılıb. Əslində isə onun atasının adı “Qiyas”dır. iş materiallarına əlavə edilmiş AZ-1V seriyalı. 212392 nömrəli nikah haqqında şəhadətnamənin surətindən. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən tərtib edilmiş nikah haqqında akt qeydinin surətindən, habelə, Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş nikahın bağlanması haqqında və boşanma haqqında akt qeydlərinin surətindən görünür ki, o, xx.xx.1952-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Sop (Copi) kəndində doğulmuş və onun adı “Əsəd'’, ata adı "Qiyas”. soyadı isə “İbadov”dur. İş materiallarına əlavə edilmiş bacısı X7 doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, onun anası "X9”, atası “X12”dur və onların hər ikisinin də miliyyəti “azərbaycanlı”dır. İş materiallarına əlavə edilmiş BMT QAK-ın verdiyi himayə sənədindən görünür ki, xx.xx.1952-ci ci il təvəllüdlü Ərizəçi vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-da qeydiyyatdadır və onun individual İD nömrəsi: ***- *******7-dir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli. 3-37/2-İ-3236-xx-xx-4881/2024 nömrəli arayışından görünür ki, BMT QAK-ın himayəsində olan vətəndaşlığı olmayan şəxs Ərizəçi xx.xx.2024-cü ilədək ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İşin yuxarıda qeyd edilən hallarından bəlli olur ki, hazırda onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi yoxdur. İşin hallarından o da bəlli olur ki, onun 71 yaşı olsa da, doğum haqqında şəhadətnaməm olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı mümkün olmur. Hazırda onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ilk öncə vətəndaşlıq mənsubiyyəti müəyyən edilməlidir. Bunun üçün isə o, Gürcüstanın Azərbaycandakı Səfirliyinə doğum haqqında şəhadətnaməmi də təqdim etməlidir. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, o, Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etsə də, Səfirlikdə ondan doğum haqqında şəhadətnamə təqdim etməyini tələb etdilər. Bundan başqa, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün də doğum haqqında şəhadətnaməsini təqdim etməyi tələb edilir. İşin hallarından bəlli olur ki, o, doğum haqqında şəhadətnaməsi itirmiş və hazırda onun doğum haqqında şəhadətnaməsi yoxdur, onda həmin sənədin yalnız surəti var. Bu səbəbdən də, “mənim vətəndaşlıq mənsubiyyətimin müəyyənləşdirilməsi” ilə əlaqədar icraatın aparılması mümkün olmur. Beləliklə, işin hallarından bəlli olur ki, doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun nə Gürcüstan, nə də ki Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirilməsi mümkündür. Bunun nəticəsində isə mənim şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Şəxsiyyət vəsiqəsi olmadığı üçün pasport ala bilmir. Pasportu olmadığı üçün Gürcüstana gedib doğum haqqında təkrar şəhadətnamə ala bilmir. İşin hallarından əslində bəllidir k, doğum haqqında şəhadətnamə ona elə şəxsiyyəti təsdiq edən sənəd almaq üçün lazımdır. Göründüyü kimi, sənədləşdirilməm üçün doğum haqqında şəhadətnamə lazımdır. İşin hallarından görünür ki, şəxsiyyətimi təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün doğum haqqında təkrar şəhadətnamə almaq üçün onun nə Gürcüstan Respublikasına getməyi, nə də ki. mənə doğum haqqında təkrar şəhadətnamə ala bilməsi üçün kiməsə etibarnamə verməyi mümkündür. İşin hallarından o da görünür ki, o, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsiylə Gürcüstana müraciət etmiş və Gürcüstandan ona doğum haqqında təkrar şəhadətnamə almaq mümkün olmayıb. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cti il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi onun doğum haqqında təkrar şəhadətnaməsinin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi üçün sənədlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi isə ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cavab məktubundan görünür ki, həmin sorğunun göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi sorğuya cavab vermədiyi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsi tərəfindən Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “xatırlatma məktubu” göndərilmiş, lakin mənim doğum haqqında təkrar şəhadətnaməm hələ də Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməmişdir. O, xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə birbaşa müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin sorğusu əsasında doğum haqqında təkrar şəhadətnaməmin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə təqdim edilməsini xahiş etmişdir. Lakin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı müraciətinə də bu vaxta qədər heç bir cavab verilməyib. İşin hallarından o da görünür ki, o, xx.xx.2024-cü il tarixdə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin X1 X6 Arxivinə ərizə ilə birbaşa müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin sorğusu əsasında doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə mənə təqdim edilməsinə yardım edilməsini xahiş etdim. Həmin müraciətimə cavab olaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi bildirmişdir ki. mənim təqdim etdiyim şəxsiyyəti təsdiq edən sənəd doğum haqqında təkrar şəhadətnamə əldə etməyim üçün əsas vermir. Həmçinin, Agentlik Gürcüstanın "Fərdi məlumatların mühafizəsi haqqında” Qanununda nəzərdə tutulan əsasların olmamasına istinad edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsinin mümkün olmadığını qeyd etmişdir. Bundan başqa, o ərizəsində ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu göndərildiyini qeyd etməyimə baxmayaraq Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi yenə də mənə cavabında bildirmişdir ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq ölkənin ədliyyə nazirliyinə müraciət etməlidir. İşin hallarından görünür ki, o, Gürcüstan Respublikasından doğum haqqında təkrar şəhadətnamə almaq üçün bütün mümkün vasitələri tükəndirmiş, lakin Gürcüstandan doğum haqqında təkrar şəhadətnamə əldə etməyi mümkün olmayıb. Belə olan halda, onun doğumu haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsi zərurəti yaranıb. İş materiallarından görünür ki, o, yaşadığı yer üzrə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğumu haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsini və doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməyini xahiş etsə də, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi ərizəni təmin etməkdən imtina etmişdir. Bununla bağlı qeyd edir ki, onun doğum haqqında şəhadətnaməsi Gürcüstandan əldə etmək mümkün olsaydı və yaxud Gürcüstana getməyi, yaxud kiməsə etibarnamə verməyi mümkün olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac qalmazdı. Məhz bu səbəbdən - Gürcüstanda tərtib edilmiş doğumu barədə akt qeydi əsasında doğum haqqında şəhadətnaməsi Gürcüstandan əldə etmək mümkün olmadığı üçün və o da Gürcüstana gedə bilmədiyi, yaxud kiməsə etibarnamə verə bilmədiyi üçün onun Azərbaycan Respublikasında doğumu haqqında akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Doğumu haqqında akt qeydinin bərpa olunması üçün isə doğumunun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Onun işi üzrə müəyyən olunur ki, o, doğumunun qeydə alınmasını təsdiq edən sənədi - doğum haqqında şəhadətnaməmi itirmiş, onda həmin sənədin yalnız adi surəti qalıb. Həmin surətlə də, doğum haqqında şəhadətnaməmin həqiqiliyini müəyyən etmək mümkün olmadığından doğumu barədə akt qeydinin əvvəllər olduğunu sübut edə bilmir. Bu səbəbdən də, doğumu barədə akt qeydinin qeydiyyat şöbəsi tərəfindən birbaşa bərpa edilməsi mümkün deyil. Belə olan halda, doğumunun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Onun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi doğumu haqqında akt qeydinin bərpa edilməsinə, bu da onun doğum haqqında şəhadətnamə ilə təmin edilməyimə səbəb olacaq ki, bu da onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün vacibdir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən“fin kod" tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o, hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Göründüyü kimi, şəxsiyyət vəsiqəsi olmadığı üçün o, Gürcüstana gedə bilmir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün eyni zamanda, onun adından Gürcüstanda hüquqi hərəkətləri aparmaq üçün kiməsə etibarnamə də verə bilmir. Həmçinin, o, Gürcüstan Respublikasından doğum haqqında təkrar şəhadətnamə almaq üçün bütün mümkün vasitələri tükəndirmişdir, lakin Gürcüstandan doğum haqqında təkrar şəhadətnamə əldə etməyi mümkün olmayıb. Lakin ona hazırda şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməyi lazımdır. Bu səbəbdən də yuxarıda sadalananlara və aşağıda istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, işin faktiki halları nəzərə alınmaqla onun doğum akt qeydi Azarbaycan Respublikasında bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinın nümayəndəsi və vəkili X10 ərizəçinin 2013-cü il tarixindən Azərbayacn Respublikasına gəldiyini, sənədləri olmadığından bu müddətə qədər Azərbaycan Respublikasını tərk edə bilmədiyini, 2021-ci il tarixdə isə doğum haqqında şəhadətnaməsini və sovet pasportunu 2021-ci ildə itirdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 800/2024 nömrəli Ərizəçi ünvanladığı məktubundan görünür ki, doğum akt qeydi Gürcürstan Respublikasında tərtib edildiyindən, doğum akt qeydi mövcud olduğundan, şəxsiyyəti təsdiq edən sənəd olmadığından doğum akt qeydinin bəpasına dair ərizənin təmin edilməsindən imtina edilmişdir. Gürcüstan Respublikasından xx.xx.2009-cu il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Gürcüstan Manueli, Çopi doğulmuş, atası Knias İbadov, anası Tamaşa İbadovadır. Tamaşa İbadovanın vətəndaşlığı Gürcüstan Respublikası qeyd edilmişdir. Naxçıvan Rayon Zaks Bürosu tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi ilə X13 arasında nikah akt qeydi xx.xx.1972-ci il tarixdə 28 nömrəsi ilə qeyd edilmişdir. Naxçıvan Şəhər 2 saylı Nikah Evinin çıxaırışın surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi ilə X8 nikaha daxil olmuşdurlar. milliyyəti azərbaycanlı göstərilmişdir. Suraxanı Rayon VVAQ tərəfindən verilmiş boşanma haqqında 163 nömrəli akt qeydinin surətindən görünür ki, Ərizəçila Maral Murtuzova arasında nikah qeydi 0811.1996-cı il tarixdə ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Ərizəçi xx.xx.1952ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Xocorni bələdiyyəsinin Tsopi kəndində doğum faktının Gürcüstan Respublikasının Marneuli rayonu Xocorni kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X5 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı 1952-ci ildə Gürcüstanda doğulub. 6 uşaq olmuşlar. 2 qardaşı ölüb. Hal-hazırda 3 bacı, 1 qardaşı yaşayır. Analarının adının Tamaşa olduğunu bildirdi, analarının və atalarının milliyyəti azərbaycanlı olmuşdur. O özü Ermənistanlı oğlan ilə ailə qurduğunu, sonra isə Ermənistndan qaçqın kimi Azərbaycana gəldiyini bildirdi. Qardaşının Rusiyada yaşadığını, ordan Azərbaycana gəldiyini, qardaşının təxminən 1993-cü il tarixdən Azərbaycana gəldiyini, o 1993-cü il tarixdən Gürcüstana getmədiyini, bunun səbəbləri Rusiyadan gələn zaman sənədlərinin itirməsi ilə əlaqədar olduğunu bildirdi. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində dəvət edilmiş X14 ərizəçinin onun atası olduğunu bildirmişdir. Atası Gürcüstan Respublikasıında doğulmuşdur. Onun özü Ermənistan SSR Noyemberyan rayonunda doğulmuşdur. Atası evləndikdən sonra yaşamağa Ermənistana getdiklərini, böyük qardaşının Naxçıvanda doğulduğunu, digər 3 uşağın isə Noyamberyanda doğulduğunu bildirdi. O, 16 yaşından Gürcüstan Respublikasından çıxaraq Naxçıvana getdiyini, atasının isə Rusiyaya getdiyini, atasının təxminən 2013-cü il tarixdən Azərbaycana gəldiyini bildirmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə məhkəmə qeyd edir ki, hazırda ərizəçi məhkəməyə müraciət edərək doğumun qeyd edilməsi tələb etsədə, qanunvericiliyin mənasından da görünür ki, məhkəmə yalnız bu fakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamadığı və onların bərpası mümkün olmadığı halda təsdiq edən bilər. Lakin ərizəçinin ərizəsinin məzmunundan habelə məhkəmə iclasında vermiş olduğu izahtından da məlum olur ki, ərizəçinin doğumun dair qeydlər Gürcüstan Respublikasında aparılmış və həttə ərizəçi bir dəfə də doğumuna dair şəhadətnamənin təkrarın almışdır. Belə olan məhkəmə hesab edir ki, nə qədər ki, ərizənin doğuman dair qeydlər Gürcüstan Respublikasında aparılmış və ərizəçi xx.xx.2009-cu il tarixdə həmin şəhətdanmənin təkrarın almışdır, hazırki mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizənin icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-840/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-840/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver