Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-842/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5rşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6rşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda istifadə hüququnun olmayan şəxs hesab olunması (istifadə hüququnu itirmiş) olunması, bununla da onun pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdeh ataları X7 miras qalmış ünvan 2 yaşayış sahəsinin ¼ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında 16 yanvar 2020-ci il tarixli şəhadətnamə almışdır. O, isə həmin ünvandakı atalarından miras qalmış yaşayış sahəsinin ¾ hissəsinə paya sahib olduğu barədə 16 yanvar 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasından köçüb daimi yaşamaq üçün İsrail Respublikasına getmişdir, hazırda həmin ölkənin vətəndaşı olmaqla orada yaşayır. Ataları ölümündən sonra miras payı əldə edəndən sonra bacısı - cavabdeh mirasdan aldığı ¼ hissədən payını miras payın alqı-satqı müqaviləsi ilə ona satdı və bu barədə Bakı şəhəri 4 saylı Notariat ofisində onun etibarnaməsinə uyğun olaraq X19 ilə imzalanmış müqavilə təsdiq olundu. Lakin cavabdeh İsrail Respublikası vətəndaşı olmasına, yuxarıda qeyd olunan ünvanda 10 ildən artıq müddət yaşamamasına, ataları ölümündən sonra almış olduğu ¼ hissədə payının ona satmasına və bunun müqabilində 8.500 AZN pul almasına baxmayaraq hələ də həmin ünvanda qeydiyyatda qalmaqdadır. Cavabdehin yuxarıda göstərilən ünvanda vərəsəlik yolu ilə almış olduğu payın ona qanunda nəzərdə tutulan formada alqı-satqı müqaviləsi ilə satmasından sonra həmin ünvanda qeydiyyatda qalması onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. O, cavabdehin pasport qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu RPİ-nin müvafiq xidmətinə rəsmi qaydada müraciət etsə də, oradan onun ərizəsinə cavab verilməmişdir. Belə olan halda pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan iddia tələbinin azaldılması barədə ərizə verərək bildirmişdir ki, cavabdeh X8 ünvan 2 ünvanda hüququ olmayan şəxs (istifadə hüququ) hesab olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılmasına dair ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında miras əmlakının alqı-satqısına dair müqavilə bağlandığdan sonra həmin mənzilin yerləşdiyi bina plana düşmüş və hal-hazırda həmin ünvanda qeyd edilən bina və mənzil olmadığından alqı-satqı müqaviləsindən sonra iddiaçı mülkiyyətçi kimi DƏDRX-dən qeydiyyata keçməsi mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon VVADQ Şöbəsinin AZ-İ seriyalı, 19.03.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 yanvar 2005-ci ildə 64 yaşında ölmüşdür. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 025998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 02.06.2019-cu il tarixdə ölmüşdür. 16 yanvar 2020-ci il tarixli "xxxx" ASC-nin 97, 98 nömrəli oredrin surəindən görünür ki, 8500 (səkkiz min beş yüz) manat, 17 (on yeddi) manat alqı-satqı müqaviləsinə əsasən İddiaçı ödənilmişdir. 26.10.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, X8 artıq 10 il olar ki, İsrail Respublikasına daimi yaşamağa getmişdir, hazırda orada yaşayırlar. ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. 16 yanvar 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X18 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edir ki, 02.06.2019-cu il tarixdə vəfat etmiş X12 əmlakının ¼ hissəsinə İsrail vətəndaşı olan qızı- X16 vərəsəsidir. 16.01.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 4 saylı Notariat ofisinin xüsusi notariusu X18 təsdiq etmişdir ki, Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən 22.05.2019-cu il tarixdə təsdiq edilənvə reyestrdə 2V-84 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 02.06.2019-cu il tarixdə vəfat etmiş X12 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan ¾ hissədə pay almalı olduğu qeyd edilmişdir. 16 yanvar 2020-ci il tarixli miras payın alqı-satqı müqaviləsindən görünür ki, X16 Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 16 ynavar 2020-ci il tarixli,2V-05 reyestrli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən miras qoyan X2mış miras əmlakdan (Bakı şəhəri, ünvan 6) ona çatası ¼ hissədən ibarət olan payını İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********07 nömrəli, 20.12.2021-ci il tarixli sorğuya caavb məktubundan görünür ki, ünvan 5 ünvanındaX12 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən mənzil X17 mülkiyyətindədir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, X3 ötrü verilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ağahüseyn Rəsulzadə küçəsi, dalan 3-də istifadəsində olan 0.118 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 2 mərtəbəli binada yerləşən 34 kv.m ümumi, 24 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 739 nömrəli reyestr kitabının 69142 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 05.05.2008-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 27 yanvar 2005-ci ildə vəfat etmiş X1 vərəsəsi Bakı şəhəri, ünvan 6 ünvanında yaşayan X13. 12 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-nın sədri Elman Gülmalıyev, baş mühasib Natavan Aşumova, Sabunçu İcra Hakimiyyətinin Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Sabunçu Rayon MKTB-nin, 69 saylı MKİS-nin rəisi Salman Məmmədov, vətəndaş İddiaçı bu aktı tərtib edirik ondan ötrü ki, vətəndaş İddiaçı ünvan 7 ünvanda 34.0 kv.m. qəzalı vəziyyətdə olan evi sökülərək yerində o, MTK tərəfindən yeni inşa olunmuş çoxmənzilli yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbə, 47.0 kv.m olan 2 otaqlı, 44 saylı tam təmirli mənzillə təmin olunmuşdur. İddiaçı yeni tam təmirli mənzilindən razıdır və heç bir etirazı yoxdur. Çoxmənzilli yaşayış binasında mənzil verilməsi haqqında 238 nömrəli 12.10.2021- ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MTK Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli, 06.05.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı məxsus qəzalı vəziyyətdə olan və söküləcək Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, dalan 3, ev 2-də yerləşən, ümumi sahəsi 34 kv.m mənzil əvəzində vətəndaşa MTK-nın ünvan 8 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasında 2(iki) otaqlı. 47 kv.m-lik mənzilin tam təmirli şəkildə təhvil verilməsini və vətəndaş isə öz növbəsində Sabunçu RİH tərəfindən ona ayrılmış vəsaiti "xxxx" MTK-ya ödənilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestirli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə işin hallarından məlum olur ki, iddiaçı atalarının ölümündən sonra onda qalmış miras əmlaka dair vəziyyətnamə üzrə vərəsə hesab olunmuş və buna dair vərəsəlik şəhadətnaməsi almışdır, cavabdeh isə eyni qaydada atalarının ölümündən sonra ondan qalmış eyni əmlaka qanunu üzrə vərəsə hesab edilmiş və buna dair vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 16.01.2020-ci il tarixində miras payının alqı-satqısı müqavilsə bağlanmış və cavabdeh öz payını 8500 manat müqavilində iddiaçıya satmışdır. Lakin iddiaçı daşınmaz əmlak üzrə miras payının alqı-satqı müqaviləsindən sonra həmin daşınmaz əmlakı öz adına qeydiyyatdan keçirə bilməmişdir, bunun səbəbi isə həmin daşınmaz əmlak sökülmüş bunun yerinə Premium Yaşam” MTK tərəfindən çoxmərtəbəli bina inşa edilməyə başlanmışdır. Beləliklə işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 2 ünvan hal-hazırda mövcud deyildir və iddiaçı isə hazırda mövcüd olmayan ünvana cavbdehin istifadə hüququ olmayan şəxs hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, nə qədər ki, qeyd edilən ünvanda yerləşməli oaln mənzil faktiki olaraq mövcud deyildirsə, cavabdehin həmin mənzilə istifadə hüququnun olub-olmaması qanunvericiliyin tələblərinə görə aydınlaşdırlması mümkün ola bilməz. Bundan başqa məhkəmə iddiaçının nəzərinə çatdırı ki, daşınmaz əmlaka mülkiyyət hüququ yalnız qanunvericilikdə nəzərədə tutlmuş qaydada dövlət reystrində qeydiyyatına alındığdan sonra yaranır. Və yalnız bundan sonra tərəfin mülkiyyətçi kimi subayektiv hüququa malik olaraq məhkəməyə müraciət etmək hüququ mövcud olur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5rşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5rşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-842/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-842/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver