Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-850/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçının Vəkil, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 3240 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ona məxsus həyət evi vardır. Həmin evə **********06762 abonent kodu verilərək, qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə oğlu Nümayəndə müəyyən etmişdir ki, qaz sayğacı oğurlanıb. Dərhal bu barədə 14-cü Polis Bölməsinə məlumat vermişdir. 05 noyabr 2021-ci il tarixdə oğurlanmış sayğac barədə akt tərtib edilmiş və yeni sayğac quraşdırılana kimi Cavabdeh əməkdaşı tərəfindən evinə sayğacdan kənar qazın verilməsi bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdə isə Cavabdeh əməkdaşı tərəfindən sayğacdan kənar qazın verilməsi ləğv edilərək, yeni sayğac quraşdırılmış və bu barədə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi cəmi 6 gün Cavabdeh əməkdaşının quraşdırmış olduğu sayğacdan kənar qaz xətti vasitəsilə qazdan istifadə edilmişdir. Cavabdeh əməkdaşları özlərinin quraşdırdığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi istifadə olunan sayğacdan kənar qaz xəttinin şəklini çəkib, özlərində saxlayaraq, xx.xx.2021-ci il tarixdə, ******* nömrəli akt tərtib edib, həmin şəkilləri də akta əlavə edərək, guya ki xx.xx.2021-ci il tarixdə sayğacdan kənar qaz xəttinə qoşulma halı aşkar edilmiş və bu barədə akt tərtib edərək, 13500 kubmetr qaz itkisi müəyyən etmişlər. Bundan əlavə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən növbəti dəfə sayğacdan kənar qaz xəttinə qoşulma halı müəyyən edilmiş və bu barədə akt tərtib edərək, 13500 kubmetr qaz itkisi müəyyən etmişlər. Bu dəfə də Cavabdeh əməkdaşları səhvə yol vermişlər. Çünki sayğacdan kənar qaz xəttinə qoşulma halının ona heç bir aidiyyatı yoxdur. Həmin akta əlavə edilən şəkillərə nəzər salsaq görərik ki, o şəkillərdəki ev-həyət onun evi-həyəti deyildir. O yuxarıda qeyd edilən aktlarla razı deyil. Çünki heç vaxt sayğacdan kənar qazdan istifadə etmədiyini, birinci aktda sayğacdan kənar qaz xəttini Cavabdeh əməkdaşı müvəqqəti olaraq qoşmuş və cəmi 6 gün istifadədə olmuşdur. İkinci aktda isə Cavabdeh əməkdaşları yanlışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək, akt tərtib etmişlər. Hesab edir ki, Cavabdeh qanunsuz və əsassız olaraq yazdığı borc silinməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent mənzildən sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edir. Dəymiş ziyan 13500 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m m3saat orta günlük iş rejimi 24saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x90=2592 m3 2.25x24x90=4860 m3 2x1.4x24x90=6048 m3 hesablanmışdır. Məhkəmə hesabat müddəti ilə razılaşmayaraq qeyd edir ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat müddəti 90 gün deyil, 12 gün kimi, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük iş rejimi 24 saat deyil, 8 saat hesabat müddəti 90 gün deyil, 12 gün kimi, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m m3saat orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti 30 gün deyil, 12 gün kimi qəbul edilməlidir 1,2 x 6 x 12 = 86,4 x 0,12 = 10,36 manat, 2,25 x 8 x 12 = 216 x 0,12 = 25,92 manat, 2 x 1,4 x 12 x 12= 403,2 x 0,12 = 48,38 manat, cəmi 84,66 manat dəymiş ziyan hesablanmasını əsaslı hesab edir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin 27 oktyabr 2021-ci il tarixli 2342 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan vətəndaş Nümayəndə xx.xx.2021-ci il tarixdə 14cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evə məxsus qaz sayğacının şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli fotoşəkillərdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən fərdi yaşayış evinə verilən qaz sayğacına kənar müdaxilə yox Cavabdeh İB-nin nümayəndələri tərəfindən boru vasitəsi ilə birləşdirilmişdir. Həmçinin 05 noyabr 2021-ci il tarixdə oğurlanmış sayğac barədə akt tərtib edilmiş və yeni sayğac quraşdırılana kimi Cavabdeh əməkdaşları tərəfindən evə qazın verilməsi bərpa edilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə isə Cavabdeh əməkdaşları tərəfindən qazın verilməsi (qaz borusu) ləğv edilərək, yeni sayğac quraşdırılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə halları öz təstiqini tapmırş Əksinə iddiaçı sayğacın oğurlanması barədə polisə müraciət etmiş və iş materiallarına əlavə edilmiş fotoşəlikdən də göründüyü kimi Cavabdeh İB-nin nümayəndələri tərəfindən boru vasitəsilə ünvana müvəqqəti qazın verilişi bərpa olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, abonent mənzildən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Dəymiş ziyan 13500 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2.25 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1.2x24x90=2592m3 2.25x24x90=4860m3 2x1.4x24x90=6048 m3 hesablanmışdır. xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı məhkəmə qanuni və əsaslı hesab etmir. Belə ki, xx.xx.2022-ci il tarixli akt əsasında abonentin sayğacdan kənar xət vasitəsi ilə qeyri-qanuni iştifadə etdiyini təstiq edən fotoşəkillər əlavə edilmişdir. Həmin fotoşəkillərə diqqət edən zaman şəkillərin xx.xx.2022-ci il tarixdə çəkildiyi, fotoşəkildə əks olunan sayğacın və evin iddiaçıya məxsus fərdi yaşayış evi olması öz təstiqini tapmır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3155,34 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3155,34 (üç min bir yüz əlli beş manat, otuz dörd qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-850/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-850/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver