Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-854/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X2 Departamenti tərəfindən tərtib edilmiş, 26 aprel 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və 512 (beş yüz on iki) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən 26 aprel 2022-ci il tarixli, ******* saylı “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmişdir. Təxminən sentyabr ayının ortalarında ödəniş edərkən ona məlum olmuşdur ki, 01 aprel 2022-ci il tarixdə qaz sayğacını dəyişdirilən zaman sayğacın guya onun tərəfindən müdaxilə olunması və bununla əaqədar ona 512 manat məbləğində borc hesablanmışdır. Cavabdeh təşkilat ona sonuncu xx.xx.2022-ci il tarixli aktının yazılması barədə heç bir məlumat verməmiş, eyni zamanda həmin akta imza etməyi ondan tələb etməmişlər. Bu barədə Cavabdehnə şifahi qaydada müraciət etmiş və ona tərtib olunmuş aktların surəti təqdim olunmuşdur. İlk öncə bildirir ki, xx.xx.2022-ci il tarixdə, cavabdehin əməkdaşları onunla əlaqə saxlayaraq, mülkiyyətində olan mənzilini sayğacın istismar müddətinin keçdiyindən, dəyişdirilməsinə zərurət yarandığı bildirmişlər. Həmin günü onun iştirakı ilə sayğaca baxış keçirilmiş və yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişdirilməsi ilə bağlı 01 aprel 2022-ci il tarixli akt tərtib edilmiş və aktda ancaq sayğacın giriş və çıxışında korraziya olduğu göstərilmişdir. Lakin, 26 aprel 2022-ci il tarixli, 29/1710-01427-1 saylı aktda göstərilmişdir ki: «119 nömrəli plomb kəsilərək, G-4, SM/6494 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivi birləşmələrdə korraziya izi mövcuddur. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qınqdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metorologiya plombu yuvalarının ətrafı zədəlidir. Sayğacın yaddaş arxivi oxunmuş, sayğacın istismar müddətində xx.xx.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olunmuşdur». Lakin onun iştirakı zamanı dəyişdirilən sayğacda və həmin vaxt tərtib edilmiş aktda “sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırılması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metorologiya plombu yuvalarının ətrafı zədələnməsi, sayğacın yaddaş arxivi oxunmuş, sayğacın istismar müddətində xx.xx.2019-cu il tarixdə Alarm-1 rejimi aşkar olunması faktı aşkar edilməmişdir. Ancaq sayğacın giriş və çıxışında korraziya izi mövcud olması qeyd edilmişdir. Göstərilənlərdən aydın olur ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar arasında ziddiyyətliklər vardır və cavabdeh tərəfindən hesablanmış borc həqiqətə uyğun olmayan faktlara əsaslanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyəri yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun qeyd edilən tələbləri tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.9-cu bəndinə daxil edilmişdir. Ona ziyanın ödənilməsi barədə məlumat verilməmiş, bu barədə təxminən 5 aydan sonra ona məlum olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X1 tərəfindən tərtib edilmiş 26 aprel 2022-ci il tarixli, ******* saylı akta 512 (beş yüz on iki) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı nömrəli “qaz sayğacının çıxarılması. quraşdırılması və istismara qəbulu haqqında” barədə aktdan görünür ki, İtron markalı G 4 T 1602Az**********31 nömrəli qaz sayğacı, ZENNER markalı, G 4 T STS**********585 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-01427-1 nömrəli rəyə əsasən 1602AZ**********31 zavod nömrəli sayğacın klopanın işlək olmaması, yivli birləşmələrin korroziya izi olması, qoruyucu örtüyün üzərinə vurulmuş metrologiya plomb yuvalarının ətrafının zədələnməsi qeyd edilmiş və dəymiş ziyan hesablanması qərara alınmışdır. **********10080 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci il üçün aktlar üzrə 518.40 manat məbləğində borc hesablanmış, hal-hazırda 512.50 manat borcu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı 1**********10080 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın klopanın işlək olmaması, yivli birləşmələrin korroziya izi olması qeyd edilmiş, qoruyucu örtüyün üzərinə vurulmuş metrologiya plomb yuvalarının ətrafının zədələnmiş və bunun əsasında itirilmiş qazın həcmi 4320 kub metr hesablanaraq dəymiş zərər 518.40 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın klopanın işlək olmaması, yivli birləşmələrin korroziya izi olması, qoruyucu örtüyün üzərinə vurulmuş metrologiya plomb yuvalarının ətrafının zədələnməsi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********10080 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 512 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********10080 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 512 (beş yüz on iki) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-854/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-854/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver