Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8564/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə kiçik iddia (sadələşdirilmiş icraat) üzrə icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 4049.50 manat məbləğində zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və ödənilmiş 60.50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4410 manat məbləğində pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 25.04.2017-ci il tarixdə 04/9814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X2 Departamenti tərəfindən **********00001 saylı abonent kodu verilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - 13.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 80 manat; - 20.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 197.60 manat; - 19.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 528 manat; - 30.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; - 21.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 164.40 manat; - 29.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 345.60 manat; - 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat; - 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat; - 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; - 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; - 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295.20 manat; - 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; - 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; - 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 3536.80 manat məbləğində İddiaçınə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Həmin məbləğdən əlavə, cavabdehin istehlak etdiyi, lakin dəyərini ödəmədiyi təbii qazla bağlı 512.70 manat qalıq borcu möcvuddur. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli ümumi borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) 4049.50 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası MPM) 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-in 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş edilmiş, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən, həmin Məcəllənin 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, “paylayıcı” İddiaçı ilə “istehlakçı” Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 25.04.2017-ci il tarixli, 04/9814 saylı müqaviləyə əsasən, sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, 1-ci döngə, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00000 saylı abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir və eyni zamanda, həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Cavabdeh adına açılmış ünvan 2 ünvanına dair AGİS üzrə abonentin saldosundan (10.03.2021-ci il tarixli) müəyyən olunur ki, abonentə ümumilikdə 4049.50 manat məbləğində borc hesablanmışdır. Həmin borcun 3536.80 manatı aktlar üzrə, 512.70 manatı isə təbii qazdan faktiki istifadə edilməsi, lakin dəyərinin ödənilməməsi ilə əlaqədar yaranmışdır. İş materiallarında olan Cavabdeh adına açılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, döngə 1, ev 1 ünvanına dair Smart sayğaclı abonentin GASREP saldosundan (06.08.2020-ci il tarixli) abonentin smart karta sonuncu dəfə 2017-ci ilin fevral ayında 5 manat pul yüklədiyi müəyyən olunur. İddiaçı əməkdaşları tərəfindən abonent kodu **********00001 olan Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, döngə 1, ev 1 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış sayğaca baxış keçirilərkən 13.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 80 manat; 20.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 197.60 manat; 19.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 528 manat; 30.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 194.40 manat; 21.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 164.40 manat; 29.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 345.60 manat; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 30.08.2019cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295.20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 3536.80 manat məbləğində İddiaçınə ziyan dəydiyi müəyyən edilmişdir. Müəyyən olunur ki, 13.03.2017-ci il tarixli, ******* saylı və 20.12.2017-ci il tarixli, ******* saylı aktlar sayğacın çıxış plastmas borusunun kənar təsirlər nəticəsində deşilməsi əsası ilə tərtib edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanuna və qaz istismarı qaydalarına uyğun olaraq, Cavabdeh istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə iddiaçı olan İddiaçı daşıdığından, həmin aktlar üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. İddiaçı sayğaca cavabdeh tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən iddiaçıya zərər vurulduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ilk dəfə 19.01.2018-ci il tarixdən etibarən müxtəlif vaxtlarda tərtib edilmiş digər aktlar isə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə tərtib edilmişdir. Həmin aktlar əsasında kənar qoşulma müəyyən edildiyi halda, həmin kənar qoşulmaların qarşısının alınıb-alınmaması və qanunsuz qoşulma ilə əlaqədar aktlar tərtib edilərkən, müvafiq səlahiyyətli şəxslər tərəfindən həmin qanunsuz qoşulmanın ləğv edilib-edilməməsi istiqamətində hər hansı bir tədbirin görülüb-görülməməsi həmin aktlarda qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların (istehlakçıların) və vəzifəli şəxslərin məsuliyyətinin nəzərdə tutulmasına baxmayaraq, məlum aktlar əsasında müəyyən olunmuş çoxsaylı kənar (qanunsuz) qoşulmalar nəticəsində qazdan qanunsuz istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə, hansı səbəblərə görə edilməməsi, edilmişdirsə, həmin şikayətin nəticəsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim olunmamışdır. Eyni zamanda, bununla əlaqədar qeyd etmək lazımdır ki, iddia tələbinin sübutu kimi iş materiallarına əlavə edilmiş məlum aktların (çoxsaylı) tərtib edilmə dövriliyi və tərtib edilmə üslub və qaydaları, eləcə də hər bir qoşulma halı müəyyən edildiyi zaman İddiaçı müvafiq səlahiyyətli şəxsləri tərəfindən qanunvericilikdə nəzərdə tutulan hərəkətlərin edilməməsi və zəruri tədbirlərin görülməməsi də qoşulmaların reallığını və bununla əlaqədar tərtib edilmiş aktların mötəbərliliyini şübhə altına alır. Ona görə də məhkəmə abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi əsası ilə ilk dəfə tərtib edilmiş 19.01.2018-ci il tarixli, ******* saylı aktı mötəbər sübut kimi nəzərə alaraq, hesab edir ki, həmin akt üzrə hesablanmış 528 manat məbləğində dəymiş ziyan, eləcə də, 2020-2021-ci illər üçün sayğac üzrə faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 512.70 manat borcun tutulması hissələrində iddia sübuta yetmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə, 528 manat məbləğində dəymiş ziyan və 512.70 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının hüquqi xidmət göstərilməsi üçün ödədiyi xidmət haqqının 150 manat və iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi dövlət rüsumunun 30.30 manat hissəsi cavabdehə aid edilməli, ödənilmiş xidmət haqqının və dövlət rüsumunun qalan hissəsi isə, iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində dəymiş ziyan, 512.70 (beş yüz on iki manat yetmiş qəpik) manat məbləğində borc, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 150 (yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 30.30 (otuz manat otuz qəpik) manat olmaqla, cəmi 1221 (bir min iki yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-8564/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8564/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver