Məhkəmə qərarları › İş №2(008)-866/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-866/2024

06.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-866/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X26 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızının ona məxsus olan ünvan 1-də yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər əmisi uşaqları 1963-cü il təvəllüdlü Cavabdeh1 və 1975-ci il təvəllüdlü Cavabdeh2 Suliddin qızı, 2023-cü ilin may ayından mülkiyyətində olan ünvan 1-də yerləşən həyətə və evə girmişlər. Sahəsi 85.6 kv. m olan ev onun xüsusi mülkiyyətindədir. Cavabdehlər qapının qıfılını dəyişmiş, onu içəri buraxmırlar. Bu barədə aidiyyatı üzrə təhqiqat orqanına şikayət edilsə də, mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, həmin şəxslər onun evinə qeyri-qanuni qeydiyyata düşmüşlər və həmin mənzildə də qeyri-qanuni olaraq yaşayırlar. Hazırda həmin şəxslərin mənzilindən çıxarılması üçün məhkəmə qətnaməsi qəbul edilməsinə zərurət yaranmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızının mülkyyətində olan ünvan 1-də yerləşən mənzildən və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızının ünvan 1 ünvanında yerləşən 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, mübahisəli torpaq sahəsinin babalarından qaldığını sonradan beş vərəsə arasında bölündüyünü, İddiaçı məxsus tikili və torpaq sahələri ilə bağlı məhkəmə qətnamələri olduğunu, həmin qətnamə və iş materiallarında olan texniki pasporta əsasən mübahisəli sahənin iddiaçıya heç bir aidiyyatı olmadığını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər cavabdeh olan Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4220/2010 nömrəli qətnamənin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı X7 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, X10 və X13 qarşı payın edilməsinə dair ilk iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli surən üçüncü şəxslər İddiaçı, X5 X2 və X3 ilk iddia üzrə cavabdehlər Cavabdeh1, X10 və X13 qarşı payların müəyyən edilməsinə dair iddiası təmin edilməsi, Miras Əmlakı olan Bakı şəhəri, Ramana qəsəbəsi ,V.Vəliyev küçəsindəki 25 saylı evinə dair X7, İddiaçı, X5, X2 və X3 hər birinin payı 1/15 (on beşdə bir) hissədə müəyyən edilməsi, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 oğlunun və X8 qarşılıqlı iddia üzrə cavabdehlər X11, X13 və üçünçü şəxs Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə qarşı pasport qeydiyyatının ləğv olunmasına dair qarşılıqlı iddia rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1071/2013 nömrəli 27 mart 2013-cü il tarixli qətnamənin surətindən görünür ki, ərizə təmin edilərək, X1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mülkün 5/15 hissəsinin vərəsəsi olan X6 payına düşən miras qalmış hissəsinin X15 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan 2(008)-882/2015 nömrəli 30 yanvar 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, 25 saylı evində tərəflərin vəsaiti hesabına aşağidaki qaydada bölğü işləri aparılması, “A” literli yaşayış evinin 2,4 və 5 saylı tikililər ayrı-ayrılıqda, arakəsmələr vasitəsi ilə iki bərabər hissəyə bölünməsi, bölünmüş hissələrə pəncərələr yerində keçid və fasad divarları üzərində girişçıxış qapılarının açılması, 5 saylı tikilinin bölünmüş hissəsi ilə 6 saylı tikili arasındaki, eləcədə 7 saylı tikilinin bölünmüş hissəsi ilə 8 saylı tikili arasındaki mövcul keçid qapıları bağlanması, ilkin iddia qalan hissədə təmin olunması qət edilmişdir. İş materiallarına əlavə olunan 2(008)-921/2017 nömrəli 17 aprel 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 25 saylı evə Cavabdeh1, vərəsəlik hüqunun tanınması üçün buraxılmış müddət bərpa edilməklə Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 25 saylı miras əmlaka vərəsəlik hüququ tanınması və vərəsəlik payı 5/15 hissədə müəyyin edilməsi, iddiaçı X14 və X4 tələbləri təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunan 2(008)-2929/2017 nömrəli 05 dekabr 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, X9, X16, X7 paylı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən, 0,2028 ha torpaq sahəsinin onlara düşən 5/15 hissəsinin sərhədləri müəyyən edilməklə naturada bölgü aparılması, bölgü Məhkəmə Ekspertiza mərkəzinin 14233 nömrəli, xx.xx.2017-ci il tarixli rəyinə əlavə olunmuş plan-sxemə uyğun aşağıdaki aparılsin: Tərəflərin mülkiyyətində olan 0,2028 ha torpaq sahəsində yerləşən və yol istiqamətindən daxil olan giriş-çıxış qapısından 31,8 metr sola doğru, sonra isə həmin nöqtədən 7 saylı tikilinin arxa divarından həmin tikiliyə paralel 3 metr perpendikulyar 3 metr düz xəttlə birləşdirilməsi, Bundan sonra 7 və 6 saylı tikililərin sağ divarı boyunca düz xəttlə qonşunun divarına qədər birləşdirilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019cu il tarixli, 2-1(82)-137/2019 nömrəli qərarı qismən ləğv edilməsi, iddia tələbi “xx.xx.2017ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin Texniki Pasportunda göstərilməyən mətbəxinin rəsmi olaraq Texniki Pasportda salınması ilə ona yeni Texniki Pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində rədd edilməsi, Qərar qalan – xx.xx.2017-ci il tarixli, **********96-10301 reyestr nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yerləşən 25 nömrəli evin Texniki pasportunda ona aid olan “A” Tikilisinin planı olan səhifəsində yalnış olaraq 13.6 kimi rəsmi qeyd edilən, lakin faktiki olaraq olmayan otaqların Texniki pasportundan çıxarılaraq ona yeni texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq, dövlət büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1425/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, üçünçü şəxsin kassiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1965/2019 nömrəli 01 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən edilir ki, İddiaçı məxsus olan, ünvan 3C (Yeni qaydalarla: ünvan 1) ümumi sahəsi 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 5/15 hissəsi üzərində mülkiyyət hüquqları Cavabdeh1 adına hüquqi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan daşınmaz əmlakın texniki inventarlaşdırma idarəsi tərəfindən tərtib olunan bölğü sxemdən göründüyü kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 aid hissədə A tikilində 1 otaq 20.9 kv.m, B tikilisi mülkiyyətsə 0.01695 + 0.05872 = 0.07567 ha torpaq sahəsi, əlavə tikilisi St.a = 35.1 + 19.4 =54.5 kv.m. kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunan daşınmaz əmlakın texniki inventarlaşdırma idarəsi tərəfindən tərtib olunan bölğü sxemdən göründüyü kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı aid hissədə A tikilində 4 otaq 63.8 kv.m y/s, K/s = 44.6 kv.m, Ümumi sahəsi 108.4 kv.m olan A tikili hissəsi (22.8 kv.m sökülüb) Mülkiyyətdə 0.0685 ha torpaq sahəsi, əlavə tikilisi St.a = 35.1 kv.m. kimi qeyd olunmuşdur. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası MM-nin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər», «Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər». Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş və bu barədə iddiaçıya DƏDRX xx.xx.2018-ci il tarixli Çıxarış verilmiş (iş materialları 1-ci cild vərəqə 118-119) həmin torpaq sahəsi və tikili üzərində iddiaçı mülkiyyət hüququnu tam həcmdə (sahiblik, istifadə və sərəncam hüquqları) əldə etmişdir. Cavabdehlərin həmin torpaq sahəsinə hər hansı bir hüququ yaranmadan və mülkiyyətçinin razılığı olmadan yaşaması iddiaçının qanunvericilikdə təsbit olunmuş hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İddiaçı cavabdehlərin mülkiyyət hüququ əsasında ona məxsus mənzil və torpaq sahəsini tərk etməsini tələb etməsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızının Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Suliddin qızı Bakı şəhər, Sabunçu rayon, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi, ev 25C, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 85,6 m2 fərdi yaşayış evindən və 0.0685 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar