Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-868/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il taraixdə vəfat etmiş Səliməxanım Abasqulu qızının onun nənəsi olmasına dair onunla qohumluq münasibətlərində olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1897-cü ildə anadan olmuş və xx.xx.1958-ci ildə vəfat etmiş Səliməxanım Abasqulu qızının nəvəsidir. Ərizəçi xx.xx.1988-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuş və Nəbiyeva soyadını qəbul etmişdir. xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsində «atası» qrafasında X10, azərbaycanlı, «anası» qrafasında isə X11, azərbaycanlı qeyd edmişdir. Ərizəçi nənəsi Səliməxanım Abasqulu qızının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin xx.xx.1923-cü ildə anadan olmuş, xx.xx.1976-cı ildə isə vəfat etmiş atası X6 doğum haqqında şəhadətnaməsinin olmamasından Səliməxanım Abasqulu qızının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü ildə Ərizəçi xx.xx.1923-cü ildə anadan olmuş, 03 avqust 1976-cı ildə isə vəfat etmiş atası X6 təvəllüdü haqqında məlumatın verilməsi barədə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3- 48-DA/2-P-1093-6-1271/2024 № li arayışında X17 təvəllüdü haqqında heç bir məlumatın aşkarlanmaması qeyd olunmuşdur. X2 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 5 (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi, ev 273) ünvanında yerləşən əmlak miras qalmış və əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi üçün ərizəçi Nəbiyeva (Əliyeva) Validə Əbdüləli qızı Bakı şəhəri 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. 17 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsindən imtina edilmişdir. İmtinaya səbəb Ərizəçi xx.xx.1923-cü ildə anadan olmuş, xx.xx.1976-cı ildə vəfat etmiş atası X6 doğum haqqında şəhadətnaməsinin, miras qoyan Səliməxanım Abasqulu qızının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən ərizəçiyə qohumluq münasibətlərinin müəyyən edilməsinə dair məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına 192 nömrəli 03 aprel 2025-ci il tarixli məktubla müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maştağa qəsəbə soveti tərəfindən 10 yanvar 1970-ci ildə verilmiş АЗ seriyalı ******* nöməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X7r. Lenin rayon VVAQ şöbəsini tərəfindən 29 may 1988-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Validə Əbdüləli qızı ilə 28 may 1988-ci ildə nikaha daxil olmuş, ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1976-ci ildə verilmiş İ-ЖГ seriyalı 371846 nömrəli ölüm haqqında .əhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1976-cı ildə vəfat etmişdir. Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1976-ci ildə verilmiş İ-ЖГ seriyalı 371846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1976-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1923-cü ilə dair Bakı şəhəri Qala-Maştağa rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında, 1928-1948-ci illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən nənəsi Səliməxanım Abasqulu qızının ölüm haqqında şəhadətnaməsinin və qohumluq faktının məyyən edən sənədlərinin olmadığından imtina edilmişdir. Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri Maştağa rayonu Maştağa qəsəbəsi 273 nömrəli evin mülkiyyətçisi Səliməxanım Abasqulu qızıdır. ********** nömrəli qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçinin atasını adı Əbdüləlidir. Onun öz atasının adı Mustafadır. Əbdüləlinin atasını adı Zərbəlidir. Əbdüləlinin anası Səliməxanımım atasını adı Abasquludur. Səliməxanım 1958-ci ildə vəfat etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun baldızı və dayısı qızıdır. Ərizəçinin atasının anasının adı Səliməxanımdır. Səliməxanımın atasının adı Mircəfər olub. Səliməxanımı görməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-cı bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü maddəsinə əsasən Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə mülki işin materiallarına əlavə Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri Maştağa rayonu Maştağa qəsəbəsi 273 nömrəli evin mülkiyyətçisi Səliməxanım Abasqulu qızıdır. Maştağa qəsəbə soveti tərəfindən 10 yanvar 1970-ci ildə verilmiş АЗ seriyalı ******* nöməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X7r. Məhkəmə iclaslarında şahidlərin vermiş olduğu izahatlardan həmçinin müəyyən edilirki, Səliməxanım Abasqulu qızı ərizəçinin atası X9 anası olmuşdur yəni ərizəçinin ata tərəfdən nənəsidir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, 1958-ci ildə vəfat etmiş X3 Validə Əbdüləli qızının nənəsi (atasının anası) olması faktının müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Səliməxanım Abasqulu qızının Ərizəçi nənəsi (atasının anası) olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-868/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-868/2025
03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver