Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-875/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5650 manatın və ödənilmiş 77 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Opel Astra” markalı, ** MU *** qeydiyyat nişanlı avtomobili 11900 manata alaraq iddiaçı ilə birlikdə işləyən Cavabdeh2 etibarnamə üzrə istifadəsinə verilmişdir. Cavabdeh2 avtomobilə görə ayda 350 manat ödənilməklə avtomobilin dəyəri tam ödənildikdən sonra avtomobilin onun mülkiyyətinə verilməsini təklif etmiş, anası, digər Cavabdeh1 zəmanətindən sonra iddiaçı onun təklifilə razılaşmışdır. Cavabdeh2 aylıq ödənişləri etməklə həmin avtomobili bir müddət idarə etmiş, sonra öz istəyinə görə avtomobili birlikdə sataraq əvəzinə “BMW” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobil alınaraq onun istifadəsinə verilmişdir. Həmin ərəfələrdə Cavabdeh2 şəxsi işlərinə görə iddiaçıdan 500 manat da borc pul almışdır. Bir müddət sonra cavabdehlər “BMW” markalı avtomobili də sataraq pulunu özlərinə götürmüş, yerdə qalan borc məbləğinin qaytarmayaraq pulu mənimsəmişlər. Cavabdeh2 əmək haqqından 19 ay iddiaçıya 350 manat olmaqla cəmi 6650 manat ödəmiş, avtomobildən qalmış 5250 manatı və borc olaraq aldığı 500 manatı cavabdehlər qaytarmamışlar. Pulun qaytarılmasını cavabdehlərdən tələb etmiş, müxtəlif bəhanələrlə gətirərək pulu qaytarmadıqlarından polis şöbəsinə müraciət etmiş, Cavabdeh2 borcu etiraf edərək hər ay 50 manat ödəyəcəyini bildirmiş, araşdırma mülki xaraterli olduğundan bölmədən iddiaçıya məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra iddiaçıya ayda 50 manat olmaqla 100 manat ödənilmiş, yerdə qalmış məbləğ bu günədək ödənilməmişdir. İddiaçı hesab edir ki, pul məbləği könüllü olaraq ödənilmədiyindən həmin məbləğ məhkəmə qaydasında cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 və anası Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdehin çalışdığı firmanın rəhbəri olmuşdur. Cavabdeh İddiaçı “Opel Astra” markalı ** MU *** qeydiyyat nişanlı avtomobili hissə-hissə ödəmək şərti ilə 11900 manata almışdır. Bundan sonra həmin avtomobilə görə ödəməli olduğu borcun əksər hissəsini ödədikdən sonra avtomobili sataraq başqa avtomobil ilə dəyişmək istədiyini iddiaçıya bildirmişdir. İddiaçı pulun əksər hissəsini ödədiyi üçün cavabdehlə razılaşmış və həmin avtomobili sataraq “BMW” markali ** BN *** qeydiyyat nömrə nişanli avtomobil almışdır. Əmək haqqından çıxmaqla və nəğd şəkildə ödəməklə cavabdeh iddiaçıya borclu qaldığı digər məbləğləri də ödəmişdir. Sonra iddiaçı ilə şifahi müqavilədə razılaşdıqları kimi, hissə-hissə ödəmə müqaviləni birtərəfli qaydada pozaraq, cavabdehin ona borclu qaldığı pulu tez almaq üçün 2 ay hər ay 600 manat olmaqla əmək haqqını ödəməyərək, borcundan çıxdığını bildirdi. İddiaçıya cəmi 3000 (üç min) manat borcu qaldı. Əməkhaqqı ala bilmədiyi üçün və iddiaçının əmək haqqının 100 faizini borca tutaraq hüquqlarını pozduğu üçün cavabdeh işdən çıxmalı olmuşdur. Nizami Rayon Polis Bölməsinin polis əməkdaşı cavabdehin izahatını almış və o, həmin izahatda 3000 manat borcu olduğunu təsdiqləmişdir. Lakin cavabdeh borcu ödəyə bilməməyi səbəbi iddiaçının həmin pulu hissə-hissə əvəzinə tam şəkildə tələb etməsi olduğunu bildirmişdir. Həmçinin iddiaçı iddia tələbində cavabdeh kimi Cavabdeh1 da adını qeyd etmişdir. Halbuki iddiaçı onu tanımır və heç vaxt görməyib. İddiaçıya cəmi 3000 manat borcu qaldığı halda, həmçinin cavabdehin əməkhaqqını bütöv şəkildə verməyərək borca çıxaraq onun maddi vəziyyətini qəsdən pisləşdirdiyi üçün iddiaçının cavabdehdən tələb etdiyi 5650 manat pulun tələbinə dair iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, 3000 manat borcu qaldığını ayda 50 manat ödəməyə razılaşdıqlarını və bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh2 İddiaçı 3000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, Cavabdeh2 avtomobil almaq məqsədilə iddiaçıdan hissə-hissə ödəmək şərtilə 11900 manat borc pul almışdır. Həmin avtomobilə görə ödəməli olduğu borcun əksər hissəsini ödədikdən sonra borcu tam ödəmədiyinə görə aralarında mübahisə yaranmışdır. Nəticədə cavabdehin iddiaçıya borcu qalmışdır. Bu hallar cavabdehin xx.xx.2022-ci il tarixdə Nizami RPİ-də verdiyi izahatında əksini tapır və işin mübahisələnidirilməyən halıdır. Mübahisəli hal qalan borcun məbləğidir. Belə ki, iddiaçı borcun 5650 manat olduğuna iddia etsə də, cavabdeh tələbi yalnız 3000 manat hissədə qəbul edir. İddiaçı isə borcun daha çox olmasına dair sübut təqdim etmir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunan qanunvericilik aktlarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, tərəflər arasında şifahi razılığa əsasən cavabdeh öhdəlik götürmüş, həmin öhdəliyə əsasən iddiaçıdan götürdüyü avtomobilin dəyərini tam qaytamalı olduğu halda, borcun bir qismini qaytarmış, qalanını isə qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbi qismən təmin edilməli, cavabdeh borcun ödənilməmiş hissəsini yəni 3000 manatı tam şəkildə geri qaytarmalıdır. Lakin, iddiaçı qalan 2350 manat məbləğində borcun qaytarılması barədə məhkəməyə sübut təqdim etmədiyinə görə iddia tələbi həmin hissədə təmin olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-875/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-875/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver