Məhkəmə qərarları › İş №2(008)-875/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-875/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-875/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1456,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda abonent kodu onun adınadır. Abonent kodu **********00002-dir. Cavabdeh tərəfindən, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cü il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-cü il tarixli ******* saylı aktlar tərtib edilmişdir və həmin aktlar əsasında 1456,20 manat cərimə hesablanmışdır. Tərtib edilmiş aktlara əsasən, guya mənzildə təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2019-2020ci illərdə təbii qazdan qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Bu aktlar məhz qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən imza edilib. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, kənar xətdən 1 dəfə istifadə etmişdir, 2019-cu ildən ödənişlər də etmiş, lakin pulu əlbəəl qaz idarəsinin nümayəndəsinə vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cü il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-cü il tarixli ******* saylı aktların surətindən görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00002 olan İddiaçı akt əsasında 1456,20 manat debitor borcu olaraq 1483,65 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Azəriqaz İB tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cü il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-cü il tarixli ******* saylı aktlar tərtib edilmiş, həmin aktlara əsasən cavabdehə 1456,20 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-ci il tarixli ******* saylı, xx.xx.2019-cü il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-cü il tarixli ******* saylı aktlar üzrə 1456,20 manat pul əsaslı olaraq yazılmışdır. İddiaçı həmin aktlar üzrə ona hesablanan borcun əsassız olduğuna iddia etsə də, özü də iclasda etiraf edir ki, qanunsuz xətdən bir dəfə istifadə edib. Məhkəmə belə hesab edir ki, əgər bu qanunsuz xətt həqiqətən də iddiaçı tərəfindən çəkilibsə, onun bu xətdən elə bir dəfə istifadə etməsi real deyil. Elə o, qazdan həmin illər üzrə qanunsuz istifadə edib. İddiaçının aktlar tərtib olunan illərdə qaz üçün ödəniş etməməsi də bu faktı təsdiq edir. Üstəlik o, öz izahatında qeyd edir ki, qazdan istifadəyə görə ödənişləri qaz idarəsinin əməkdaşlarına əlbəəl ödəyirmiş. Məhkəmə bunu da iddiaçının qazdan qanunsuz istifadəsinə sübut kimi qəbul edir. Çox güman ki, iddiaçı həmin əməkdaşlara əlbəəl pul verib ki, onun kənar xətdən istifadəsinə “göz yumulsun”. Beləliklə, sadlananlardan göründüyü kimi iddiaçı təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar