Məhkəmə qərarları › İş №2(008)-882/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-882/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-882/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi ərizə və ona dəqiqləşdirmə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, valideynləri naməlum, şərti ad-soyadı Xatirə Süracovanın şərti olaraq, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası ərazisində doğulması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə xx.xx.2022-ci il tarixində Xatirə Süracova adlı qız uşağı yerləşdirilmişdir (ad və soyad şərti olaraq qeyd olunub). Həmin qız uşağı “Azərbaycan Uşaqları” İctimai Birliyinə isə Nizami RPİ-nin 24-cü PŞ tərəfindən yerləşdirilmiş, faktla bağlı akt tərtib olunmuşdur. Nizami RPİ-nin 24-cü PŞ-nə verilmiş sorğuya cavab məktubunda azyaşlının valideynləri haqqında hər hansı məlumatın qeydə alınmadığı məlum olmuşdur. Eyni zamanda, Süracova Xatirənin doğum faktını müəyyən edən hər hansı sənəd aşkar edilməmişdir və bu faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı hüquqi yönümlü iş aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə verilmiş sorğuya cavabda bildirilmişdir ki, azyaşlı Süracova Xatirənin yaşı 11-12 müəyyən edilmişdir. Maraqlı şəxsnə verilmiş doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə alınması ilə bağlı sorğuya cavab məktubunda isə, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X6 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələblənə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin nümayəndəsini dinləyib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: - “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla şərti adı Xatirə Sürac qızının birliyin nəzdində fəaliyyət göstərən Uşaq-Sığınacağı- Reinteqrasiya Mərkəzinə qəbul edilməsi təsdiq olunmuşdur. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinə müraciət edilərək, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında 5 yaşlı qız uşağının aşkar olunaraq araşdırma aparılan müddət ərzində sığınacaqda saxlanılması üçün köməklik göstərilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə aidiyyəti əməkdaşlar tərəfindən təxminən 5 yaşlı qız uşağı aşkar edilərək şöbəyə gətirilmiş, lakin azyaşlının valideynlərini müəyyən etmək mümkün olmadığından, “Azərbaycan Uşaqları” İctimai Birliyinə yerləşdirilmişdir. Tərəflərindən polis orqanlarına gətirilən yetkinlik yaşına çatmayan uşaqların qeydiyyatı jurnalına baxış keçirilmiş, Süracova Xatirənin valideynləri barədə heç bir məlumat qeydə alınmamışdır. Bu səbəbdən azyaşlının valideynlərinin axtarışda olubolmaması və şəxsiyyəti barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubuna əsasən, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda göstərilmiş sənədlər olmadığından, ərizəçiyə doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 77 nömrəli rəyi ilə məhkəmə-tibb müayinəsi və tibbi sənədlərə əsasən Süracova Xatirənin müəyyən edilmiş yaşının 11-12 ilə uyğunluğu nəticəsinə gəlinmişdir. Məhkəmə iclasında dindirilən Xatirə (adı şərtidir) 5 yaşından sığınacaqda olduğunu, valideynlərinin məlum olmadığını, bacı-qardaşının olmadığını, ona adın sığınacağın rəhbəri Kəmalə xanım tərəfindən qoyulduğunu, orada hər il may ayının 11-də doğum gününün qeyd edildiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Süracova Xatirə (ad şərtidir) xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin əməkdaşlar tərəfindən aşkar edilmiş, lakin onun valideynləri barədə heç bir məlumat əldə olunmamış, həmin tarixdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq- Sığınacağı-Reinteqrasiya Mərkəzinə qəbul edilmişdir. Hazırda ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər X1 şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi hazırkı ərizə ilə məhkəməyə müraciət edib, Süracova Xatirənin doğum tarixinin şərti olaraq xx.xx.2011-ci il, Azərbaycan Respublikası ərazisində doğulması və valideynlərinin naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsini xahiş edir. Beləliklə, məhkəmə iclas zalında tədqiq edilən sübutları qiymətləndirib və Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 77 nömrəli rəyini nəzərə alıb məhkəmə hesab edir ki, Xatirə Süracovanın xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasında doğulması və valideynlərinin naməlum olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Valideynləri naməlum, ad və soyadı şərti olaraq Xatirə Süracova kimi göstərilmiş qız uşağının xx.xx.2011-ci il tarixdə (şərti olaraq) Azərbaycan Respublikası ərazisində doğulması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar