Məhkəmə qərarları › İş №2(008)-885/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-885/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-885/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı uşaqları- X5 və X1 və onlara məxsus əşyaların ünvan 1 ünvanda yerləşən yataqxananın 24 saylı otağından çıxarılaraq, otağın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı 1988-ci il tarixdən gənc mütəxəssis kimi “Bakı şifer və keramika kombinatı’nda işləməyə başlamışdır. Həmin vaxtlar o, ev növbəsinə dayanmışdır. Ərizəçinin yaşamağa yeri olmadığına görə ünvan 1 ünvanda yerləşən “ünvan 2 bu barədə 106 saylı order təqdim edilmişdir. 1993-cü ilin 31 mart tarixində qızı doğulduğu üçün o, bir neçə gün doğum evində qalmışdır. Doğum evindən çıxandan bir müddət sonra ünvan 3 ünvanda yerləşən yataqxanaya gəldiyi zaman görmüşdür ki, ona məxsus 24 saylı otaqda Füzuli rayonundan olan məcburi köçkünlər məskunlaşıb. Onlarla aparılmış söhbətlərə baxmayaraq ərizəçinin dediklərinə məhəl qoymamış və həmin otaqda yaşamağa davam etmişdilər. O gündən bu günə kimi onlar ərizəçiyə məxsus 24 saylı otağı zəbt ediblər. Sonra ərizəçiyə aydın oldu ki, onların hal hazırda məqsədi dövlət tərəfindən mənzil ilə təmin olunmaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 106 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı həmin müəssisədə işlədiyi müddətə kimi "xxxx" ASC-nin yataqxanasının 24 saylı otağında oğlu X2 qızı- X4 və əri X3 ilə birlikdə yaşamağı üçün yer ayrılmışdır. - ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisara düşdüyünə görə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, mübahisəli yaşayış sahəsi halhazırda cavabdehlərin sahibliyindədir. İddiaçının mübahisəli yaşayış sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona "xxxx" ASC tərəfindən verilən orderdir. Qeyd olunan order ilə İddiaçı müəssisədə işlədiyi müddətə kimi "xxxx" ASC-nin yataqxanasının 24 saylı otağında oğlu X2 qızı- X4 və əri X3 ilə birlikdə yaşamağı üçün yer ayrılmışdır. İddiaçının istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı ona məxsus yaşayış sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün iddiaçı ilk öncə mülkiyyətçi olmalıdır. Lakin, iddiaçının qeyd olunan yaşayış sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçı order əsasında"xxxx" ASC-nin yataqxanasının 24 saylı otağın ona məxsus olduğuna istinad edir, lakin orderdə həmin yaşayış sahəsi iddiaçıya müəssisədə işlədiyi müddətə verilmişdir. ******* saylı əmək kitabçasının surətindən də görünür ki, xx.xx.2002-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar