Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-887/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evinə **********00000 saylı sayğac üzrə əsassız olaraq borc kimi yazılmış olan 1051.60 (bir min əlli bir manat altmış qəpik) manatın X2 tərəfindən silinməsi və bu iddia ilə bağlı ödənilmiş bütün rüsumların iddiaçıya cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3101 saylı bağ evi faktiki olaraq bacım - X1 yaşayış yeri üzrə rəsmi qeydiyyatda olmaqla onun istifadəsindədir. Həmin ünvan abonent kodu **********00000 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Bacım 2-ci qrup əlil olduğu üçün, həmin ünvan qaz təminatı üzrə borc mənim tərəfimdən hər ay ödənilir. 2021-ei ilin aprel ayının 23-ndə istismar müddətinin bitməsi səbəb olaraq İtron G4 kartla əvvəlcədən ödəniş tipli qaz sayqacı **********3 nömrəli Zenner G4 mexaniki sayqacla cavabdeh - Azəriqaz idarəsinin əməkdaşları - Vüsal Fərəcov və Məmmədov Şahin (icraçı) tərəfindən əvəzlənmişdir. Qeyd etmək istəyir ki, 3 ay sonra Maştağa qəsəbəsi və ətraf ərazilərin qaz istehlakı şöbəsində təqdim olunmuş sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktda hər hansı irad qeyd olunmayıb. 2021-ci ilin avqust ayında qaz sayğacı üzrə ödənişlərin kodunu öyrənmək məqsədilə Maştağa qəsəbəsi və ətraf ərazilərin qaz istehlakı şöbəsinə yaxınlaşdıqda, ona 28 fevral 2020-ci il tarixli ******* nömrəli akt təqdim olundu və 1051.60 (bir min əlli bir manat 60 qəpik) manat məbləğində borc yazıldığı qeyd olundu. Cavabdeh - Azəriqaz İB BRQSD-nin rəisi Zelum Rəsulovun təsdiq etdiyi bu sənədə nəzər yetirdikdə, akta əlavə olunmuş şəkillərdə təqdim olunan ərazinin, sayğacın, qazpaylayıcı borunun, hasarın və evin onların ünvana - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, bağ evi 3101 yerləşən bağ evinə aid olmadığı heç bir şübhə doğurmur. Qeyd etmək istəyir ki, nə o, nə də ünvanda yaşayan bacısı həmin aktın tərtib olunmasında iştirak etməmiş və akt barədə tərtib olunduğu tarixdən 17 ay sonra təsadüfən xəbər tutmuşlar. X8 adlı və onlara məlum olmayan vətəndaşın guya həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Qeyd olunanlarla bağlı haqlı iradını 2021-ci ilin sentyabr ayının 2-sində cavabdehə - X2, Bakı Regional Qaz satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adına ərizə yazmaqla bildirmişdir. Bu ərizə 02 sentyabr 2021-ci il tarixində adı çəkilən department üzrə K-70-45 daxili dərkənar nömrəsilə qeydiyyata alınmışdır. Ərizənin nəticəsi olaraq 11 oktyabr 2021-ci il tarixində cavabdehin əməkdaşları ünvana gələrək baxış keçirmişdirlər. Lakin baxış keçirərkən cavabdehin əməkdaşları Səbuhi Qasımovun sədrliyi ilə, Rəfael Əkbərov, Ürfan Əliyev, Natiq Bayramov və Mehdi Əsgərzadə ərizənin əsas məqamı - 28 fevral 2020-ci il tarixli ******* nömrəli aktdakı şəkillərin bizim ünvana aid olmadığı heç nəzərdən belə keçirməmişdirlər. Tərtib olunmuş 11 oktyabr 2021-ci il 201 saylı istehlakçının qaz təsərrüfatının inventar aktında isə ümumi ifadələrdən istifadə edilərək baxış zamanı nöqsanın aşkar edilmədiyi qeyd edilmişdir. 22 oktyabr 2021-ci il tarixində cavabdehin əməkdaşı — Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Hicran Abasovun imzası ilə onların müraciətə baxılması barədə SOCAR**********30560046X02844 saylı cavab verilmişdir. Bu cavabda da ərizənin əsas məqamı - 28 fevral 2020-ci il tarixli ******* nömrəli aktdakı şəkillərin bizim ünvana aid olub olmadığı barədə heç bir fikir bildirilmədən cavabdehin haqlı olduğu ifadə olunmuşdur. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1051.60 (bir min əlli bir manat 60 qəpik) manatın X2 tərəfindən silinməsi və bu iddia ilə bağlı ödənilmiş bütün rüsumların iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edilmədiyi halda, ona əlavə borcun hesablanması yolverilməzdir. Heç bir əsas olmadan onlara qarşı qeyd edilən qanun pozuntusu böhtan edilmişdir çünki qazpaylayıcı şəbəkəyə müdaxilə edildiyi ərazi tamamilə fərqli ünvana aiddir. Müdaxilənin məhz o və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, saldoda göstərilən Kərimov Şamil kim olması barədə məlumatı olmadığını, həmin ünvanı və şəxsi tanımadığını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh dəfələrlə məhkəmə iclasının və vaxtının yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəm işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan **********00000 nömrəli (Kərimov Şamil) abonentin saldosundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Bağlar ev 227 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2021-ci il üçün borcu 1056.60 manat təşkil edir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarının qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilədə istehlakçı kimi şəxsin adı göstərilməmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən və müvafiq olaraq onların əsasında tərtib edilmiş xx.xx.2020ci il tarixli tələbnamədən görünür ki, Kərimov Şamilə məxsus mənzilə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmişdir. Gasrep məlumatlarından görünür ki, **********00000 nömrəli abonenet kodu Kərimov Şamilə məxsusdur. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 143610 saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Lahiş bağ sahəsində yerləşən 3101bağ evi İddiaçı mülkiyyətindədir. Məhkəmə ilk növbədə iddiaçının diqqətinə çatdırır ki, iddiaçı nə qədərdə iddiaçıya məxsus bağ sahəsində yerləşən ünvana qazdan istifadə edilməsinə görə 1051.6 manat məbləğində borcun əsassız yazıldığını qeyd etsədə, məhkəmə iddiaçının diqqətinə çatdırı ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, **********00000 saylı abonent kodu İddiaçı deyildə üçüncü bir şəxsə Kərimov Şamilə məxsusdur və eyni zamanada **********00000 abonent kodunun ünvanı isə ünvan 2esab edir ki, nəqədər ki, qeyd edilən borc məbləği iddiaçıya deyildə başqa bir şəxsə məxsus olan abonent koduna yazılmışdır, həmin abonent kodunda olan borc məbləğinin silinməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-887/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-887/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver