Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-889/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçılar İddiaçı, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh “X11 və Maşınqayırma” ASC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçılar İddiaçı, Cavabdeh1 və Cavabdeh2 cavabdeh “X11 və Maşınqayırma” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı, Cavabdeh1 və Cavabdeh2 cavabdeh “X11 və Maşınqayırma” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9 İstehsalat" Birliyi ASC-nin rəhbəri X4 21563 manat tutularaq İddiaçı xeyrinə 4250 manat, Cavabdeh1 xeyrinə 8070 manat və Cavabdeh2 xeyrinə isə 9243 manat əmək haqqı borcunun ödənilməsi, əlavə olaraq "X9 İstehsalat" Birliyi ASC-nin rəhbəri X5 onların hər birinə bu müddət ərzində vurulmuş 4500 maddi, mənəvi zərər(ziyan) tutularaq iddiaçılara bərabər qaydada ödənilməsi barədə qətnamə çıxarılmasnını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o , İddiaçı, 4 nəfər ailə üzvü ilə yuxanda qeyd olunan ünvanda yaşayır. Birinci Qarabağ müharibəsi veteranıdır. 1990-cı il tarixdən “X9 İstehsalat” Birliyi ASC-də çilingər vəzifəsində işləmişdir. 2003-cü ildə işdən çıxmış, 2018-ci il tarixdən hal-hazırkı vaxtadək həmin müəssisədə işləyir. Hal-hazırda neçə müddətdir ki, “X9 İstehsalat” Birliyi ASC-nin rəhbərliyi işlədiyi işlərin pulunu, əmək haqqını ödəmir. Onun aylıq əmək haqqı 650-700 manat təşkil edirdi. 2019-cu ilin sentyabr, oktyabr, dekabr, 2020-ci ilin dekabr, 2021-ci ilin mart ayının əmək haqqını, 3 ilin məzuniyyət haqqını, yəni 1500 manat məzuniyyət pulunu vermirlər. Hər dəfə haqqını tələb etdikdə "X9 İstehsalat” Birliyi ASC-nin rəhbəri X10 bəhanələrlə yaxın günlərdə ödəniləcək deyə ayları sayırlar. 4 nəfər ailə üzvü onun aylıq əmək haqqı ilə dolanırlar. Ailənin maddi vəziyyəti çox pisdir. Cavabdeh1, 4 nəfər ailə üzvü ilə yuxarıda qeyd olunan ünvanda yaşayır. Birinci Qarabağ müharibəsi veteranıdır. 1997-cı il tarixdən “X9 İstehsalat” Birliyi ASC-də tornaçı, iç yonucu vəzifəsində işləmişdir. Hal-hazırda neçə müddətdir ki, “X9 İstehsalat” Birliyi ASC -nin rəhbərliyi işlədiyi işlərin pulunu, əmək haqqını ödəmir. Onun aylıq əmək haqqı 650 manat təşkil edirdi. 2020-ci ilin noyabr 650 manat 2021-ci ilin mart, aprel ayının əmək haqqını, 12 ilin məzuniyyət haqqını, yəni 5660 manat məzuniyyət pulunu və 460 manat sağlığımla əlaqədar bülleten pulunu vermirlər. Hər dəfə haqqını tələb etdikdə “X9 İstehsalat” Birliyi ASC-nin rəhbəri X10 bəhanələrlə yaxın günlərdə ödəniləcək deyə ayları sayırlar. 4 nəfər ailə üzvü onun aylıq əmək haqqı ilə dolanırlar. Ailənin maddi vəziyyəti çox pisdir. Cavabdeh2, 6 nəfər ailə üzvü ilə yuxarıda qeyd olunan ünvanda yaşayır. 2005-cı il tarixdən “X9 İstehsalat” Birliyi ASC-də tornaçı, iç yonucu vəzifəsində işləmişdir. Hal-hazırda neçə müddətdir ki, “X9 İstehsalat” Birliyi ASC -nin rəhbərliyi işlədiyi işlərin pulunu, əmək haqqını ödəmir. Onun aylıq əmək haqqı 650 manat təşkil edirdi. 2019-cu ilin sentyabr, oktyabr, 2020-ci ilin dekabr ayının əmək haqqından 100 manat qalıb, 2021-ci ilin isə mart, aprel ayları və avqust ayından 8 dən ( əmək haqqı ödənilmədiyindən işə getməmiş, rəhbərlik işə çağırdı və əmək haqqının ödəyəcəyini bildirdi) əmək haqqını, 2006-cı ildən bu vaxta kimi, 14 ilin məzuniyyət haqqını, yəni 6370 manat məzuniyyət pulunu və iş vaxtından əlavə, yəni işdən sonra əlavə qalıb işlədiyin 4 saatın pulunu vermirlər. Hər dəfə haqqını tələb etdikdə “X9 İstehsalat” Birliyi ASC-nin rəhbəri X10 bəhanələrlə yaxın günlərdə ödəniləcək deyə ayları sayırlar. 6 nəfər ailə üzvü onun aylıq əmək haqqı ilə dolanırlar. Ailənin maddi vəziyyəti çox pisdir. 01.02.2022-ci il tarixdə iddiaçılar İddiaçı, Cavabdeh1, Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə müraciət edərək “X9 İstehsalat Birliyi” ASC-dən 21563 manat tutularaq İddiaçı xeyrinə 4250 manat, Cavabdeh1 xeyrinə 8070 manat və Cavabdeh2 xeyrinə 9243 manat əmək haqqı borcunun ödənilməsi, əlavə olaraq “X9 İstehsalat Birliyi” ASC-dən onların hər birinin bu müddət ərzində vurulmuş 4500 maddi, mənəvi zərər (ziyan) tutularaq onlara bərabər qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, rəsmi olaraq 10.04.2020-ci il tarixindən əmək müqaviləsi ilə “X9 İstehsalat” Birliyi ASC-də əmək fəaliyyətinə başlamışdır. Lakin bundan əvvəldə o həmin müəsisədə müqavilə olmadan vaxta muzd çalışmışdır. Lakin o 2019-cu ilin sentyabr, oktyabr aylarını maaşı tam, dekabr ayınının 27-ə kimi həmin müəsisədə çalışmasına baxmayaraq, cavabdeh ilə aralarında danışılmış aylıq əmək haqqı ona verilməmişdir, həmin aylarda onun əmək haqqı 700 manat olmuşdur. Belə ki, ona 2019-cu ilin senytabt və oktyabr ayını tam işlədiyindən ona 1400 manat məbləğində pul verilməlir. Ancaq həmin ilin dekabr ayı üçün ona 300 manat pul ödənilmişdir, 400 manat pulunu müəsisə ona ödəməmişdir. Bundan başqa o 2021-ci ilin mart ayının maaşının bir qismi verilməmişdir, Belə ki, o həmin ay işləmiş ona yalnız 170 manat məbləğində pul verilmişdir. Bundan başqa o məhkəməyə bildirdi ki, o 2020-ci ilin aprel ayından ASC ilə rəsmi müqavilə bağlayaraq orada çalışmasına baxmayaraq, ona 2020-ci il və 2021-ci illər üçün əmək məzuniyyəti verilməmişdir, Belə ki, o hesab edir ki, ona əmək məzuniyyəti üçün 1500 manat məbləğində pul vəsaiti ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X11 və Maşınqayırma” ASC-nin nümayəndəsi X3 iddia tələbinin İddiaçı aid hissəsinə münasibət bildirərək qeyd etdiki, iddia tələbini İddiaçı münasibətdə qismən qəbul edir və qeyd edir ki, İddiaçı 2019-cu ilin sentyabr və oktyabr ayında müəsisədə işləməsi müqabilində hər ay 700 manat ödənilməli olduğu halda cavabdeh İ. Məmmədova hər hansı bir pul vəsait ödənilməmişdir. 2019-cu ilin dekbar ayında İddiaçı iş günlərinin sayı az olduğundan ona 600 manat məbləğində pul vəsiti ödənilməli olduğu halda 300 manat məbləğində pul vəsaiti ödənmişdir. Bundan başqa 2021-ci ilin mart ayı üçün İddiaçı 170 manat məbləğində əmək haqqı almışdır. Həmin ay onun işgünləri sayı az olduğundan o yalnız iş günlərinin sayına uyğun əmək haqqı almışdır. Bundan başqa iddiaçının İddiaçı 2020 və 2021-ci il üçün məzuniyyət pullarının ödənilməsi hissəsini qəbul etməyərək bildirirki, qeyd edilənlərdən əlavə müəsisə İddiaçı işdən ayrıldıqdan sonra ona 204.09 manat məbləğində son haqqı hesab pulunu ödəməyi qəbul edir. Qeyd edilənlərə əsasən müəsisə İddiaçı ümumilikdə 1904.09 (1400 +300-204.09) manat məbləğində pulu ödənilməsi hissəsini qəbul edərək, digər hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia tələbini müdafiə edərək bildirdi ki, o, əmək müqaviləsi əsasında 19.08.2009-cu il tarixindən “X9 İstehsalat” Birliyi ASC-də əmək fəaliyyətinə başlamışdır. O, “X9 İstehsalat” Birliyi ASC-dən 2020 və 2021-ci il üçün bülleten pulu almalı olduğu halda ona hər hansı bir ödəniş edilməmişdir. Bundan başqa o, 2021-ci ilin mart ayı tam və aprel ayının 19-a dək işləmiş lakin ona həmin aylar üzrə hər hansı bir ödəniş edilməmişdir. Bundan başqa o, 2009-cu il tarixindən 2021-ci il tarixindədək sözügedən müəsisədə işləməsinə baxmayaraq ona məzuniyyət və məzuniyyət pulu verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X11 və Maşınqayırma” ASC-nin nümayəndəsi X3 iddia tələbinin Cavabdeh1 aid hissəsinə münasibət bildirərək qeyd etdi ki, iddia tələbini Cavabdeh1 münasibətdə qismən qəbul edir və qeyd edir ki, müəssisə tərəfindən büllüttin üçün Cavabdeh1 455 manat məbləğində pul vəsaiti ödənilməlidir. Bundan əlavə müəssisə tərərfindən iddiaçı Cavabdeh1 2009-cu il tarixindən 2021-ci il tarixədək ödənilməmiş 2328.94 son haqq-hesab (məzuniyyət pulu) borcu mövcuddur. Cavabdeh1 2021-ci ilin mart aprel ayları işə gəldiyini qeyd etsədə həmin dövürdə o, işə gəlməmiş, məhz bu səbəbdən Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin iddiaçı Cavabdeh1 qarşı qismən 2783.94 manat (455 buletin pulu + 2328.94 məzuniyyət pulu) hissədə qəbul edərək, digər hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 iddia tələbini müdafiə edərək bildirdi ki, o, əmək müqaviləsi əsasında 26.12.2005-ci il tarixindən “X9 İstehsalat” Birliyi ASC-də əmək fəaliyyətinə başlamışdır. Onun əmək haqqısı adətən 300-400 manat arası olmuşdur. O işlədiyi müddət ərzində yalnız bir dəfə əmək məzuniyyətinə çıxmış və həmin vaxtı 340 manat məzuniyyət pulu almışdır. Lakin 2006-ci il tarixindən 2021-ci il tarixinədək o heç vax məzuniyyətə çıxmamış və məzuniyyət pulu almamışdır, o məzuniyyətə çıxmadığı illər ərzində ona ödənilməli olan məzuniyyət pulu hesablnaraq ona ödənilməsini xahiş edir. Bundan əlavə olaraq bildirdi ki, ona 2019-cu ilin sentyabr və oktyabr aylarının əmək haqqısını almamışdır, həmin əmək haqqı 1400 manat olmalıydı, həmin puldan 200 manat olan hissə cavabdeh tərəfindən onaödənilməsinə baxmayaraq, yerdə qalan 1200 manat olan hissə ödənməmişdir. Bundan əlavə 2021-ci ilin mart və aprel aylarınında əmək haqqısı ödənməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X11 və Maşınqayırma” ASC-nin nümayəndəsi X3 iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirərək qeyd etdi ki, iddia tələbini Cavabdeh2 münasibətdə qismən qəbul edir və qeyd edir ki, Cavabdeh2 2005-ci il tarixindən sözügedən müəssisədə əmək fəaliyyətinə başlanmış, 2021-ci ilin aorel ayının 19-də əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisədə işlədiyi 2006cı il tarixindən 2021-ci il tarixədək əmək məzuniyyətindən özü könüllü olaraq istifadə etməmişdir. Onun əmək müqaviləsinə xitam verdikdən sonra ASC tərəfindən ona ödənilməli olan 2043.36 manat məbləğində haqq-hesab xərcləri qalmışdır. Bundan əlavə o, 2019-cu ilin sentyabr və oktyabr aylarının əmək haqqısını almamışdır, lakin həmin aylar üçün ödənilməli olan əmək haqqının məbləği 1200 manat deyil 963 manatdır. 2021-ci ilin mart, aprel aylarında işə gəlmədiyi üçün onun əmək müqaviləsinə məhz aprel ayının 19də bu səbəbdən əmək müqaviləsinə işəgöyürən tərəfindən xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 10.04.2020-ci il tarixdən təmirçi-çilingər peşəsinə qəbul edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən ödəniş və avans cədvəllərindən görünür ki, İddiaçı 2019-cu ilin dekabr ayında yalnız avans üzrə 300 manat məbləğində pul vəsait almış, dekabr ayında ödəniş cədvəli üzrə hər hansı bir ödəniş almamışdır. "xxxx" ASC tərəfindən təqdim edilən ödəniş və avans cədvəlindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayında ödəniş cədvəli üzrə 170 manat məbləğində pul vəsiti almışdır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh1 20.06.2009-cu il tarixdən 19.08.2009-cu il tarixədək 2 ay müddətinə mexanikiyığma sexinə 1 nömrəli tornacı iç yonan peşəsindən irəli gələn işlər üzrə olmaqla işə qəbul edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən iş vaxtının uçotu cədvəlindən görünür ki, Cavabdeh1 2021-ci ilin mart və aprel ayının 19-a kimi işə gəlməməsinə dair tabelə qeyidlər edilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh2 26.12.2005-ci il tarixdən 25.12.2007-ci il tarixədək 2 il müddətinə mexanikiyığma sexinə 1 nömrəli tornacı iç yonan peşəsindən irəli gələn işlər üzrə olmaqla işə qəbul edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilən, "xxxx" ASC-nin baş mühasibi tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, cavabdeh iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, "xxxx" ASC-nin X7 1 bir il, 5 ay müddətinə istifadə edilməmiş əmək məzuniyyəti üzrə 204.09 manat məbləğində ödənilməli olan son-haqq hesab borcu, 1400 manat məbləğində əmək haqqı borcu mövcuddur. Sabunçu EİM” ASC-nin Cavabdeh1 12 il müddətinə istifadə edilməmiş əmək məzuniyyəti üzrə 2328.94 manat məbləğində ödənilməli olan sonhaqq hesab borcu, 455 manat məbləğində xəstəlik bülletini üzrə borcu mövcuddur. Sabunçu EİM” ASC-nin Cavabdeh2 Xudaveri oğluna 12 il müddətinə istifadə edilməmiş əmək məzuniyyəti üzrə 2043.36 manat məbləğində ödənilməli olan son-haqq hesab borcu, 963 manat məbləğində əmək haqqı borcu mövcuddur. Azərbaycan Respublikası Əmək Məcələsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda iddialarının əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edirlər və cavabdeh tərəfin iddiaçılara ödəməli olduğu əmək fəaliyyəti ilə bağlı əmək haqlarını ödəmədiklərinin, həmin əmək haqqının məbləğinin, hansı əsaslarla heblandığını təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçılar istinad etdiyi halları sübut edə bilmirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbləri ilə bağlı cavabdeh tərəfin məhkəmə iclasında vermiş olduğu etirafedici izahatlar əsas götürülmə, iddia tələbi hər bir iddiaçıya münasibətdə cavabdehin etirafı hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi hissəsi nəzərə alınmalı, iddia tələbi qismıən təmin edilərək cavabdeh X11 və Maşınqayırma” ASCdən 1904.9 (bir min doqquz yüz dört manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı, 2783.94 (iki min yeddi yüz səksən üç manat, doxsan dört qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 və 3006.36 (üç min altı manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh2 xeyrinə tutulmalıdır. Bundan başqa iddia tələbinin digər hissəsini əhatə edən 4500 manat maddi və mənəvi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, qeyd edilən maddi zərərin yaranması əsaslarını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyində iddia tələbi bu hissəsədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X11 və Maşınqayırma” ASC-dən 1904.9 (bir min doqquz yüz dört manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı, 2783.94 (iki min yeddi yüz səksən üç manat, doxsan dört qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 və 3006.36 (üç min altı manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti isə Cavabdeh2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-889/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-889/2022
01.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver