Məhkəmə qərarları › İş №2(008)-8952/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8952/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8952/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Rəhimov oğluna qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və üç övladının ünvan 1 ünvanına köçürülmələri, evin iki ayrıca otağına yerləşdirilmələri, həmin iki otağın və onlardan sərbəst istifadə üçün həyətyanı torpaq sahəsinin ayrılması və naturada bölünməsi, aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İlk olaraq qeyd olunmalıdır ki, iddia ərizəsinin başlığı “evə köçürülmə” kimi qeyd olunsa da, iddiaçının xahiş etdiyi tələblərin dairəsi bununla məhdudlaşmır. İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri ilə yanaşı, həyətyanı torpaq sahəsinin ayrılması, naturada bölünməsi, aralarında daş hasarın çəkilməsi və küçəyə ayrıca çıxışın açılmasını da xahiş etmiş, lakin bunun mümkün olub-olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı köçürülməsini xahiş etdiyi yaşayış sahəsi ilə bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Qeyd olunalara əsasən hesab edirəm ki, iddia ərizəsində sadalanan tələblər bir-biri ilə əlaqədar olmayan tələblər olmaqla, onların ayrıca icraatda baxılaraq araşdırılması məqəsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar