Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-896/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında dəymiş zərər kimi əsassız hesablanmış 1788,48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini azaldılmış həcmdə müdafiə edərək, onunla əsaslandırdı ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. Ona məxsus abonent koduna əsassız olaraq xx.xx.2022-ci il tarixli akt əsasında 1788,48 manat məbləğində borc hesablanmışdır. Həmin akt qaz xəttindən kənar istifadəyə görə tərtib edilmişdir, halbuki o, heç vaxt təbii qazdan qeyri-qanuni istifadə etməmişdir. Daha sonra X1 tərəfindən qaz xəttindən kənar istifadə etdiyi aşkar olunmuş və buna dair akt tərtib edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmış və abonentin istehlakçını keyfiyyətli qazla təmin etmə barədə qarşılıqlı razılıq əldə edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ünvan 1 ünvanında iddiaçıya məxsus evə quraşdırılmış sayğaca baxış keçirilmiş və təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış, dəymiş ziyanın bərpasıda dair tələbnaməyə əsasən 14904 m3 itki hesablanmışdır. İşdə olan, kodu abonent **********00111 olan abonentin (İddiaçı) saldosundan görünür ki, 2022-ci ilin iyul ayı üçün akta əsasən 1788,48 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, Cavabdeh əməkdaşları Rəfael Əkbərov, Urfan Əliyev və S.Əliyev tərəfindən imzalanmış aktdan görünür ki, həmin tarixdə göstərilən şəxslər İddiaçı məxsus evə baxış keçirmiş, lakin kənar xətt aşkar olunmamış, abonentə yazılmış kənar xəttin abonent kodu **********00000 olan Yaşar Əsgərova məxsus olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, işin məhkəmə iclasında müəyən edilmiş hallarından görünür ki, abonent kodu **********00111 nömrə olan ünvan 1 ünvanında iddiaçıya məxsus evə xx.xx.2022-ci il tarixli akt üzrə ziyan məbləği hesablansa da, Cavabdeh əməkdaşları kimi Rəfael Əkbərov, Urfan Əliyev və S.Əliyev tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktla həmin şəxslərin göstərilən ünvanda olub sayğacdan kənar qaz xəttinin iş üzrə iddiaçıya deyil, **********00000 nömrəli abonent koduna məxsus olduğu təsdiq edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası haqlıdır. Bu səbəbdən də, itirilmiş qazın bərpası məqsədilə cavabdeh qurumun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt əsasında **********00111 nömrəli abonent koduna hesablanmış 1788,48 manat məbləğində cərimə silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, iddiaçı iddia təmin edildiyindən, 37,88 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı istifadəsində olan **********00111 saylı abonent koduna təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1788,48 (bir min yeddi yüz səksən səkkiz manat, qırx səkkiz qəpik) manat məbləğində borcun silinməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 37,88 (otuz yeddi manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi təqdim olunduğu gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-896/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-896/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver