Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-909/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi Bakı şəhəri 16 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 16 saylı notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X17 küçəsi, ev 37, mənzil 26 ünvanında yerləşən mənzildəki miras payının qəbul edilməsi müddətinin ona nisbətdə uzadılması barə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan ünvandakı mənzil anasının mülkiyyətində olmuşdur. 2011 -ci ildə o vəfat edəndən sonra miras əmlaka dair vərəsəlik açılmışdır. Atası Rusiyaya getmiş və müntəzəm olaraq, uşaqlarına pul göndərmişdir. Anadan olandan yuxarıda qeyd olunan miras əmlak olan mənzildə yaşadığından mənzilin anası vəfat edəndən sonra kimin adma rəsmiləşdirilməsi ilə maraqlanmamışdır. Fikirləşmişdir ki, mənzil anası vəfat edəndən sonra atasının adına rəsmiləşdirilər. Atası Bakı şəhərinə gəldikdən sonra sənədlərə baxanda ona məlum olmuşdur ki, həmin mənzil bacısı X2 adına rəsmləşdirilmişdir. Miras əmlakla əlaqədar 16 saylı notariat kontoru tərəfindən atası X13, bacısı X3 və bacısı X9 22.11.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixli "vərəsəlik payının bağışlanması» müqaviləsinə əsasən X15 və X12 miras əmlakdakı paylarını cavabdeh X7 bağışlamış, Əşrəfova Lamiyə mənzilə mülkiyyət hüququna dair çıxarış almışdır. Onun iddiası əsasında Sabunçu rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi ilə adıçəkilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, vərəsəlik payının bağışlanması müqaviləsi və Çıxarış ləğv edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədikdə, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Sabunçu rayon Məhkəməsinin 2(008)-898/2021 №-li iş üzrə qəbul etdiyi 03.05.2021ci il tarixli qətnaməsi ilə Ərizəçi iddiası təmin edilərək 16 saylı notariat ofisində 22.11.2011ci il tarixdə 2V 1/29 nömrə ilə reyestrdə qeyd edilmiş AN-İ ******* №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 22.11.2011-ci il tarixli vərəsəlik payının bağışlanması müqaviləsi və 17.01.2012-ci il tarixli, seriya MA ******* №-li Çıxarış ləğv edilmişdir. Həmin iş üzrə cavabdehlər ərizəçinin atası, bacıları və 16 saylı notariat ofisi olmuşdur. Həmin qətnamə ilə aşağıdakılar müəyyən edilmişdir. Ərizəçi (hazırki iş üzrə ərizəçi), X10 və X12 bacıdılar, onlar valideynləri X15 və X8r. Ərizəçinin anası X11 29.03.2011-ci il tarixdə ölmüş, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil (sonradan – miras əmlak) onun ölümündən sonra miras qalmışdır. 22.11.2011-ci il tarixli, AN-İ ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 vərəsələri kimi bərabər paylarla əri X15, qızları X10 və X12 tanınmışdıllar. Onlar tərəfindən ünvan 3 ünvanlanmış 18 .10.2011 -ci il tarixli ərizələrində onlardan başqa MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş vərəsələrin olmadığını göstərmişlər. X15 və X12 qeyd olunan mənzildən onlara düşən paylarını X7 bağışlamışlar. Miras əmlak tam mülkiyyət hüququ üzrə 17.01.2012-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, Ərizəçi tərəfindən miras əmlak faktiki qəbul edildiyindən, miras kütləsinə daxil olan mənzil üzərində miras açıldığı andan, yəni 29.03.2011-ci il tarixindən etibarən digər qanuni vərəsələrlə yanaşı onun da mülkiyyət hüququ olmuşdur. Hazırda ərizəçi mənzildəki miras payının qəbul edilməsi müddətinin ona nisbətdə uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləisnin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdərmənin səbəbini üzrlü sayarsa uzada bilər. Beləliklə, məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ərizəçinin mirasa əmlaka dair subyektiv hüququ tanındığından mənzildəki miras payının qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, X17 küçəsi, ev 37, mənzil 26 ünvanında yerləşən mənzildəki miras payının qəbul edilməsi müddəti Ərizəçi nisbətdə uzadılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-909/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-909/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver