Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-91/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, 57 saylı (keçmiş 25) evdən və torpaq sahəsindən payına düşən hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, ev 57 (keçmiş 25) 4 saylı DNK-m xx.xx.1972-ci il tarixli 26-8308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X12/ımn adına olmuşdur. 1 saylı DNK-nin xx.xx.1987-ci il tarixli 2 kn-N-283 reyestr nömrəli qanun üzrə "vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən X6 vəfatından sonra 1/48 hissəsi X2 adına qeydiyyatdan keçmişdir. 16 saylı DNK-nm xx.xx.1987-ci il tarixli 1N-71 reyest nömrəli "mülkiyyət hüququ haqqında şəhadənaməsi"nə əsasən X6 vəfatından sonra 4/48 hissəsi X9 adına qeydiyyatdan keçmişdir. 16 saylı DNK-nm xx.xx.1987-cı il tarixli İN-72 reyest nömrəli qanun üzrə "vərəsəlik hüququ haqqında şəhadətnamə"sinə əsasən X6 vəfatından sonra 3/48 hissəsi X9, Cavabdeh Şamil oğlunun və İddiaçı adlarına qeydiyyatdan keçmişdir. Daha sonra DƏDRX-dən verilən arayışda qeyd edilmişdir ki, 25 nömrəli ev sökülmüş və yerində yeni 57 nömrəli ev inşa edilmişdir, həmçinin İddiaçı, Cavabdeh Şamil oğlunun, X3 yeni inşa edilmiş fərdi yaşayış evinin Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının adına sənədləşdirilməsinə etiraz etməsinə dair ərizələrinə, Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının ərizəsinə və keçmiş Lenin rayonu, X8 İcraiyyə Komitəsinin 15 saylı xx.xx.1953-cü il tarixli protokoluna və eskiz layihəsinə əsasən sözügedən 57 saylı fərdi yaşayış evi Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının və evin yerləşdiyi 0,05325 ha torpaq sahəsi İddiaçı Şamil oğlunun, Cavabdeh Şamil oğlunun, X3, X9 və Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının adlarına ümumi birgə payda qeydiyyata alınmışdır və xx.xx.2026-ci il tarixində çıxarış verilmişdir. X1 ilə atası X16 xx.xx.1966-cı il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşlar. X1 xx.xx.1985-ci il tarixində, atası X17 isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Anasından miras kimi fərdi yaşayış evi, torpaq qalmışdır. Miras qanuni vərəsə kimi aralarında bölünsə də iddiaçıya miras əmlakdan istifadə etməyə qardaşı mane olur, bu səbəbdən də miras əmlakdan payına düşən hissə naturada ayrılıb ona verilməlidir. Odur ki, nümayəndə və vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, .... Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, 57 saylı fərdi yaşayış evi Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının və evin yerləşdiyi 0,05325 ha torpaq sahəsi İddiaçı Şamil oğlunun, Cavabdeh, X4 və X11 və Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının adlarına ümumi birgə payda qeydiyyata alınmışdır və xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, ev 25-də qeydiyyatda olmuş X7 miras əmlakına dair açılmış vərəsəlik işinə əsasən hər birinə ½ hissə düşməklə faktiki vərəsələri İddiaçı Şamil oğlu və Cavabdehdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6849 №-li rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, 57 saylı (keçmiş 25) evin və yerləşdiyi 0,05325 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçilər İddiaçı Şamil oğlunun, Cavabdeh, Nuriyeva (Məmmədova) Svetlana Mehralı qızının, X4 və X11 hər birinə bərabər paylarda olmaqla, naturada ayrılmasının “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6475 №-li rəyindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, 57 saylı (keçmiş 25) evin və yerləşdiyi 0,05325 ha torpaq sahəsinin İddiaçı Şamil oğlunun və Cavabdeh paylarına uyğun naturada ayrılmasının “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, xx.xx.2023-cü il tarixli, 10/6849 №-li və xx.xx.2023-cü il tarixli, 10/6475 ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə yuxarıda göstərilən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X20 küçəsi, 57 saylı (keçmiş 25) evin və yerləşdiyi 0,05325 ha torpaq sahəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığını işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Belə olan halda, məhkəmə, bütün göstərilənləri ümumiləşdirərək, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddiası rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, eyni zamanda, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatlarının dəyəri qismində cəmi 150 manat məbləğində müəyyən edilmiş ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak payının naturada ayrılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 150 (yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-91/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-91/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver