Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-911/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən hesablanaraq **********30000 saylı abonent hesabına yazılmış 1219 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X12 onun nənəsidir. O, xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən həyət evimizə mərhum nənəsinin adına qeydə alınmaqla **********30000 abonent kodu üzrə işıq sayğacı quraşdırılmışdır. Bir müddət əvvəl müəyyən etmişdir ki, **********30000 abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə 1219 manat borc məbləği yazılmışdır. Onun evində heç vaxt 1219 manat dəyərində elektrik enerjisindən istifadə edilməyib, sayğacda qeydə alınmış sərfiyyat üzrə 89 manat borcunun olduğu halda 1219 manat borcun hansı əsasla yazıldığını araşdırmaq üçün o, "xxxx" ASC-yə rəsmi qaydada müraciət etmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, güya tərəfindən elektrik hesabat sayğacına baxış keçirilməsi üçün şərait yaradılmadığına görə enerji sərfiyyatının hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır. Enerji sərfiyatına görə ödəniş aparılmadığından xx.xx.2014-cü il tarixinədək 1219 manat borc yaranmışdır. O, "xxxx" ASC tərəfindən yazılan 1219 manat borcu qəbul etmir və hesab edir ki, həmin borc məbləği əsassız hesablanmışdır. O, sözügedən ünvanda daimi olaraq yaşamır. Yaşadığı müddətlərdə də, istifadə etdiyi elektrik enerjisini sayğac qeydə almışdır. Tərəfindən sayğaca baxış keçirilməsi üçün şəraitin yaradılmaması halı isə tamamilə yalandır. Borc məbləği barədə məlumat aldıqdan sonra isə o, özü dəfələrlə "xxxx" ASC-yə müraciət edib, sayğaca baxış keçirilməsini xahiş etsə də, lakin xahişi təmin edilməmişdir. "xxxx" ASC-nin qeyd etdiyi qaydada elektik enerjisi sərfiyyatının hesablaması və borc məbləğinin yazılması əsassızdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik eneqisindən istifadə Qaydalarının tələblərinə ziddir. Çünki Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmçinin fiziki şəxs olan istehlakçıların sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi də "xxxx" ASC həyata keçirir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən hesablanaraq **********30000 saylı abonent hesabına yazılmış 1219 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4, qeyd edilmiş borcun köhnə və dondurulmuş borc olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bakı şəhəri Lenin rayon VVADQ şöbəsini 23 iyul 1985-ci ildə verilmiş İİİ-ЖГ seriyalı 305863 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 18 iyul 1985ci ildə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbə İcra Nümayəndəliyi tərəfinfən 08 iyun 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 277600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, atası X9, anası X1r. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 425358 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2002-ci ildə işemik insult səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 25 iyul 2024-cü il tarixli 3-48-DA/2-Ə-666- 6-785/2024 nömrəli arayışdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə ediiərı 1945-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında bərpa kitabında 21 (sənəddə olduğu kimi) avqust (sənəddə olduğu kimi) 1929cu (sənəddə olduğu kimi) ildə doğulan X5 təvəllüdü qeyd olunur. X3, anası X7r. İş materiallarında olan **********30000 nömrəli abonent Əliyeva Zəhraya məxsus saldodan görünür ki, İddiaçı məxsus abonentin hərəkət cədvəlindən görünür ki, Zəhra Əliyevanın 22017-ci il tarixə 1219.17 manat borcu olmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-2/18-Ə-11406/2-5/2024 nömrəli məktubundan görünür ki, qeyd edilən ünvan üzrə **********30000 saylı abunə kodu enerjitəchizatı müəssisəsində xx.xx.1990-cı il tarixdə qeydiyyata alınmışdır. Yaşayış sahəsində elektrik hesabat sayğacına baxış keçirilməsi üçün şərait yaradılmadığına görə enerji sərfiyyatının hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq, yaşayış evindəki işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır. xx.xx.2018-ci il tarixdə PAUD-MP106 smart tipli sayğac quraşdırılmış və enerji sərfiyyatı sayğac əsasında hesablanmışdır. Enerji sərfiyyatına görə ödəniş aparılmadığından xx.xx.2014-cü il tarixinədək 1219 manat borc yaranmışdır. Yaşayış sahəsində elektrik enerjisinə görə borcun yaranma tarixindən beş ildən artıq müddət keçdiyi üçün baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Elektroenergetika haqqında Azərbaycan Respublikası Qanunun 19.16-cı maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Məhkəmə iddia tələbinin münasibət bildirərək qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 3 nömrəli fərdi yaşayış evində abonent kodu **********30000 olan istifadəçiyə hesablanmış xx.xx.2014-cü il tarixədək hesablanmış 1219 manat borcun yaranması əsasları məlum olmadığından, qeyd edilən borc məbləği “X14 Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********30000 nömrəli abonent X8 hesablanmış 1219 (bir min iki yüz on doqquz) borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-911/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-911/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver