Məhkəmə qərarları › İş №2(008)-9118/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-9118/2021

10.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-9118/2021 10.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, Ərizəçi maraqlı şəxs Maraqlı şəxs, üçüncü şəxs X3 qeyd olunmaqla doğum haqqında şəhadətnamənin ləğv edilməsi, uşağın doğum tarixinin düzgün qeyd edilməsi və sair tələblərinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Maraqlı şəxs, üçüncü şəxs X3 qeyd olunmaqla X4 atası X2 olan və istifadə olunmayan X5 yAZılmış, 10.02.2009-cu ildə verilmiş, AZ-İİ 234602 nömrəli doğum haqqında 1 -ci şəhadətnaməni ondan gizlətdiyini nəzərə alaraq, iş materialına əlavə edilməsi üçün 3-cü şəxs X1 tələb edilməsi, həyatda və təhsildə X4 həqiqətən adının Fateh və təvəllüdünün 01 yanvar 2009-cu il olduğunu və onun Mircavad adlı uşağının mövcud olmadığını nəzərə alaraq, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, yəni uşağın atası X2 olan və istifadə olunmayan X5 yAZılmış, 10.02.2009-cu ildə verilmiş, AZ-İİ 234602 nömrəli doğum haqqında 1 -ci şəhadətnamənin ləğv edilməsi və habelə onda olan 29.09.2012-ci ildə verilmiş AZ-İİ 967895 nömrəli doğum haqqında şəhadətnaməsindəki 12 iyun 2010-cu il təvəllüdünün dəyişdirilməsi, düzgün olaraq 01 yanvar 2009-cu il yAZılması və bu barədə təkrar şəhadətnamə və arayış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında və iddia icraatı qaydasında baxılmalı bir neçə tələb irəli sürmüşdür. İş materiallarından və məhkəmə tərəfindən elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçi və üçüncü şəxs (üçüncü şəxs qeyd olunsa da, ona qarşı da tələblər irəli sürülmüşdür) Zaqatala rayonunda qeydiyyatdadılar, maraqlı şəxs də (faktiki ona qarşı da tələb irəli sürülmüşdür) Zaqatala rayonunda yerləşir. Məhkəmə hesab edir ki, ərizəçi tələblərini konkretləşdirərək, hər bir halda (xüsusi və ya iddia icraatı qaydasında) Zaqatala rayon Məhkəməsinə müraciət etməli, bu zaman forma və məzmuna riayət etməlidir. Belə ki, xüsusi icraat qaydasında üçüncü şəxsin prosesin iştirakçısı kimi iştirak etməsi nəzərdə tutulmamışdır. Bundan başqa, tələb yönələn tərəf mütləq cavabdeh kimi qeyd edilməlidir, maraqlı tərəf və ya üçüncü şəxs kimi deyil. Bundan başqa, ərizəçi 10 manat dövlət rüsumu ödəmişdir. Ərizəçi tələbinə uyğun qanunda nəzərdə tutulan rüsumu ödəməlidir. AZərbaycan Respublikası MPM-nin: 309.1-ci maddəsinə əsasən Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1- ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.3-cü maddəsinə əsasən əgər iş ərAZi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.2-ci maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, hAZırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada ərAZi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AZərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar