Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-915/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Abşeron Rayon Dövlət Arxiv İdarəsi və Azərbayacn Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxslər Abşeron Rayon Dövlət Arxiv İdarəsi və Azərbayacn Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Dövlət Arxiv İdarəsindən verilən Arxiv çıxarışlarında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin A N 069090 sənədində qeyd olunan “X9” adının “X11” adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş və ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Abşeron Rayonu, 2-N-li sovxoz üzrə 11.06.1990-cı il tarixli 91 №-li əmrə əsasən Abşeron Rayonu XDS icraiyyə Komitəsinin 23 fevral 1990-cı il tarixli 1/140 N-li məktubuna, sovxoz əmək kolletktivi şurasının 11 may 1990-cı il tarixli protokolunun qərarına, 15 may 1990-cı il tarixli sovxoz həmkarlar komitəsi iclasının protokoluna əsasən ərizəçinin atası Abbasov Hətəmə 0.10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan əlavə Abşeron Rayonu, 2-N-li sovxoz üzrə 29.05.2000-ci il tarixli 9N-li əmrə əsasən atası X2 ailə üzvlərinin çoxluğunu nəzərə alıb, onun özünə məxsus ev tikmək üçün 0.10 sot torpaq sahəsi ayrılıb verilmişdir. Bundan sonra atası hər iki torpaq sahəsinin Plan və ölçü sənədlərini almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə müraciət etmişdir. Oradan həmin torpaq sahələrindən birinin 10.02.2008-ci il tarixində 11554 nömrə ilə uçota alınmaqla ərizəçinin atasının adı X12 yazılmaqla və torpaq sahəsinin plan ölçüsü verilmişdir. Digər torpaq sahəsinin 10.10.2008-ci il tarixində uçota alınmaqla ərizəçinin atasının adı X9 yazılmaqla və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Ərizəçinin atası X7 05.03.2021-ci il tarixində rəhmətə getmişdir. Bu səbəbdən də ərizəçi atasının vərəsəliyini qəbul etmək üçün Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət etmişdir. Bundan sonra ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti Maraqlı şəxsnə müraciət etmiş, oradan ərizəçiyə verilən hər iki torpağın Arxiv Çıxarışlarında ərizəçinin atasının adı X9 yazılmışdır. Həmin torpaqların plan və ölçüsümdə , həmçinin arxiv Çıxarışlarında ərizəçinin atasının adı yanlış olaraq X9 kimi qeyd olunmuşdur. Bu səbəbdən də ərizəçi atasından qalan əmlakın ona düşən payını adına keçirməkdə çətinlik çəkir. Ərizəçi sonradan ərizəsini dəqiqləşdirərək, Abşeron Rayon İcra Hakimiyyəti, Maraqlı şəxs tərəfindən verilmiş F 1128 nömrəli, 11 noyabr 2021-ci il tarixli, və F 1129 nömrəli, 11 noyabr 2021-ci il tarixli arxiv çıxarışlarında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin AN 069990 sənədində qeyd olunan “X9” adının X11 adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Abşeron Rayon Dövlət Arxiv İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Maraqlı şəxs F1128 nömrəli, 11.11.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron Rayonu 2-N-li sovxoz üzrə 11.06.1990-cı il tarixli 91 №-li əmrə əsasən Abşeron Rayonu XDS icraiyyə Komitəsinin 23 fevral 1990-cı il tarixli 1/140 N-li məktubuna, sovxoz əmək kolletktivi şurasının 11 may 1990-cı il tarixli protokolunun qərarına, 15 may 1990-cı il tarixli sovxoz həmkarlar komitəsi iclasının protokoluna əsasən Abbasov Hətəmə 0.10 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti Maraqlı şəxs F1129 nömrəli, 11.11.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron Rayonu 2-N-li sovxoz üzrə 29.05.2000-ci il tarixli 9N-li əmrə əsasən X2 ailə üzvlərinin çoxluğunu nəzərə alıb, onun özünə məxsus ev tikmək üçün 0.10 sot torpaq sahəsi ayrılıb verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 068995 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, X5 məxsus Abşeron rayonu, Pirşağı qəsəbəsində yerləşən 1000,04 kv.m torpaq sahəsinin plan və ölçü sxemi tərtib edilmiş və X15 kitabında 10.02.2009-cu il tarixində 11554 nömrə ilə uçota alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 069090 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, X3 məxsus Abşeron rayonu, Pirşağı qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsinin plan və ölçü sxemi tərtib edilmiş və X15 kitabında 10.10.2008-cu il tarixində 3651 nömrə ilə uçota alınmışdır. - 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 166298 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 05.03.2021-ci il tarixdə vəfat etmişdir. 05.11.2021-ci il tarixli 390 nömrəli Bakı şəhəri 39 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, X4 05.03.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmiş, Ərizəçi miras qoyanın vərəsəsi hesab edilmiş, bu səbəbdən Abşeron rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 1000.04 kv.m torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. 05.11.2021-ci il tarixli 389 nömrəli Bakı şəhəri 39 saylı Notariat Ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsinə ünvanladığı məktubundan görünür ki, X4 05.03.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmiş, Ərizəçi miras qoyanın vərəsəsi hesab edilmiş, bu səbəbdən Abşeron rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən, görünür ki, Ərizəçi atasının adı X7 olduğu halda Abşeron Rayon İcra Hakimiyyəti Maraqlı şəxs F1128 nömrəli, 11.11.2021-ci il tarixli arxiv çıxarışında Abbasov Hətəm, Abşeron Rayon İcra Hakimiyyəti Maraqlı şəxs F1129 nömrəli, 11.11.2021-ci il tarixli arxiv çıxarışında və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı 069090 saylı torpaq sahəsinin plan və ölçüsündə barəsində torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş şəxsin soyadı və ata adı yalnışlıqla X9 oğlu kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Maraqlı şəxs tərəfindən verilmiş F 1128 nömrəli, 11 noyabr 2021-ci il tarixli, F 1129 nömrəli, 11 noyabr 2021-ci il tarixli arxiv çıxarışlarında və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin AN 069990 sənədində qeyd olunan “X14” adının 05.03.2021-ci il tarixində vəfat etmiş X7 ilə eyni şəxsə məxsus olması faktı müəyyən edilmələlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən verilmiş F 1128 nömrəli, 11 noyabr 2021-ci il tarixli, F 1129 nömrəli, 11 noyabr 2021-ci il tarixli arxiv çıxarışlarında və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin AN 069990 sənədində qeyd olunan “X14” adının 05.03.2021-ci il tarixində vəfat etmiş X7 ilə eyni şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-915/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-915/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver