Məhkəmə qərarları › İş №2(008)-9277/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-9277/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-9277/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əlif qızı Əsədova İddiaçı «X1» X2 Cavabdeh "xxxx" ASC-nin X4 İdarəsinə qarşı borcun silinməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1» X3 cavabdeh "xxxx" ASC-nin X4 İdarəsinə qarşı sudan istifadəyə görə 10.12.2021-ci il tarixli, 01-03/1-751 №-li akta əsasən əsassız yazılmış 80784 maqnat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürajiət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə daxil olan iddia ərizəsinə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir Azərbayjan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, iddiaçı tərəfindən cavabdeh qismində "xxxx" ASC-nin X4 İdarəsi göstərilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdıqrmaq istəyir ki, X4 İdarəsi müstəqil hüquqi şəxs olmadığından, iddia ərizəsi "xxxx" ASC-nin özünə yönəlməklə Yasamal rayon Məhkəməsinə verilməli idi. Qeyd olunanlara əsasən və Azərbayjan Respublikası Mülki Prosessual Məjəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar