Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-932/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi (qardaşı) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidməti X6 2705 nömrə ilə rəsmiləşdirilmiş nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o, hərbiçidir, 22020-ci ildən bu günədək hərbi qulluqçu kimi döyüş bölgəsində xidmət aparmışdır. Atasının təkidi ilə bir neçə günlük evə gəlmişdir. Həmin vaxt atası və cavabdehin atası əvvəlcədən iddiaçı ilə cavabdehin nikaha girməklərini plaqlaşdırmışdılar. Atasının niyyəti onu evləndirərək hərbi xidmətinə son qoymaq olub. Halbuki iddiaçı məcburi nikaha girən kimi hərbi xidmətə qayıtmışdır. Cavabdehi ancaq nikahın qeydə alındığı Asan xidmətdə görmüşdür. Atasının planlaşdırdığı toy mərasimi baş tutmayıb. Bu yaxınlarda bir neçə günlük icazə alaraq cavabdehi axtarıb ona bu toyun heç bir vaxt olmayacağını bildirmişdir. Cavabdeh də evlənmək niyyətində olmadığını və kollecdə təhsil aldığını bildirdi. Odur ki, nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (qardaşı) X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikaha daxil olmaq niyyətində olmadığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən iddiaçının atası X4, cavabdehin anası X5 ifadə verərək qeyd etdilər ki, tərflərin nikahı tam formal xarakter daşıyır, onlar böyüklərin təkidi ilə bu nikaha girdilər, toy olmadı, uşaqların evlənmək niyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 2705 nömrəli qeydlə nikahlarını bağlamışlar (Sumqayıt Asan Xidməti X7 tərəfindən verilmiş AZ İİ seriyalı 464386 №-li nikah haqqında şəhadətnamə). Cavabdehin atası və iddiaçının anası da tərəflərin nikaha girmək niyyətində olmadığını təsdiq etmişdilər. Hazırda iddiaçı nikahın etibarsız sayılması istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2 -ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4 -cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt Asan Xidməti X6 2705 nömrə ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-932/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-932/2023
02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver