Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-935/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1904-cü il təvəllüdlü X3 xx.xx.1983cü il tarixdə Sabunçu rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X9 məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, ərizəçi onun atasıdır. Ərizəçinin anası X7 xx.xx.1983-cü il tarixdə vəfat etmiş, Sabunçu rayonunda yerləşən Nardaran qəbirstanlığında dəfn edilmişdir. Halhazırda X3 vəfat etmə aktının müəyyən edilməsi miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün lazımdır. Bununla əlaqədar, Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmişdir, lakin qeydiyya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 316-517-1811/2023 saylı məktubla X3 adına şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəçinin anasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Göstərilənlərə əsasən, ərizəçinin nümayəndəsi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisidir. X7 onun 19 yaşı olanda 1983-cü ildə noyabrın ayının 20-si Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində insult xəstəliyindən dünyasını dəyişmişdir. Mərhum Nardaran qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə həmkəndlidir. Mərhum Leyla xanım 1983-cü ildə noyabrın ayının 20-si Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində xəstəlikdən dünyasını dəyişmişdir. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Mərhum Nardaran qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki o, ərizəçi ilə həmkəndlidir. Təsdiq edir ki, mərhum 1983-cü ildə 20 noyabr tarixində dünyasını dəyişmişdir. Mərhum Nardaran qəbiristanlığında dəfn olunmuşdur. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1949-cu il təvəllüdlü Ərizəçi X3 oğludur. İş materiallarında olan Sabunçu RİHB-nin Nardaran qəsəbəsi üzrə nümayəndəsinin arayışından məlum olur ki, X7 xx.xx.1983-cü ildə vəfat etmiş və Nardaran qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Maraqlı şəxsndə xx.xx.1983-cü il təvəllüdlü X3 ölüm haqqında akt qyedləri tapılmamışdır. İş materiallarında olan Bakı şəhər Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 10a saylı evə dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, həmin sənəd X3 adına verilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi anası X7 xx.xx.1983cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda vəfat etmişdir. Ərizəçinin mərhum anasından miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1904-cü il təvəllüdlü X3 xx.xx.1983-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-935/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-935/2024
22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver