Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-943/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Fədai oğlunun iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 Fədai oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Fədai oğlundan 1500 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 iyun 2005-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin sərəncamı ilə ona Ləhiş bağları ərazisində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Buna görə də həmin müqaviləyə əsasən ona ayrılmış torpaq sahəsində tikinti abadlıq işləri apararaq ölçüsü 1200 kv. m. ölçüsü olan bağ sahəsini beş mişar daşı hündürlüyündə hasar tikərək hasarlamışdır və müxtəlif növ ağaclar əkmişdir. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə həmin torpaq sahəsinə icarəçi axtarmışdır. Cavabdeh1 ona yaxınlaşaraq bildirmişdir ki, uzun müddətə icarəyə bağ sahəsi axtarır. O, həmin bağ sahəsini ona göstərəndən sonra o, illik icarə haqqı 750 manat olmaqla onunla razılaşiış və icarə müqaviləsi bağlamışdır. Bundan əlavə o, 14 sentyabr 2014-cü il tarixdə 39 saylı notariat kontorunun vasitəsi ilə həmin torpaq sahəsinə 50 illik müddətinə cavabdehə etibarnamə vermiş və ondan 2 illik 1500 manat icarə haqqı almışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ona verdiyi etibarnamədən istifadə edərək həmin bağ sahəsinə öz adına cizgi-sxemi alıb. Bundan əlavə cavabdeh 3-cü il üzrə icarə haqqı verməli olduğu halda ona bildirmişdir ki, onun istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi X4r. Beləliklə cavabdehin qanunsuz hərəkətləri nəticəsində 23 iyun 2005-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin sərəncamı ilə ona Ləhiş bağları ərazisində ayrılmış 0,12 ha torpaq sahəsindən məhrum olmuş və ölçüsü 1200 kv. m. olan bağ sahəsinə beş mişar daşı hündürlüyündə inşa etdiyi hasara çəkdiyi 1500 manat xərcidə cavabdeh ona qaytarmaq istəmir. Onun isə ondan aldığı 2 illik icarə haqqı olan 1500 manat məbləğində pul Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə ondan alınaraq ona ödənilməsi qət edilibdir. O, dəfələrlə cavabdehdən mübahisəli bağ sahəsinin hasarlanması üçün çəkdiyi 1500 manat pulu tələb etsə də o, bundan müxtəlif bahənələrlə boyun qaçırır. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iki dəfə dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində işə cəlb edilməsi və Cavabdeh1 Fədai oğlu və Cavabdeh2 Fədayi oğlundan 1412,55 manat pul vəsaitinin, 110 manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul xarılmasını xahiş etmişdir. Ərizə iddiaçının torpaq sahəsinin hasara alınmasına çəkilən xərcin 1412,55 manat təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmə Cavabdeh2 Fədayi oğlunu ikinci cavabdeh qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Fədai oğlu iddianı qəbul etmədi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(səndələr iş materiallarına əlavə edilmişdir). Sabunçu rayon Məhkəməsinin 23.07.2019-cu il tarixli qətnaməsinə əsasən ilk iddia qismən təmin edilmiş, İddiaçı 1500 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh1 Fədai oğluna verilməsi, İddiaçı Cavabdeh1 Fəday oğluna bağ sahəsinin qaytarılması, mümkün olmadıqda kompensasiya ödənilməsi və icarə haqqı tələbi barəsində qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən aşağıdakılar müəyyən edilmişdir: 23.06.2005-ci il tarixli İcarə müqaviləsinə əsasən 1200 kv.m sahəsi olan bağ sahəsi Kürdəxanı Bələdiyyəsi tərəfindən 10 il müddətinə İddiaçı Natiq oğluna icarəyə verilmiş, müqaviləyə Əlavədə icarəyə verilmiş 4422A saylı bağ sahəsinin yerləşmə planı hazırlanmışdır. İddiaçı həmin 1200 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, təyinatını dəyişməyə, tikinti işləri aparmağa və sair hərəkətlər etməyə, adından ərizə verməyə və bu işlə əlaqədar bütün hərəkətləri etməyə dair Cavabdeh1 Rafiq oğluna 14.09.2013-cü il tarixdə Bakı şəhəri 39 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 50 il müddətinə etibarnamə vermişdir. Məhkəmə tərəfindən bu münasibətlər alqı-satqı kimi qiymətləndirilmiş, Cavabdeh1 Rafiq oğlu tərəfindən İddiaçı 1500 manatın verilməsini sübut edilmiş hesab edilmişdir. Cavabdeh1 Rafiq oğlu tərəfindən verilmiş iddia ərizəsində həmin bağ sahəsinin beş mişar daşı hündürlüyündə hasarla əhatələndiyi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi X5 tərəfindən özəlləşdirilmiş və sonradan Cavabdeh2 özgəninkiləşdirimişdir (0.1163 ha torpaq sahəsi olan 4422 a saylı bağın xüsusi mülkiyyət üzrə X2 adına verilmiş RX seriyalı ******* saylı 22.04.2016-cı il tarixli Çıxarış, 27.07.2016cı iltarixdə Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış). Beləliklə, Cavabdeh1 1500 manat məbləğində satılan torpaq sahəsinn başqa mülkiyyətçisi olduğuna görə məhkəmə tərəfindən həmin 1500 manatın İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə yuxarıda adıçəkilən qatnamə qəbul edilmişdir. Hazırda iddiaçı hesab edir ki, ilk olaraq bağ sahəsi ona məxsus olmuş, o, beş mişar daşı hündürlüyündə hasar inşa etdirmiş, o, həmin hasarın çəkilməsinə 1412,55 manat məbləğində xərc çəkmiş və həmin pulun cavabdehlərdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Bağ sahəsinin Cavabdeh1 istifadəsinə verilən an beş mişar daşı hündürlüyündə hasarla əhatələnməsi işin mübahisə edilməyən halıdır, belə ki yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 2019-cu ildə verdiyi iddia ərizəsində bunu özü qeyd etmişdir. Lakin, Cavabdeh1 həmin bağ sahəsindən məhrum olmuş, ziyana düşmüş, məhkəmə çəkişməsi yaranmışdır. Digər cavabdehlə isə iddiaçının arasında hər hansı münasibətlər mövcud olmamışdır, belə ki, qeyd edildiyi kimi, Cavabdeh2 həmin bağ sahəsini X1 almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Hazırki maddədə göstərilən halları hər hansı iddiaçı ilə cavabdehlər arasında mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tərəfindən ona zərərin cavabdehlər tərəfindən vurulması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş xərclər özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-943/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-943/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver