Məhkəmə qərarları › İş №2(008)-95/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-95/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-95/2025 27.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Söyüd oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimov küçəsi ev 30 ünvanında yerləşəm 1 saylı mənzildən çıxarılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi ev 30, 1 saylı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Resytrindən çıxarışının ləğv ediləməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 mənzili xx.xx.2019-cü il tarixdə alqı satqı müqaviləsinə əsasən adına rəsmləşdirilmişdir və çıxarış verilmişdir. Həmin vaxtı orada yaşayan sakinlər Cavabdeh1 Söyüd oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 qeydiyyatda olmaqla yaşayırlar. Bugünədək həmin şəxslərin qeydiyyatdan və mənzildən çıxarılması üçün tərəfindən təşəbbüs göstərməmişdir. Mülkiyyətində olan mənzilindən istifadə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəfindən könüllü olaraq mənzildən çıxmalarını bildirsə də imtina etmişlər. Cavabdehlər onun mülkiyyətində (sahiblik və istifadəsində) olan olan ünvan 1 ünvanda yaşamağa davam edir. Hesab edir ki, cavabdehlər onun mülkiyyətimdə olan ünvan 1 ünvandan qeydiyyatdan çıxmaqla və mənzil ona təhvil verilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2004-ci ildə iyunun 7-sində Bakı şəh Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi ev 177 də yaşayan Yeganova Aidə xanımın evində xadiməçi olaraq işə başlamışdır. Uzun müddət gözəl münasibətləri olub. 2012-ci ildə Aidə Yeganovanın tanışı olan Gülnarə adlı bir xanim bahalı zinyət əşyaları satışı ilə məşqul olub. Həmən evə tez- tez gedib gəlirdi. X18 adlı xanımdan alış veriş edirdi. Aidə Yeganova bir gün qərara gəldi ki istifadə etmədiyi öznə məxsus olan bahalı qızıl brilyantdan Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aidə Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişdi. Bir müddətdən sonra Aidə Yeganova özünə məxsus olan istifadə etmədiyi (Kale Bouunbaqı 1 ədəd.) (2 dəst komplekt qızıl brilyant) əşyalarını satmaqa verdi. Aidə Yeganova bir müddətdən sonra Türkiyəyə getdi. Bir vaxtdan sonra ona zəng vuraraq Gülnarə sənə əşyalar gətirəcək onları o, gələnə qədər saxla. O da həmin əşyaları Aidə Yeganovamn yataq otağında saxladı. X14 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil verdi. Bu neçə müddət də əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aidə Yeganova özünə məxsus olan boyunbağını (Kolesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirdi ki, onun apardığı boyunbağının (Kolenin) daşları Brilyant əvəzinə Şüşə çıxıb. O, Aidə Yeganovaya bildirib ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, siz ona demişdiniz ki, saxla o, gələndə özünə verərsən. 2015-ci ilin mart ayında Aidə Yeganova polis organına Cavabdeh2 və Gülnarə xanımdan şikayət etdi. O, dəfələrlə Aidə xanıma dedi ki, onun bu məsələdən xəbəri yoxdur. Buna baxmayaraq onu zorla Sabunçu rayon polis bölməsinə apardılar. Orada dəfələr ona zor tədbiq olundu və bədən xəsarətləri yetirildi. O, məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişlər. Amma onun heç nədən xəbərim yox idi. Sonradan məlum oldu ki, bunu edən, yəni ki, brilyant daş-qaşlar şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə ona işgəncələr edib boynuna qoydular ki, guya o, da əlbir olmuşdur. 13-cu Polis bölməsində onu bir gecə saxlayaraq, rəisin otağına apardılar, onu həmin otaqda Aidə Yeganova, rəfiqəsi və polis rəisi onu alçaldaraq, təhqir edərək və döyərək müxtəlif bədən xəsarətləri yetirdilər. Aidə Yeganova ona dəfələrlə “X19 Əliyevin qohumuyam, hər yerdə mənim sözum keçir, sənin nəslini yerli dibli sildirərəm” deyərək alçaldıcı sözlər ifadə edirdi. Sonra onu Sabunçu Rayon Prokurorluğuna apardılar. Orada yenə ona təzyiqlər, təhqirlər edərək, mustəndiqin otağında onu videoya çəkib “boynuna al hər şeyi” dedilər. Prokurorluğa ailəsini, qızını gətirdilər. Dəfələrlə “qızını dəlixanaya saldıracam, ərini tutduracam, gözdən əlil oğlunu yetimxanaya, qaynananı da qocalar evinə verəcik. Hər şeyi al boynuna” dedilər. Orada Prezidentin adını çəkərək qışqırırdı. Heç kəs yaxınlaşa bilmirdi. Onu hər imzaya məcbur elədilər. Onun seyfdə olan zinyət əşyalarından xəbəri yox idi. Hər şey təzyiq əsasında oldu. Onu ailəsi ilə, övladlarında qorxudaraq, hədə qorxu gəlib hər şeyə razı saldılar. Dəfələrlə yoldaşını, qızını Polis idarəsində saatlara saxladılar. O, ailəsinə zərər gəlməsin deyə hər dedikləri ilə razılaşdı. Artıq onu Kürdaxanı saxlanılma məntəqəsinə götürdülər. Sonra onun yaşlı qaynanasını, qaynını və qızını məcbur edib, evi imza ilə Mehdiyev Bunyadın adına keçiriblər. Qaynanasıgli bütün qohum tanışlardan borc almağa hədə qorxu ilə məcbur ediblər, 82000 manat qaynanası, yoldaşı, bacısı və anası olmaqla gecə ilə Aildə Yeqanovaya veriblər. O, iki ay Kürdaxanıda saxlanıldı. Dəfələrlə onu Aidə Yeqanova oradan gətizdirib evinə bir neçə saat saxladıb, hətta gecəni də evində saxladıb sonra təhvil verib. Dəfələrlə ona söylədi ki, “danışdığın kimi söylə mən səni qutaracam”. İki aydan sonra onu Məhkəmə qərarı ilə 5 il 6 ay ev dustaqlığı verdirdi. O, azadlığa çıxandan sonra onun evində çalışmağa başladı. O, dedi ki, “həbs cəzan bitsin sizin evinizi qaytaracam”. Çünki Gülnarə vurduğu ziyanı tam ödəmişdi. Ailəsindən hədə qorxu ilə aldığı, qaynanasına məxsus olan evi qaytaracaqdı. O, Aidə Yeganovanın evində təmənnasız işləmişdir. 2017-ci ildə ağır xəstə oldu, əməliyyat keçirdi. O, ona xəstə olan zamanında yanında da qaldı, qulluq da elədi. Aidə Yeqanova yenə əməliyyat olunmaq üçün Türkiyəyə getdi. O, onun nəvəsi olan Çingiz Cəlilova 2 il öz evində təmənnasız baxdı. 2019-cu ildə Aidə Yeqanova dünyasını dəyişdi. Yenə də onun evində ailəsinə təmənnasız qulluq elədi. Çünki ona söz vermişdilər ki, evinizi qaytaracağıq. Aidə Yeqanovanm öldüyü gündən 40 gün sonra oğlu X15 Dispanserdən çıxarıldı və onlara gətirdilər ki, siz baxın. İlqar Əhmədov onlarda 1 il 6 ay qaldı. Onların evində təmənnasız qaldı və onlara ona baxdılar. Zamanla dəyişməyə başladı. Gecələr gec gəlirdi və özündə olmurdu. Dəfələrlə onları da incidirdi, əşyalarımı sındırırdı və artıq yerli-yersiz hərəkət edirdi. Sonra o, onun yaxınlarına vəziyyətin nə yerdə olduğunu bildirirdi. Qərara gəlib onu kirayə evə çıxardılar. 5 ay kirayədə qaldığı evin pulunu o, və xalası təmin etdi. X20 ölümündən 4 il keçir və ona verilən sözün heç birini tutmadılar. Evi saxta yollarla məcbur əllərindən aldılar. İndi hal-hazırda onları evdən çıxarmaq qərarı alıblar. X8 Əhmədova onlara verilən ərizə ilə evdən çıxarmaq istəyir. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzil qaynanası Cavabdeh3 mülkiyyətində olmuşdur. Həmin mənzillə bağlı 2 dəfə alqı-satqı notariat əməliyyatı aparılmışdır. 1-ci dəfə Aidə Yeqanovanın təzyiqləri və hədə-qorxuları ilə Gənclik metrosunun yanında Karvan restoranının yanında yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmış və mənzil həmin vaxtlar Aidə Yeqanovanın və qızı cavabdeh İddiaçı ailə sürücüləri olmuş X3 adına rəsmiləşdirilmişdir. Sonradan Nərimanov rayonu 9 saylı notariat kontorunda alqı-satqı ilə mənzil X2 cavabdeh İddiaçı adına keçirilmişdir. X10 bildrimişdir ki, “mənim heç nədən xəbərim olmamışdır. Mənə dedilər ki, gəl bura imza çək. Sonradan bilmişdir ki, sizin evinizi əlinizdən alıblar. Mənzilin alqı-satqısı zamanı o, heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Aidə Yeqanova dələduqluq yolu ilə mənzilini əlindən almış, indi isə qızı cavabdeh İddiaçı onun yolunu davam etdirərək onları evlərindən çıxarmaq istəyir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddianı müdafiə edərək iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə xitam verilməsini xahiş etdi. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh3 iddiasına qiymət verilmiş və iddia ərizəsi rədd edilmişdir. İş üzrə ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2m, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılığlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanının mülkiyyətçisi Cavabdeh3dır. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən imzalanmışdır) ünvan 4, 1 saylı mənzili alıcı X5 240000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanının mülkiyyətçisi X6r. Cavabdeh2 xx.xx.2015-ci il tarixli 17 saylı notariat kontorunda yazmış olduğu ərizəsindən görünür ki, o, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi ev 30 ünvanında yerləşən 1 nömrəli mənzilin satılmasına etiraz etmir. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X10 ünvan 4, 1 saylı mənzili alıcı İddiaçı 70.000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanının mülkiyyətçisi İddiaçıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2016-ci il tarixli 1(101)-379/2016 nömrəli hökmdən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 7 7 . 3 . 2 - c i maddəsi ilə təqsirli bilinib, 6 (alti) il müddətinə azadlıqdan m ə h r u m e t m ə cəzasına məhkum edilməsi, 26 mart 2015-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmaqla 02 aprel 2015-ci il tarixədək həbsdə saxlanılması, 05 iyun 2015-ci il tarixdən 17 mart 2014cü il tarixədək ev dustaqlığında olduğu müddət yəni, 11 ay 20 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 5 (beş) il 10 (on) gun müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə, ona üç (üç) il sınaq müddəti təyin edilməsi, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməklə hökm qanuni qüvvəyə minənədək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməsi, Cavabdeh2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarət məhkumun qeydiyyatda olduğu yer üzrə icra şöbəsinə həvalə edilmiş, cəzanın əvvəli icra şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-2686/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X5 qarşı ünvan 4, 1 saylı mənzilə dair iddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinin və X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməməsi, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X12 və X7 qarşı 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı Cavabdeh3 verilməsi barədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-519/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli e- 2(011)-2686/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” və iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, X12 və X7 qarşı “pul tələbi” barədə idda ərizələri rədd edilməsi qət edilmişdir. ********** xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Həmin Məcəllənin 339.3-ci maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəməyə iddia ərizəsi təqdim edərək “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30, 1 saylı mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Resytrindən çıxarışının ləğv ediləməsini” xahiş etsədə, iddia ərizəsinin xahiş etdim hissəsində konkret olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30, 1 saylı mənzil ilə bağlı hansı alqı-satqı müqavilələrinin etbarsızlığın istədiyini məhkəməyə bildirməmiş, məhkəmə tərəfin təyin edilmiş iclaslara çağırılsada, o heç bir zaman iştirak etməmişdir. Lakin bununla yanaşı qarşılıqlı iddia ərizəsinin məzmunu ilə tanış olduqda məlum olur ki, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 30, 1 saylı mənzil ilə bağlı Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli və X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək iddiaçının hazırda bu iddianı verməyə subyektiv hüququnun olmasını yoxlayaraq qeyd edir ki, nəqədərki sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 müqavilənin bağlanmasına etirazı olmamasına dair notarial qaydada ərizə yazmışdır, məhkəmə hesab edir ki, sözügedən müqavilə iddiaçının hüququnu toxunduğundan o hazırki iddia tələbi ilə məhkəməyə müraciət hüuqu saxlanılır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, Cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2016-ci il tarixli 1(101)-379/2016 nömrəli hökmi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. Hökmdən daha sonra görünür ki, Cavabdeh2 özgənin əmlakını gizli yolla talamaq məqsədi idə 2012-ci ilin oktyabr ayından 2015-ci ilin mart ayına kimi olan müddət ərzində X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup şəklində xadimə işlədiyi evin sahibəsi Aida Yeganovanın Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasından istifadə edərək ona etibar etdiyi Bakı şəhəri, N.İsmayılov küç. 39 saylı mənzilin yataq otağında yerləşən mebelin siyirməsində və saxlanc yeri olan dəmir seyfə qanunsuz olaraq 439165 manat dəyərində qızıl əşyaların briliyant qaşlarını sökdürüb şəffaf şüşə ilə əvəz etməklə sonuncuya külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Sözügedən hökümdən müəyyən edilir ki, Cavabdeh2 (iddiaçının gəlini) xx.xx.2015-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2015-ci il tarixədək həbsdə olmuşdur. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh3 (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X11 tərəfindən imzalanmışdır) ünvan 4, 1 saylı mənzili alıcı X1. Göründüyü kimi, sözügedən iş üzrə istintaq dövründə ünvan 4 ünvanında yerləşən 1 saylı mənzil vurulmuş maddi ziyanla əvəzləşdirilmişdir. Təsadüfi deyildir ki, hökmdə məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi zərərin tam ödənilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmaması yüngülləşdirici hallar kimi, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Beləliklə müəyyən edilir ki, alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl Cavabdeh3 tərəfindən X9 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin əqd bağlanmışdır. Beləliklə müəyyən edilr ki, Cavabdeh2 əməlləri nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və Cavabdeh2 qayınanası, yəni Cavabdeh3 həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından və formalaşmış məhkəmə təcrübəsinə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə yaradır. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin Cavabdeh3 ilə X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Bundan sonra məhkəmə qarşılıqlı iddia tələbinin “İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən müqavilə üzrə tərəf olmayan iddiaçı Cavabdeh2 bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququ olmaması səbəbindən qarşılığlı iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə, olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və olanların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki qanunvericiliyə əsasən, pozulması ehtimal edilən hüququn aradan qaldırılmasını tələb etmək hüququ yalnız hüququ pozulmuş şəxsə məxsusdur. Belə ki, şəxsiyyəti ilə qırılmaz bağlı olan hüquqlarına dəyən zərərə görə istənilən şəxsin tələb hüququ onun həmin hüquqların daşıyıcısı olmasına əsaslanır. Bu baxımdan da, aidiyyəti şəxs birbaşa özünə toxunan əməllərlə bağlı iddia qaldırmadığı təqdirdə, həmin əməllərə görə başqasının tələb irəli sürməsi, başqa şəxsə məxsus qeyri-əmlak hüquqlarının üçüncü şəxs tərəfindən müdafiə edilməsi iddiaçının istinad etdiyi qanuni əsasın mahiyyətinə ziddir. Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Bundan sonra məhkəmə ilk iddia tələbinə münasibət bildirərək qeyd edir ki, mülki işin matraillarından müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 1 nömrəli mənzil İddiaçı qanuni mülkiyyətindədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iddiaçının mülkiyyətində olan mənzildən hər hansı hüquqi və qanuni əsas olmadan istifadə etməyə davam edirlər. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi 30 saylı evin 1 saylı mənzilindən çıxarılaraq, mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrəödənilmiş dövlət rüsumuda cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ünvan 6 ünvanında yerləşən 1 saylı mənzilindən çıxardırılaraq, mənzil İddiaçı təhvil verilsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar