Məhkəmə qərarları › İş №2(008)-954/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-954/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-954/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzim oğluna, Cavabdeh3 Yaqub qızına, X5, X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzim oğluna, Cavabdeh3 Yaqub qızına, X5, X4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzim oğlu, Cavabdeh3 Yaqub qızı, X8, X3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 saylı evin 19 saylı mənzilində yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 19 ünvanında yerləşən evi xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlər həmin evdən pasport qeydiyyatından tezliklə çıxacaqlarını bildirmişlər. Mənzildə cavabdehlərə məxsus əmlak yoxdur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır və cavabdehlər qeydiyyatda olduqlarına görə iddiaçı tərəfindən əlavə xərclər çəkilir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur. X7 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzim oğlu, Cavabdeh3 Yaqub qızı, X8, X6 ünvan 2 , mənzil 19 ünvanında qeydiyyatdadırlar; - ******* saylı xx.xx.2019-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünr ki, Cavabdeh1 ona məxsus ünvan 3 mənzil 19 ünvanında yerləşən evi Agajanov İalchina satmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ev xx.xx.2019-cu il tarixdə Agajanov İalchinin adına qeydə alınmışdır; Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 2, mənzil 19 ünvanında olan ev Cavabdeh1 ilə cavabdeh Agajanov İalchin arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi X7ın adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlər mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. X7 mülkiyyətçi kimi hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əzim oğlu, Cavabdeh3 Yaqub qızı, X8, X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 33 saylı evin 19 saylı mənzilində yerləşən evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar