Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-954/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1948-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o - X4 xx.xx.1981-ci il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmuşdur. Bildirir ki, X1 ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X13 küçəsi, ev 31 ünvanında yaşamışlar. X1 uzun müddət şəkər xəstəlikdən, ürək-damar xəstəliklərindən əziyyət çəkirdi. X5 atasıdır, bunu doğum haqqında şəhadətnamə təsdiq edir. Doğum haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur. 09 noyabr 2024-cü il tarixdə axşam radələrində təqribən səhər saat 06:00- 07:00 radələrində X1nun vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırmışlar. Təcili yardım təqribən saat 07:48 dəqiqədə gəlib atasının artıq öldüyünü bildirdilər. Bu barədə onlara təcili yardım tərəfindən bir ədəd ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X7 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 noyabr 2024-cü il tarixdə saat 07:48 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər kişi cinsinə mənsub meyid olduğu barədə qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 21 nömrəli Şəhər Poliklinikasına müraciət etmişlər. Həmin poliklinika tərəfindən onlara xx.xx.2024-cü il tarixli, 18-1-1-58/3-13/2024 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, 1948-ci il təvəllüdlü X2 poliklinikaya heç bir müraciəti olmadığını və ölümün qəfləti olduğunu nəzərə alaraq ölüm haqqında tibbi şəhadətnamə yazılması səlahiyyəti xaricindədir. Əlindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X6 müraciət etsə də, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-1231-2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq vəziyyəti aktlarını dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkiç arayışı ğlüm haqqında fledşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilmısi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. BŞT və TTYS Yardım Stansiyasının 12 saylı bölməsinin ölüm haqında xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim briqadası Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi X13 küçəsi ünvanına gələnə kimi X2 həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir. Bakı Baş Səhiyyə X12 şəxs 21 nömrəli şəhər poliklinikasıın xx.xx.2024-cü il tarixli 18- 1-1-58/3-13/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan 1948-ci il təvəllüdlü X3 poliklinikaya müraciəti olmadığından və ölümün qəfləti olduğunu nəzərə alaraq tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. AZ 14605388 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə Ermənistanın Ellerkənd kəndində doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin atası olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-954/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-954/2025
12.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver