Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-961/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər xx.xx.2023-cü il tarixli məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki imza iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindəki, habelə xx.xx.2022-ci il tarixli məhkəməyə təqdim etdiyi ərizədəki imzadan aşkar şəkildə fərqlənir. İddiaçı isə keçirilmiş heç bir məhkəmə iclasına gəlmədiyindən imzanın şəxsən onun tərəfindən icra olunduğunu müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə belə qənaət gəlir ki, mövcud vəziyyətdə İddiaçı adından verilmiş iddiaya baxıla bilməz və iddia MPM-in 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259-260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-961/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-961/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver