Məhkəmə qərarları › İş №2(008)-961/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-961/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-961/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əvvəlki torpaq sahibinin səhvi və səhlənkarlığı səbəbindən tərtib olunmuş akta əsasən 211,68 (iki yüz on bir, altmış səkkiz qəpik) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Sabunçu rayonu, Maştağa qəsəbəsi, İlqar İsmayılov 126 ünvanında yerləşən torpaq sahəsini (yarımtikili ilə birlikdə) X1 qanuni yolla satın almışdır. Alqı-satqı zamanı heç bir problemlə qarşılaşmamışdır. Göstərilən ünvan yaşayışa yararlı olmadığı halda xx.xx.2021-ci ildə həmin ünvanın 283,76 (İki yüz səksən üç manat, yetmiş altı qəpik) manat Cavabdeha borcu olduğu məlum olmuşdur. Əvvəlki sahibin alqı-satqı müqaviləsində qeydiyyatda olduğu ünvan ünvan 2ayış ünvanı qeyd olunmayıb) X4 ilə əlaqə saxlaya bilməmişdir. Çarəsiz qalaraq həmin məbləği (283,76 manat) hissəli olaraq (xx.xx.2023-cü il tarixində 50 manat , xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 60 manat, xx.xx.2023-cü il tarixində 119.44 manat, xx.xx.2023-cü il tarixində 4.32 manat) Cavabdehnə ödəmişdir. Sonuncu borc məbləğini xx.xx.2023-cü ildə ödədikdən sonra sayğaca qoyulan qəbzlərdə və internetdə kommunal bölməsində borcun olmadığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixində internetdə qeyd etdiyi ünvanın 211,68 (iki yüz on bir manat, altmış səkkiz qəpik) manat borcu olduğunu aşkar etmişdir. xx.xx.2023-cü il tarixində Sabunçu rayonu, Nazim İsmayılov 9 ünvanında yerləşən Cavabdeh idarəsinə getmiş, araşdırma zamanı xx.xx.2021 tarixində (torpaq sahəsini almamışdan 4 ay öncə) əvvəlki torpaq sahibi sayğaca qanunsuz müdaxilə etmiş, bu Cavabdehın əməkdaşları tərəfindən aşkarlanaraq aktlaşdırılmış və 211,68 (iki yüz on bir manat, altmış səkkiz qəpik) manat cərimə yazılmışdır. Torpaq sahəsinin onun adına olmasına baxmayaraq akta əsasən göstərilən borca görə hələ də sayğacı öz adına qeydiyyata aldıra bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini, o evin keçmiş sahibindən qalan borca etiraz etdiyini, aktdan xəbərsiz olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, **********09830 abonent kodu olan X2 qazdan istifadə nəticəsində 211,68 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, laboratoriyanın xx.xx.2021-ci il tarixli 29/1710-04623-1 nömrəli rəyinə əsasən 1402AZ**********39 nömrəli sayğacın çıxış plastmas borusu deşilib. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x6x90=2160 m3 hesablanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi sayğacın istifadə müddətinin bitməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X4 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 2 nömrəli bağın torpaq sahəsinin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.0335 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (tam hissə, 0.0335 ha) Alıcı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixində 50 manat , xx.xx.2023-cü il tarixində 50 manat, xx.xx.2023-cü il tarixində 60 manat, xx.xx.2023-cü il tarixində 119.44 manat, xx.xx.2023-cü il tarixində 4.32 manat İddiaçı tərəfindən ümumilikdə 283,76 manat Cavabdehnə ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********09830 nömrəli abonent X2 istifadəsinə verilmiş 1402AZ**********39 nömrəli sayğacın çıxış plastmas borusu deşilməsi ilə bağlı akt tərtib edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur, iddiaçı isə həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixdə almışdır. Belə olan halda məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusu deşilməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən **********09830 nömrəli abonent kodundan hesablanmış 211,68 (iki yüz on bir manat, altmış səkkiz qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********09830 olan abonent kodundan hesablanmış 211,68 (iki yüz on bir manat, altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar