Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-965/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh İBnin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv edilməsi və akt əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğvi və akt əsasında əsassız hesablanmış 1788,48 manat məbləğin (Abonent kodu **********03356) hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə xx.xx.2022-ci il tarixli AKX- 04099xx/xx-2022 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2022ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ünvan 1 ünvanıda ona məxsus evin qaz təssərüfatına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan ünvanda sayğac quraşdırılmadan əvvəl təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib olunmuşdur. Bu faktla bağlı onun iştirakı və imzası olmadan və ona məlumat vermədən xx.xx.2022-ci il tarixli aktı tərtib edilərək hesab koduna əssasız olaraq 1788,48 manat dəymiş zərərin əvəzinin ödənilməsi barədə cərimə hesablamışdır. Aşağıdakılara əsasən CavabdehİB-nin hesabladığı cərimə qanunsuz və əsassıdır. Belə ki, qeyd olunan ünvanda ev yeni tikilmiş, akt tərtib olunan vaxt orada yaşayış olmamışdır. Eyni zamnada akt tərtib olunarkən evdə yaşayış olmadığı üçün kombi sistemi qaz cihazı olmamışdır. Cavabdeh İB il xx.xx.2022-ci il tarixli imzalanmış “ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi” əsasında fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərinə xx.xx.2022-ci il tarixdə mexaniki tipli qaz sayğacı qoyulmuş, sonradan xx.xx.2022-ci il tarixdə G-4 markalı № **********026 saylı SMART KART tipli qaz sayğaçı quraşdırılmışdır. Qeyd olunan evə qaz sayğac quraşdırılan vaxtdan maliyyə arayışında göründüyü kimi karta ödəniş olunmaqla təbii qazdan istifadə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, o, 2022-ci ilin fevral ayından ünvan 1 ünvanında olan evinə köçüb yaşamağa başlamışdır. Cavabdeh tərəfindən əsassız olaraq ona 1788,48 manat məbləğində borc yazılmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 2 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. Həmin ünvana dair Zabrat Bələdiyyəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında» şəhadətnamə verilmişdir. İddiaçı ilə təbii qazdan istifadə edilməsi ilə bağlı Cavabdeh İB arasında xx.xx.2022-ci il tarixli AKX- 04099xx/xx-2022 saylı «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmış, həmin ünvana **********03356 nömrəli abonent kodu verilmişdir. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşayış sahəsinə Zenner tipli G4 markalı **********7 saylı sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşayış sahəsinə quraşdırılmış Zenner tipli G4 markalı **********7 saylı sayğac müraciətə əsasən çıxarılmış, əvəzində Zenner tipli G4 markalı **********026 saylı yeni sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı qeyd olunan ünvanda sayğac quraşdırılmamışdan əvvəl qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanma komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın miqdarı 14904 m3 hesablanmışdır. Beləliklə, akt üzrə iddiaçı tərəfindən 1490,04 manat məbləğində zərərin vurulması hesablanmışdır. Qalıq və aktlar üzrə iddiaçıya 1788,48 manat borc hesablanmışdır (abonentin saldosu). Hazırda iddiaçı Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və akt əsasında əsassız hesablanmış 1788,48 manat məbləğin (Abonent kodu **********03356) hesab kodundan silinməsi istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-ci maddəsinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2-ci maddəsinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə Cavabdeh İB tərəfindən itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmışdır: 1,2x24x180=5184 m3 2,25x.24x180=9720 m3. Cəmi:14904 m3 Lakin, itirilmiş qazın miqdarı düzgün hesablanmamışdır. Belə ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 24 saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2,25 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 180 gün qəbul edilməklə itirilmiş qazın miqdarı 14904 m3 göstərilmişdir. Əslində akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. 1,2x24x30=864 m3 2,25x.24x30=1620 m3. Cəmi:2484 m3 Məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1511,2 manat borcun silinməsi hissəsində təmin, 277,28 manat hissəsində isə rədd edilməlidir. İddianın aktın ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia həmin hissəndə rədd edilməlidir. Belə ki, həmin aktın etibarlılığı şübhə doğurmur və iddiaçı məhkəmə iclasında bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1511,2 manat (Abonent kodu **********03356) hesab kodundan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-965/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-965/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver