Məhkəmə qərarları › İş №2(008)-966/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-966/2023

29.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-966/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü və iki azyaşlı qızlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, mənzil 35 nömrəli mənzilə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, mənzil 35 nömrəli mənzildən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh İbrah oğlu ilə 2002-ci ildə ailə quraraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli evə gəlin köçmüş, ailə qurduğu vaxtdan həmin ünvanda yaşamış birgə evlilikdən xx.xx.2004-cü ildə X4 və xx.xx.2008-ci ildə isə X5 adlı iki övladı həmin evdə olmuşdur. 2002-ci ildə qeyd olunan mənzilə köçəndə mənzil qaynatası X1 adına olub və o evə qaynatasının razılığı ilə köçüb. 2016-cı ildə X8 öləndən sonra həyat yoldaşı Cavabdeh İbrahim oğlu 20 ildən artıq həmin ünvanda yaşasalar da, həmin ünvanda pasport qeydiyyatında olsalarda mənzili tərk etmələrini tələb edir. Odur ki, məhkəməyə müraciət edərək iki azyaşlı qızı ilə onların Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli evə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İbrahim oğlu xx.xx.2023-cü il tarixdə iddiaya etiraz verərək, İddiaçı atasından ona miras qalmış 1/4 hissədə mənzilə 2021-ci ilin fevral ayında pasport qeydiyyatına saldırmiş, aralarında 2009-cu ildə bağlanmış nikahın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulduğunu, atasından ona və digər vərəsələrə miras qalmış mənzildə yaşaması nə hüquqi nə də ki, mənəvi baxımdan mümkün olmadığını bildirərək, İddiaçı ona qarşı qaldırmış olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinin rədd edilməsi və onun sözügedən mənzildə istifadə hüququna xitam verilməsi onun mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə şahid qismində dindirilmiş X6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski 4 ünvanında yerləşən binanın ilk sakinlərindən olduğunu, İddiaçı həmin binaya 2002-ci ildə gəlin gəldiyini dedi. İş materiallarına əlavə olunmuş Seriya MH ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 796725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan **********40-05101-093004 reyestr nömrəsi olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli mənzil ¼ hissəsi Cavabdeh paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-11222/2023 nömrəli sorğuya cavab məktubunda bildirmişdilər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən, sözügedən mənzil Bakı şəhəri X9 İcrayyə Komitəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli 027441 nömrəli order əsasında xx.xx.2006-cı il tarixində ********* qeydiyyat nömrəsi ilə ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan mənzilə 2002-ci il tarixdə gəlin köçmüş və həmin vaxt mənzilin sənədi order olmuşdur. Belə olan halda hazırki mübahisə ilə bağlı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddənin məzmunundan da göründüyü kimi 2002-ci il tarixdə mübahisəli mənzilin sənədi order olmuş və İddiaçı gəlin köçdüyü vaxtdan icarədarın ailə üzvü hesab olunmaqla həmin mənzildən digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-11222/2023 nömrəli sorğuya cavab məktubunda bildirmişdilər ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən, sözügedən mənzil Bakı şəhəri X9 İcrayyə Komitəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli 027441 nömrəli order əsasında xx.xx.2006-cı il tarixində ********* qeydiyyat nömrəsi ilə ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Həmçinin iş materiallarında Cavabdeh İbrahim oğlunun xx.xx.2023-cü il tarixdə iddiaya etiraz ərizəsində özü etiraf edir ki, İddiaçı 2021-ci ilin fevral ayında pasport qeydiyyatına saldırmiş, iddiaçının ona qarşı qaldırmış olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli evə istifadə hüququnun müəyyən edilməsi tələbinin rədd edilməsi və onun sözügedən mənzildə istifadə hüququna xitam verilməsi onun mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İbrahim oğlu iddiaçının istifadə hüququnun olduğunu və bu hüquqa xitam verilərək, mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddiaçının sözügedən mənzilə istifadə hüququnun olmasını etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, mənzil 35 nömrəli mənzilə istifadə hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı və azyaşlı qızlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, 35 nömrəli mənzilə istifadə hüququ müəyyən edilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar