Məhkəmə qərarları › İş №2(008)-979/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-979/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-979/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh İddiaçı2 İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair və İddiaçı2 İB-nin cavabdeh İddiaçı1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh İddiaçı2 İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı2 tərəfindən ünvan 1 ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış 1930,57 (min doqquz yüz otuz manat əlli yeddi qəpik) manat məbləğin(kod: **********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 İB-nin cavabdeh İddiaçı1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 İddiaçı2nə ola debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1930,57 manat pulun və 39,31 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1969,88 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı2 İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəs iüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************. bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 19 dekbr 2022-ci il tarixdə "Azəriqaz” İB-niıı nümayəndələri tərəfindən ona məxsus ünvan 2 ünvanındakı evin qaz xəttinin üzərinə G-4 markalı SMART kart tipli **********869 nömrəli qaz sayğacı qoyulmuşdur. Qeyd olunan ev onun bağ sahəsidir və yay mövsümündə istifadə olunur. Qeyd etmək istəyirəm ki, ona bağla dai Maştağa qəsəsbə nümayəndəliyi tərəfindən arayış verilmişdir. TərəfiNdən hər ay qaz kartına pul məbləği ödəməklə təbii qazdan istifadə olunmuşdur. Lakin oktyabr 2023-cÜ il tarixdə ONA məlum olmuşdur ki, cavabdeh "Azəriqaz" İB-yi tərəfində hesab koduna (kod: **********00000) 1930,57 (min doqquz yüz otuz manat əlli yeddi qəpik) manat əsassız olaraq borc yazılmışdır. Hesab edirəm ki, “Azəriqaz İB-yi tərəfindən hesab koduna yazılmış 1930.57 manat qanunsuz və əsassızdır. Belə ki, "Azəriqaz” İB-yi tərəfindən qeyd olunan evin hesab koduna hansı əsaslarla borc yazılması məlum deyil. Maliyə arayışında göründüyü kimi həmin evə heç bir akt yazılmamışdır. Eyni zamanda sayğaca müdaxilə olunmamış və bununla bağlı heç bir rəy olmamışdır. Lakin əsassız borcun haradan yaranma səbəbi bilinməmişdir. TərəfiNdən "Azəriqaz" İB-nə yazılı və şifahi müraciət etsədə əsassız hesablanmış 1930,60 manat borc hesab kodundan silinməmişdir. İddiaçı Azəriqaz İB iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə abonent İddiaçı1 arasında xx.xx.2023-cü il tarixində 04/5951 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı2 İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı2 İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildiririk ki, cavabdehin ödənilməmiş 2019-cü ilin üzrə qalıq 104,82 manat sərfiyyat borcu, 2022-ci ilin iyul-dekabr ayları üzrə 212,10 manat sərfiyyat borcu və limitdən əlavə 5,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1038,35 manat sərfiyyat borcu və limitdən əlavə 24,10 manat sərfiyyat borcu, 2022-ci ilin yanvardekabr ayları üzrə 600,29 manat sərfiyyat borcu və limitdən əlavə 18,21 manat sərfiyyat borcu, cəmi 2002,97 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayına qədər cavabdeh 72,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı2 İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu və gazrep üzrə ümumi 1930,57 (bir min doqquz yüz otuz manat 57 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı2 İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını, İddiaçı2 İB-nin iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Eyni zamanda bildirmişdir ki, sözügedən ünvan ona məxsusdur. Bildirmişdir ki, həmin ünvan 2009-cü il tarixdən onlara məxsusdur. Ünvana hər zaman ona məxsus olsada, həmin ünvana Azəriqaz İB əməkdəşları tərəfindən quraşdırılmış sayğac Əlipolat Ələskərov adına olmuşdur. O, Əlipolat Ələskərovun kim olmasını bilmir. O hesab edir ki, sözügedən borcda elə sayğacın üstündə gəlmişdir. Borca dair ərizəni Azəriqaz İB-də imzaladığı zaman ona bildirildi ki, borc var, buna dair ərizəni imzalayın sonradan məhkəməyə müraciət edərək silinməsi ona məsləhət bilmişlər.2020-ci il tarixdə həmin ünvanda onun qohumu yaşamışdır. Məhkəmə iclasında iştirak edən Azəriqaz İB-nin nümayəndəsi azəriqaz iddiasının təmin edilməsini, İddiaçı1 iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözü gedən ünvanda əvvəldən iddiaçıya və onun ailəsinə məxsus olmuşdur. İddiaçı1 məxsus olan evdə Smart sayğaclardan istifadə edilmiş, sonra 2020-ilin avqust ayından 2022-ci ilin dekabr ayınadək isə mexaniki sayğac quraşdırılmışdır. Sonradan yenə Smart sayğac quraşdırılmışdır. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli 04/5951 nömrəli müqavilədən görünür ki, İddiaçı2 İB ilə İddiaçı1 arasında təbii qazdan istifadəyə görə müqavilə bağlanmışdır. İş materallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-18-5/2-6207/23 nömrəli arayışdan görünür ki, X1 Bakı şəhəri Maştağa qəsəbəsi Zərdabi küçəsi döngə 3 38 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı Əlipolad Əsgərova məxsus sayğacın plombu qırıldığı üçün yeni sayğacla əlavə edilmişdir. İş matriallarına əlavə edilmiş İddiaçı1 məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı1 2020-ci ilin sonu üçün 212.10 manat sərfiyyat borcu, 5.10 manat yeni tarif keçidi ilə əlaqədar borc, 2021-ci ilin sonu üçün 1038.35 manat sərfiyyat borcu, 24.10 manat yeni tarif keçidi ilə əlaqədar borc və 2022-ci ilin dekabr ayının sonu üçün 600.21 manat sərfiyyat borcu, 18.21 manat isə yeni tarif keçidi ilə əlaqədar borcu yaranmışdır. **********00000 saylı abonentin Gasrep cədvəlindən görünür ki, abonentə 2012-ci ilin may ayında 182.30 manat borc hesablanmışdır. Qeyd edilən borclardan tutulmalar olduğdan sonra 104.82 manat olan hissəsi qalmışdır. İş materiallarında olan İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı2 İB-nə olan 1930,57 manat borcu olduğunu etiraf etmişdir. İş materaillarına olan xx.xx.2023-cü il tarixli 1629 nömrəli aktdan görünür ki, İddiaçı1 ərizəsi əsasında Əlipolad Ələskərova məxsus sayğacın plombu dəyişilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərar ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında İddiaçı1 məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Hazırda İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək sərfiyyat borcunun silinməsini tələb edərək, sözügedən sərfiyyat borcunun Əlipolat Ələskərova məxsus olduğunu bildirmişdir. Lakin məhkəmə iclası zamanı İddiaçı1 vermiş olduğu izahatdan məlum olur ki, qeyd edilən ünvan ona məxsus olmuş və Əlipolat Ələskərov adına olan abonet kodu onun istifadəsində olan evi təbii qazla təmin etmişdir. İddiaçı1 həmin abonent kodu verilən evin bağ sahəsi olduğunu, daimi orada yaşamadığını, ona görədə həmin ünvanda qazdan istifadə nəticəsində 1930.57 manat borcun hesablanması mümükün olmadığını bildirsədə bu halı təsdiq edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 qazdan istifadə nəticəsində yaranmış borcu Azəriqaz İB-nə ödəməlidir. Lakin mülki işin matriallarına əlavə edilmiş Gasrep məlumatlarından görünür ki, 1930.57 manat borcun 104.82 manat olan hissəsi 2012-ci il may ayında abonent hesablanmış 182.30 manat olan borcadan qalıq olan hissə olduğundan və həmin borcun yaranma əsasları məhkəməy təqdim edilmədiyindən 104.82 manat olan qalıq borc hissə İddiaçı1 hesablanmış ümumi 1930.57 manat borcdan silinməlidir. Bundan sonra məhkəmə iddiaçı Azəriqaz İB-nin iddia tələbinin 39.31 manat dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Azəriqaz İB-nin iddia tələbi qismən təmin edildiyindən iddia tələbi dövlət rüsumuna dair hissədə də qismən 38.28 manat olan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 iddia tələbi qismən təmin edilsin. İddiaçı1n məxsus **********00000 nömrəli abonet koduna hesablanmış 104,82 (bir yüz dört manat səksən iki qəpik) manat borc silinsin. İddiaçı1 iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı2 İB-nin iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 1825,75 manat (bir min səkkiz yüz iyirmi beş manat yetmiş beş qəpik) manat borc, 38.28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı2 İB-nin xeyrinə tutulsun. İddiaçı2 İB-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar