Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-983/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hesablanmış 453,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın aiqı-satıqısı barədə müqavilə" imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında mexaniki qaz sayğacı quraşdırılmışdır. Hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin "Azəriqaz"İB-nin əməkdaşları xəbəri olmadan ona cerimə yazıblar. Aktda imzası yoxdur, özbaşına yazılmışdır. Qeyd olunan kənar xətdən xeberi yoxdur. Bundan sonra cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşanda, cavabdeh bildirmişdir ki, ******* nömrəli akt yazılmış və 453,60 manat əsassız dəymiş ziyan hesablanmışdır. Məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək əlavə olaraq bildirmişdir ki, kənar xəttin onlara aidiyyəti yoxdur, əvvəllər də qoşulma olmamışdır. Qoşulma olsa idi, bu formada iddia ilə müraciət etməzdi. Eyni həyətdə 2 ailə yaşıyır. Borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, kənar xətt ilə bağlı akt tərtib edilmişdir. İddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, abonent kodu **********00010 olan İddiaçı 2020-ci ilin fevral ayı üçün akt əsasında 453,60 manat məbləğində borc hesablanmış, həmin borcdan ödəniş etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Azəriqaz İB tərəfindən cavabdehin təbii qazdan istifadə qaydalarını pozaraq sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə ******* nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, həmin akta əsasən cavabdehə 453,60 manat borc hesablanmışdır. "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə 453,60 manat pul əsaslı olaraq yazılmışdır. Belə ki, həmin aktdan göründüyü kimi iddiaçı təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. İddiaçı kənar qaz xəttindən istifadə etmədini bildirsə də, abonentin saldosundan görünür ki, tərtib olunmuş aktı əhatə edən dövrlərdə onun qazdan istifadəsi yoxdur və ödəniş də etməyib. Şəxsin qazdan istifadə etməməsi isə real deyil və iddiaçı ödəniş etməməmsinin səbəbini əsaslandıra bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-983/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-983/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver