Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-99/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçının hüquqi varisi X8 nümayəndəsi və vəkili X15, Cavabdeh1 iştirakı ilə, İddiaçı X1 hüquqi varisləri X8 və X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 (hüquqi varisləri X12 və X7) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus məişət əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evini tam mülkiyyət hüququ ilə satın almışdır. Həmin yaşayış evi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Alqı-satqı müqaviləsindən əvvəl, satıcı X9 bildirmişdir ki, yeni evə köçənədək evin əvvəlki mülkiyyətçiləri Cavabdeh1 və Cavabdeh2 onun razılığına əsasən həmin yaşayış evində müvəqqəti yaşayacaqlar və evin alqı-satqısından və çıxarış alınmasından dərhal sonra qeyd olunan evi boşaldaraq təhvil verəcəklər. Buna baxmayaraq, həmin şəxslər vədlərinə əməl edərək evdən çıxmamışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçının hüquqi varisi X8 nümayəndəsi və vəkili X18 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia predmeti olan evi 2004-cü il tarixdə almış və hazırkı vaxtadək orada yaşayır. O, tanışı İbrahim Haşımova mübahisəli evə dair çıxarış əldə olunması üçün etibarnamə vermiş, sonuncu bu işdə ona yardımçı olmuşdur. Daha sonra özü və qızının səhhəti ilə bağlı bankdan kredit götürülməsinə həmin şəxs köməklik göstərəcəyinə söz vermiş, bu məqsədlə ona etibarnamə vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin ev nə özünün, nə də qeydiyyatda olduqları ailə üzvlərinin razılığı olmadan əvvəlcə Mübariz Mikayılova, sonra isə İddiaçı satılmışdır. Göstərilənlərə əsasən, cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının hüquqi varisi X7 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X9 və İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi sonuncuya 60.000 manata satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı ev üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 654 inventar nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı evə dair xx.xx.2019-cu il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı evin üzərində ¾ hissədə X8, ¼ hissədə isə X2 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6073/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X10, X4, İddiaçı və üçüncü şəxslər Bakı şəhəri 52 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron rayon Ərazi İdarəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı etibarnamənin və bağlanmış bütün əqdlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1250/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 344/2021 saylı qərarına əsasən təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. İşin mübahisəsiz hallarına əsasən, iddia predmeti olan ev, X6 tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və həmin ev üzərində onun xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər hazırkı iddiaya etirazlarını onunla əsaslandırırlar ki, sözügedən evin qanuni sahibləri olmalarına baxmayaraq, ev onların məlumatları olmadan digər şəxslərin mülkiyyətinə keçmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 Elxan Əsgərov və qeyrilərinə qarşı xx.xx.2015-ci il tarixli etibarnamənin, bağlanılmış bütün əqdlərin, verilmiş çıxarışların etibarsız hesab edilməsi və bununla bağlı yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi barədə iddia tələbi, qanuni qüvvəyə minmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6073/2019 saylı qətnaməsinə əsasən rədd edilmişdir. Beləliklə də, Elxan Əsgərovun həmin evi vicdanlı əldə edən olması yuxarı instansiya məhkəmələri (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1250/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-344/2021 saylı qərarı) tərəfindən təsdiq edilmişdir. Bununla belə, xx.xx.2020-ci il tarixdə X6 ölmüş və ünvan 1 ünvanında yerləşən 8 saylı evə dair onun onun hüquqi varisləri X8 (¾ hissədə) və X2 (¼ hissədə) payları müəyyən edilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının hüquqi varislərinin mükiyyətində olan evdən çıxmamaqla, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən iddiaçının hüquqi varisləri X8 və X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının hüquqi varisləri X8 və X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evindən onlara məxsus məişət əşyaları ilə birlikdə çıxarılmalı, ev boşaldılaraq təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 hüquqi varisləri X8 və X2 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 saylı evdən əşyaları ilə birlikdə çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən 8 saylı ev X11 və X3 təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-99/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-99/2022
03.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver