Məhkəmə qərarları › İş №2(009)-100/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-100/2024

16.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-100/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndələri Nümayəndə1, Qanuni nümayəndə iştrakları ilə İddiaçı Cavabdehnə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək muqavilləsinin əmək məcəlləsinin 68.a öz təşəbbüsü ilə maddəsi özrə xitam verilməsinin qanunsuz və əsassız hesab edilməsi və pozulmuş hüquqlarının bərpa olunması, avqust ayının əmək haqqısının tam olaraq, üç ay orta aylıq əmək haqqı (təzminat olaraq) və özünə iş tapana kimi (ailəsini dolandırmaq üçün) maddi və mənəvi zərər üçün ödəniş, cəm olaraq 5000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən ALCO MMC-yə məxsus Sürtgü yağları zavodunda 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul (müddətli əmək müqaviləsi) olinmuşdur. Çalışdığı müddətdə heç bir nöqsana yol verməmişdir və öz işini layiqincə görmüşdür. Onu xx.xx.2023-cü il tarixində zavod rəhbəri yanına çağırtdırıb onu məzuniyyətə yollayıb və sonra onu işdən çıxaracağını söylədi. Onu da qeyd edir ki, ondan bir gün öncə icazə istəmişdi (ailə vəziyyəti ilə bağlı). O, rəhbərlikdən onu niyə işdən çıxartdıqlarının səbəbini öyrənmək istəsə də, ona açıqlama verilmədi. O, rəhbərliyə onun ailə vəziyyətini nəzərə almasını (üç körpə övladı var, həyat yoldaşı işləmir, özü kirayədə yaşayır, valideynləri dünyasını dəyişib, evdə ondan başqa işləyən yoxdur) və iş tapana qədər işinə davam etməyə imkan verməsini xahiş etsə də, müsbət cavab almadı. xx.xx.2023-cü il tarixində onun əmək müqaviləsinə Əmək məcəlləsinin 68.2 a (öz xahişi ilə) maddəsinə əsasən xitam veriblər. Halbuki müqaviləsi xx.xx.2024-cü il tarixində bitir. Halbuki o öz xahişilə işdən çıxmamışdır və bu barədə ərizə yazmamışdır. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin 158 nömrəli, 31 iyul 2023-cü il tarixli “Əmək müqaviləsinin ləğvi barədə" əmrinin etibarsız hesab edilməsi, işlədiyi Cavabdeh MMC-nə məxsus X4 Zavodunun Sürtkü yağları istehsalı bölməsində məşğulluq təsnifatı üzrə: çilingər yığıcı, sənaye avadanlığı; əmək müqaviləsi üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə bərpa edilməyi və 31 iyul 2023-cü il tarixindən başlayaraq işə bərpa edildiyi tarixədək (icra sənədinin tam icra olunduğu günə qədər) bütün məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat məbəğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh MMC-nin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, eləcə də bildirmişdir ki, onu xx.xx.2023-cü il tarixində zavod rəhbəri yanına çağırtdırıb onu məzuniyyətə yollayıb və sonra onu işdən çıxaracağını söylədi. Ondan bir gün öncə o, ailə vəziyyəti ilə bağlı icazə istəmişdi. O, rəhbərlikdən onu niyə işdən çıxartdıqlarının səbəbini öyrənmək istəsə də, ona açıqlama verilmədi. O, rəhbərliyə onun ailə vəziyyətini nəzərə almasını (üç körpə övladı var, həyat yoldaşı işləmir, özü kirayədə yaşayır, valideynləri dünyasını dəyişib, evdə ondan başqa işləyən yoxdur) və iş tapana qədər işinə davam etməyə imkan verməsini xahiş etsə də, müsbət cavab almadı. O, işdən çıxma ərizəsini rəhbərliyin təzyiqi altında yazmış, lakin işdən çıxarılmasını vaxtını ərizədə göstərməmişdir. Onun işdən çıxmaq niyyəti olmamışdır, çünki ailəsinin yeganə qazanc gətirəni odur. Cavabdeh tərəfindən təqdim edilən işdən çıxarılma barədə ərizədəki imza ona məxsus olsa da, işdən çıxarılma tarixi onun tərəfindən yazılmamışdır, ekspertiza öz rəyi ilə bunu təsdiq etmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, sürtkü yağları zavodunun fəaliyyəti Sumqayıt Kimya Sənaye Parkında (bundan sonra SKSP), Cavabdeh MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsala xx.xx.2017-ci il tarixində möhtərəm X3 SKSP-ə səfəri ilə başlamışdır. Müəssisədə, əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya, aviasiya və gəmi yağları istehsal edilir. Cavabdeh MMC yerli bazarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, "xxxx" QSC, "xxxx" QSC-ni sürtkü yağları ilə təchiz edib. Cavabdeh MMC-də hal-hazırda 120 nəfərə yaxın işçi çalışır. Minimum əmək haqqı 800 Azn-dir. İşə götürmə, işdən çıxarma və ümumilikdə bütün prosedurlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun tənzimlənir. Həmçinin müəssisənin ümumi idarəedilməsi beynəlxalq standartlar olan İSO-9001, İSO-14001, İSO-45001 qaydalarına uyğun həyata keçirilir. X2 İnstitutun sertifikatına malikdir, X7 İstehsalçıları Birliyinin üzvüdür. İddiaçı xx.xx.2023 tarixində Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən 2-ci dərəcəli çilingər kimi işə qəbul edilmiş, əmək funksiyalarını tam yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. Bununla bağlı iddiaçı ilə müqavilə də bağlanmışdır. Yəni iddiaçı işdən çıxarılan zaman 3cü dərəcəli çilingər vəzifəsində işlədiyini bilirdi. xx.xx.2023-cü İl tarixində İddiaçı işdən çıxması barədə ərizəsi və işdən çıxma barədə sənədlər müəssisənin direktoru kimi ona təqdim edilib. İddiaçı iş axtarmaq üçün ayın sonuna kimi möhlət istədiyini və ailə vəziyyətini nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq, ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi maddi yardım verilməsi və əmək müqaviləsinə xitam edilməsi barədə qərar qəbul edib, bunu əmrlə rəsmiləşdirdi. İddiaçı öz üzərinə düşən işi lazımınca icra etməməsi, nizam-intizamı pozmasına baxmayaraq, şirkət olaraq ona çox güzəştlər etmiş və onu əmək funksiyalarının pozulması maddəsi ilə deyil, öz xahişi ilə işdən azad edib, maddi yardım göstərmişsir. Təəssüflər olsun ki, şirkətin keçmiş hüquqşünası Əsmər Quliyeva və inzibatçı koordinator Mətanət Rzayeva şifahi danışıq və razılıq əsasında ərizəyə xx.xx.2023-cü il tarixini yazmışdır. Hal-hazırda hüquqşünas Əsmər Quliyeva ilə şirkətin yolları ayrıldığı, onun magistr təhsilini Vilnus universitetində alması üçün Litvada olması səbəbindən onun məlumat yazısını əlavə edə bilmirlər. İddiaçı xx.xx.2023-cü il tarixində isə öz xahişi ilə Əmək Məcəlləsinin 68.2 a maddəsinə əsasən işdən çıxarılmışdır. İşdən çıxma ərizəsini İddiaçı özü imzalamışdır. Ekspertiza rəyindən də göründüyü kimi ərizəni İddiaçı Əbdülqadir oğlu özü imzalayıb. Yuxarıda da qeyd edildiyi kimi, işə götürmə, vəzifə dəyişilməsi, işdən çıxarma tam olaraq əmək qanunvericiliyinin qaydalarına uyğun həyata keçirmişdir. Cavabdeh MMC olaraq İddiaçı qarşı qərəzli münasibət olsa idi, əmək müqaviləsinə uyğun olaraq, sınaq müddəti ərzində işinin öhdəsindən gəlmədiyinə görə müqaviləyə xitam verilərdi. Buna baxmayaraq, cavabdeh bunu etməmişdir. Onun özünü necə təqdim etməsindən asılı olmayaraq, gənc və aliləli olduğunu nəzərə alıb, başqa vəzifəyə keçirilmişdir. Əgər həqiqətən də işlədiyi müddət ərzində vəzifə dəyişikliyi, işi ilə bağlı şikayəti var idisə, baş direktor kimi ona və yaxud Cavabdeh MMC-nin İnsan Resursları şöbəsinin mütəxəssisi Nümayəndə1 müraciət edə bilərdi. Onlara hələ də aydın deyil ki, İddiaçı narazılığı olub və bunu heç kimə deməyib. Heç kimə məlumat verməyib birbaşa məhkəməyə onlardan şikayət edib. İddiaçı əsassız olmaqla yanaşı, həm də qərəzlidir. Özünün də bildirdiyi kimi əsas məqsəd nə yolla olur olsun, Cavabdeh MMC-dən pul qoparmaqdır. Hadisələrin gedişi göstərir ki, İddiaçı işdən çıxma barədə ərizəsində işdən çıxma tarixini əvvəlcədən planlı şəkildə göstərməyib ki, şikayət edərək, bunu bəhanə gətirsin. Hətta şirkət əməkdaşları ilə əlaqə saxlayaraq bildirib ki, “Gör nə qədər pul qoparacam şirkətdən” deyib. Təəssüflər olsun ki, İddiaçı qarşılıq gözləmədən işə götürüb, xoş niyyət və məramlarını göstərib, ailə vəziyyəti ilə bağlı maddi yardım etmişlər. Əmək müqaviləsinə xitam vaxtı ona aylıq əmək haqqı, Əmək məcəlləsinin tələbinə uyğun olaraq məzuniyyət ödənişi son-haqq hesab olaraq verilmişdir. O isə elə bir vəziyyət yaradıb ki, sanki onun hüquqları pozulub. Hətta ilk məhkəmədən sonra onunla danışmaq üçün baş direktorun müşaviri Səidə xanım dəfələrlə əlaqə saxlayıb, şirkətdən niyə narazı olduğunu və nə istədiyini öyrənmək istəmiş, lakin Rışad Hacıyev əvvəlcə görüş üçün razılaşsa da, sonradan zənglərə cavab verməyərək, görüşdən qaçmışdır. Əvəzində isə məhkəmədə şirkəti şantaj edərək, pul qoparmaq yolunu seçmişdir. Çox əfsus ki, belə bir işçiylə 4 ay işləmişlər, bilsəydilər, heç işə götürməzdilər. Hal-hazırda şirkət olaraq, qeyri-müəyyəndir ki, İddiaçı nədən şikayət edir. Ərizə yazıb işdən çıxıb, ona kimsə bir kəlmə belə deməyib, kimsə ona qarşı hörmətsizlik etməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, nümayəndə Qanuni nümayəndə göstərdikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı şirkətdə 3-cü dərəcəli çilindər vəzifəsinə işə qəbul edilir. Müqavxx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1il 1 ay 6 gün müddətinə bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin baş direktoruna ünvanlanmış 31 iyul 2023-cü il tarixli ərizədən görünür ki, onunla bağlanmış müqaviləni 31 iyul 2023-cü il tarixindən pozaraq, onu işdən azad etməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 158-K saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, “X5 Zavodu/Sütkü yağları istehsalı bölməsi” bölməsində “3-cü dərəcəli çilingər” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2 “a” - tərəfindən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2023-cü tarixindən xitam verilməsi əmr olunmuşdur. Təqdim olunmuş İddiaçı Cavabdeh MMC-nin baş direktoruna ünvanlanmış ərizəsindən görünür ki, onun məzuniyyət qrafikinə uyğun olaraq 20 iyul 2023-cü il tarixindən 31 iyul 2023-cü il tarixinədək ödənişli məzuniyyətə çıxmasına icazə verilməsini xahiş etmişdir. Təqdim olunmuş ALCO” MMC-nin İşçiyə maddi yardımın göstərilməsi barədə 125- K saylı, xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh MMC-də çilingər vəzifəsində çalışan İddiaçı işdə olmadığı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində əmək haqqı maddi yardım kimi ödənilməsi əmr olunmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1805 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 44-cü səhifəsində olan 31 iyul 2023-cü il tarixli ərizədə “Hacıyev R” və “Tarix” qrafasındakı rəqəmli yazılar və “İmza” qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. İş materiallarında olan təkrar məhkəmə-xətşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/405 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 44-cü vərəqəsində olan İddiaçı adından olan 31 iyul 2023-cü il tarixli işdən çıxma barədə ərizədə “3-cü dərəcəli çilingər İddiaçı, Hacıyev R” yazıları - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 44-cü vərəqəsində olan İddiaçı adından olan 31 iyul 2023-cü il tarixli işdən çıxma barədə ərizənin orta sağ hissəsində və ərizənin sonunda “Tarix” qrafasındakı “31 iyül 23” yazıları - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təqdim olunmuş ALCO” MMC-nin İnzibatçı koordinatoru Mətanət Rzayeva tərəfindən oğlunun Cavabdeh MMC-nin baş direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli Xidməti Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixində zavod direktoru Emel xanımla razılaşmış İddiaçı ona yaxınlaşıb, bildirdi ki, ay sonu işdən çıxmaq istəyir. Rəşad ona dedi ki, “bu gündən xx.xx.2023 tarixinə kimi ödənişli məzuniyyət verin, özümə iş axtarım”. O da baş ofisə məlumat verdi, baş ofisdən deyildi ki, onun 6 ayı tamam olmadığı üçün məzuniyyət hüququ yaranmayıb, lakin işçinin ailəli olduğunu nəzərə alaraq, çətin vəziyyətdə qoymamaq üçün ay sonuna kimi müddətə maddi yardım ediləcək. O, İddiaçı ərizə ilə müraciət etməli olduğunu bildirdi, Rəşad ərizə nümunəsini götürüb, işdən çıxma ərizəsini yazıb, ərizəni otaqda qoyub, sağollaşıb getdi. O, ərizəni baş ofisə göndərdi. Baş ofisdən hüquqşünas Əsmər Quliyeva bildirdi ki, ərizəyə işdən çıxma ilə bağlı tarix hissəsi doldurulmayıb. İşçi hansı səbəbdən yazmayıb, bilmir, amma onun sözün açığı gözündən qaçıb, görsə idi, deyərdi tarix yazsın. Əsmər xanım ondan işçiylə danışıb tarixi dəqiqiəşdirməsini istədi, o da, İddiaçılə şifahi razılığa əsasən ona “ay sonu, yəni dəqiq olaraq xx.xx.2023 tarixində çıxmaq istədiyini bildirib” dedi. Bundan sonra onun səbəbini bilmədiyi bir halda İddiaçı bir neçə dəfə ərizəsinin surətini istədiyini bildirdi. O isə ona xx.xx.2023-cü il tarixində əmək kitabçasını götürməsi üçün yaxınlaşmasını dedi. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə mübahisə predmeti tərəflər arasındakı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən ləğv edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Bununla əlaqədar, qanunverici tərəfindən müəyyən edilmişdir ki, istənilən halda işçi ilə işəgötürən arasında əmək müqaviləsinin ləğv edilməsi sonuncunun əsaslandırılmış əmri ilə müəyyən olunur. Müvafiq olaraq, həmin əmr çıxarılanadək işçi işəgötürənlə əmək münasibətində olan və bununla əlaqədar qüvvədə olan əmək qanunvericiliyi ilə nəzərdə tutulan bütün hüquqlardan və müəyyən olunmuş təminatlardan istifadə etmək hüququna malik olan şəxs hesab edilir. İşəgötürən isə, öz növbəsində, işçiyə verilmiş bu hüquqların həyata keçirilməsində ona maneçilik törətməməlidir. Əmək hüququnun belə təminatlarından biri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində müəyyən edilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xəbərdarlıq müddəti 1 ay müəyyən edilmişdir. Bundan əlavə, qüvvədə olan əmək qanunvericiliyinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi onun könüllü iradə ifadəsinin nəticəsidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin dispozisiyasının mənasına əsasən işə götürən tərəfindən onun belə bir ərizə verməyə məcbur edilməsi barədə iddiaçının dəlili prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalar üzrə yoxlanılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müdriyyətin onun işdən çıxarılacağı barədə xəbərdarlıq edərək ona işdən öz xahişi ilə çıxarılması təklifini qəbul edərək, bu barədə ərizə yazsa da, ərizədə işdən çıxarılma vaxtını göstərməmişdir. Eləcə də, sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda, sonradan şirkətin keçmiş hüquqşünası Əsmər Quliyeva ərizəyə xx.xx.2023-cü il tarixini yazmışdır. Məhkəmə iclasında bu halı cavabdehin qanuni nümayəndəsi öz izahatında və İnzibatçı koordinatoru Mətanət Rzayeva xidməti məlumatında etiraf etmişlər. İşdən çıxma ərizəsində işdən çıxarılma vaxtının iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən yazılması iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Bundan əlavə, qüvvədə olan əmək qanunvericiliyinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi onun könüllü iradə ifadəsinin nəticəsidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin dispozisiyasının mənasına əsasən işə götürən tərəfindən onun belə bir ərizə verməyə məcbur edilməsi barədə iddiaçının dəlili prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalar üzrə yoxlanılmalıdır. İddiaçının yuxarıda şərh olunan izahatı öz təsdiqini təqdim olunmuş sübutlarda tapdı. Məhkəmə hesab edir ki, yaranmış mübahisəyə münasibətdə iddiaçının izahatı obyektiv xarakter daşıyır. Təqdim olunmuş sənədlərə əsasən o, rəhbərliyə onun ailə vəziyyətini nəzərə almasını (üç körpə övladı var, həyat yoldaşı işləmir, özü kirayədə yaşayır, ailənin yeganə qazanc gətirəni) bildirmişdir. Belə olan şəraitdə onun tərəfindən işdən öz xahişi ilə azad olunması barədə ərizə verilməsi inandırıcı deyildir, bununla əlaqədar, məhkəmə hesab edir ki, iddiaçı həqiqətən də, belə hərəkətlərin hüquqi nəticələri barədə cavabdeh tərəfindən yanıldılmışdır. Belə ki, iddiaçının işdən öz xahişi ilə azad edilməsi barədə ərizəsinin hüquqi mahiyyətinə münasibətdə yanıldıldığını sübut edir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70,7 3, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafıq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İş materiallarından görünür ki, işəgötürən Əmək Məcəlləsinin 84-cü maddəsinin 1ci hissəsinin tələblərinə zidd olaraq əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas olan rəsmi sənədə əmrdə istinad etməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin kobud pozulması nəticəsində baş vermişdir, ona görə də, iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddianın mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat məbəğində pulun tutulması barədə iddia təmin edilə bilməz, belə ki, iddiaçı müqavilənin ləğv edilməsi ilə əlaqədar ona mənəvi ziyanın dəyməsini müəyyən olunmuş qaydada sübut etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 158-K saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də “X6 Zavodu/Sürtgü yağları istehsalı” bölməsində “3-cü dərəcəli çilingər” vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 252 (iki yüz əlli iki) manat Cavabdeh MMC-dən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Nümayəndə2 İddiaçı hüquqlarını məhkəmədə müdafiə etməsinə sərf etdiyi 36 saat üçün 216 (iki yüz on altı) manat haqq dövlət hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun hesabına ("xxxx" ASC Səbail rayon filialı, kod 200059, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, 3 saylı vəkil bürosunun H/hesabı AZ75AİİB********************, VÖEN **********) köçürülsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar