Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1004/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı X1 “X2” şirkətinin Azərbaycan filialına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı X3 “X2” şirkətinin Azərbaycan filialına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Hakim qeyd edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149.2.2, 149.2.3, 152.1.6-1, 150.1.2, 151.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 “X2” şirkətinin Azərbaycan filialına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1004/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1004/2025
22.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver