Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1017/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Y.M.Məmmədovun, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz istifadədə olan torpaq sahəsinin azad olunması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz istifadədə olan torpaq sahəsinin azad olunması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən fərdi ev tikintisi üçün ayrılmış, reyestr nömrəsi **********72 olan 0,02912 ha torpaq sahəsi RX saylı ******* saylı xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, qeyd olunan torpaq sahəsini sahibindən alan vaxt, yəni 2013-cü ildə torpaq sahəsi 6 sot olmuş və mübahisəli torpağın 0,02912 ha hissəsini o, 0,0299 ha hissəsini arvadının dayısı oğlu, hazırki mübahisə üzrə Cavabdeh almışdır. Torpaq sahəsi alınarkən aralarında belə bir razılıq olmuşdur ki, 6 sot daxilində yerləşən torpaq sahəsi Ş_C istiqamətindən ortadan bölünəcəkdir. Çox təəssüflər olsun ki, bu belə olmadı və cavabdeh və onun ailə üzvləri onların xəbərləri olmadan ev tikmiş və mülkiyyətində olan torpaq sahəsində tikmiş olduqları evin sökülərək boşaldılması tələblərinə məhəl qoymur, onlara rədd cavabı verirlər. Hal-hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinin onların mülkiyyətləri olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü reyestrində təsdiq olunur. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı piyada və maşın yolunun açılmasının təmin olunması barədə İnzibati məhkəməyə iddia tələbi ilə müraciət olunmuş və Bakı İnzibati Məhkəməsinin hakiminin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış sorğusuna cavab olaraq həmin idarədən verilmiş **********40 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda bir daha təsdiq olunur ki, cavabdehin istifadəsində olan torpaq sahəsi onların mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, fərdi ev tikintisi üçün ayrılmış RX saylı ******* saylı, xx.xx.2013-cü il tarixli Çıxarışa əsasən onun şəxsi mülkiyyəti hesab olunan reyestr nömrəsi **********72 olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş evin sökülməsi və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, verilən rəylə razı deyil, hesab edir ki, rəy düzgün tərtib edilməmişdir. Sxemdən aydın görünür ki, cavabdehin tikdiyi ev iddiaçıya aid torpaq sahəsində yerləşir. Ona görə də qaldırılan iddianı əsaslı hesab edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdehin inşa etdiyi tikili onun mülkiyyətində olan torpaq sahəsindədir, bu rəylə də təsdiq olunur. Ona görə də iddianı rədd edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğun üçün təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,02912 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xilmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planın və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Yasamal rayonu 12 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,02912 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayı massivində, istifadədə olan 0,029880 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,60 kv.m. olan 1355K nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xilmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, Yasamal rayonu 12 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,029880 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivində yerləşən 1355K saylı ev 4 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 87,6 kv.m., yaşayış sahəsi 54,6 kv.m., köməkçi sahəsi 33 kv.m., tikintialtı 111,8 kv.m təşkil etmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin hakimi Səlma Salahovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən **********972 nömrə ilə reyestrdə qeydə alınan torpaq sahəsinin cənub-şərq hissəsində yerləşən **********73 reyestr nömrəli, 0,0299 ha torpaq sahəsi və üzərində yerləşən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1355K saylı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 150 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1355K ünvanda tikilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdehin adına qeydiyyata alınmış və İddiaçı məxsus torpaq sahəsində deyil, Cavabdeh ayrılmış və mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində yerləşən 0,02912 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayı massivində, istifadədə olan 0,029880 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 87,60 kv.m. olan 1355K nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən fərdi ev tikintisi üçün ayrılmış 0,02912 ha torpaq sahəsi RX saylı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini alan vaxt, yəni 2013-cü ildə torpaq sahəsi 6 sot olmuş və mübahisəli torpağın 0,02912 ha hissəsini o, 0,0299 ha hissəsini arvadının dayısı oğlu Cavabdeh almışdır. Torpaq sahəsi alınarkən aralarında belə bir razılıq olmuşdur ki, 6 sot daxilində yerləşən torpaq sahəsi Ş_C istiqamətindən ortadan bölünəcəkdir. Lakin cavabdeh və onun ailə üzvləri onun xəbəri olmadan ev tikmiş və mülkiyyətində olan torpaq sahəsində tikmiş olduqları evin sökülərək boşaldılması tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş evin sökülməsini və cavabdehin ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-4-cü bəndləri; 21 aprel 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə bu maddənin 1-ci bəndi yeni redaksiyada verilmiş, 2-ci bəndi isə çıxarılmışdır). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Məhkəmə iclasında müəyyən edilmişdir ki, həm iddiaçının, həm cavabdehin torpaq sahələri üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçmişdir. Mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1355K ünvanda tikilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdehin adına qeydiyyata alınmış tikili İddiaçı məxsus torpaq sahəsində deyil, onun özünə aid olan torpaq sahəsində yerləşir. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən inşa edilmiş tikilini onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsini göstərsə də, məhkəmə iclasında bu hal öz təsdiqini tapmadığından, yəni cavabdeh tərəfindən inşa edilmiş tikilinin ona ayrılmış və onun mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi müəyyən edildiyindən, bununla da qaldırılan iddianı əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən, fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş evin sökülməsi və cavabdehin ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmaları barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1017/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1017/2022
29.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver