Məhkəmə qərarları › İş №2(009)-1018/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1018/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1018/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əliyeva Aygün Həsən qızının katibliyi ilə Ərizəçi və onun nümayəndəsi və vəkili X29 Maraqlı şəxsin nümayəndəsi və vəkili X57 Ərizəçi Bakı şəhəri 8 saylı Notariat Ofisinin maraqlı şəxs qismində cəlb edilməklə qohumluq faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Səbail rayon məhkəməsinə müraciət edərək xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X33, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X75, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X34, 1943cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X30 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X82 ilə qohumluq əlaqəsində olması faktının, onun tərəfindən onların adına olan miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X40 Komitəsi tərəfindən x xxx 1979cu il tarixli, 5337 saylı daşınmaz əmlaka dair çıxarışdan görünür ki, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 ünvanındakı fərdi yaşayış evi mərhum anası Nəcəfova X58 adına rəsmiləşdirilmişdir. Həmin çıxarışda onun, anasının, qardaşının və onların başqa ailə üzvlərinin adları qeyd edilmişdir. Onlar onun anadan olduğu gündən və hal hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. O, xx.xx.1953-cü ildə Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 ünvanda yerləşən fərdi yaşayış evində anadan olmuşdur, hal hazırda həmin evdə pasport qeydiyyatındadır. Əmisi (atasının doğma qardışı) X30 1943-cü ildə Vorkuta şəhərində ölmüşdür, o evlənməmişdir və onun uşaqları olmamışdır. Musa Nəcəfovun qardaşı onun atası X18 xx xxx 1974-cü ildə Bakı şəhərində ölmüşdür. Atasının bibisi (atasının atasının doğma bacısı) X82 1946-cı ildə Bakı şəhərində ölmüşdür. X82 cavan yaşında ölmüşdür, evlənməmişdir və onun uşaqları olmamışdır. Nənəsi (atasının anası) X35 xx.xx.1955-ci ildə Bakı şəhərində ölmüşdür. Onun iki oğlu və bir qızı var idi, onun atası X18, əmisi X30 və bibisi Əliyeva (Nəcəfova) X75 olmuşdur. Bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X75 xx.xx.1956-cı ildə Bakı şəhərində ölmüşdür. Səbail rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Əliyeva (Nəcəfova) X53 doğum və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Əliyeva (Nəcəfova) X53 uşaqları olmamışdır. Onun doğma qardaşı X33 xx.xx.2016-cı il tarixdə ölmüşdür. O evlənməmişdir və onun uşaqları olmamışdır. O, qardaşının və özünün doğum haqqında şəhadətnamələrini Bakı şəhəri, 8 saylı ofisin notariusu Vəsilə Nəcəfovaya təqdim etmişdi, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə əsassız olaraq verilməmişdir. O, Bakı şəhəri, 8 saylı notariat ofisin notariusuna müracəit edərək xahiş etdi ki, ona yuxarıda göstərilən ölmüş ailə üzvlərinin vərəsəlik hüququ haqqında şəhadətnamələr verilsin, lakin ona imtina məktubları verilmişdir. O, faktiki olaraq sözügedən miras əmlakı qəbul etmişdir, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri, 8 saylı notariat ofisin notariusu Vəsilə Nəcəfova Bakı şəhəri, 8-ci K.Qala döngəsi, ev 21-də yaşayan Ərizəçi oğluna verilmiş məktubunda bildirilmişdir ki, X30, Əliyeva X75, X33, X35, X66 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə tərəflərindən baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyü məlum olmuş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. O, Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edərək xahiş etmişdir ki, yaxın qohumlarının doğum haqqında şəhadətnamələri ona təqdim olunsun. Lakin həmin şəxslərin doğum və nikah haqqında şəhadətnamələri aşkar edilməmişdir. Yuxarıda göstərilən qohumlarının birinci dərəcəli qohumları yoxdur. Bu səbəbdən də məcbur qalaraq mirasın faktiki qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edir və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili X54 tələbi müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs X31 tələbi qəbul edərək izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır, valideynləri rəhmətə gediblər. Onlar üç bacı və üç qardaş olublar, qardaşı X33 rəhmətə gedib. Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 anasına məxsus olub, çıxarış anasının adınadır. Həmin evdə qardaşı Asif və bacısı X36 yaşayırlar. Musa onun əmisidir, eşitmişdir ki, Musa 1941-ci ildə müharibəyə gedib və müharibədən qayıtmayıb, ailəsi olmayıb. Minaxanım isə atasının bibisi olub, cavan vaxtı xəstəlikdən vəfat edib, ailəsi olmayıb. Əliyeva (Nəcəfova) X75 bibisidir. X34 nənəsidir, atasının anasıdır. Əmisi Musa və atasının bibisi Minaxanımın ailəsi olmamışdır. Qardaşları X19 heç bir vərəsəsi yoxdur. Qardaşı X59 hazırda Minsk şəhərində yaşayır. Bacısı X1 yaşayır. Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 saylı evə dair heç bir təmənnası yoxdur və heç vaxt da olmayacaq. Məhkəmə iclasında maraqlı şəxs X36 maraqlı şəxs X11 izahatı ilə eyniyyət təşkil edən izahat verərək bildirdi ki, onun Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 saylı evə dair heç bir təmənnası yoxdur və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X60 ifadəsində göstərdi ki, Ərizəçi onun atasının bibisi nəvəsidir, eyni zamanda qonşudular. Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, ev 21 ünvanında Asif həyat yoldaşı və bacısı ilə birlikdə yaşayır. Asifin bibisi, əmisi haqqında eşitsə də heç vaxt görməmişdir. Asifin valideynləri isə rəhmətə gedib. Maraqlı şəxs Bakı şəhəri 8 saylı Notariat Ofisinin notariusu X12 etibarnamə üzrə nümayəndəsi və vəkili X78 tələbin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işə baxıb, ərizəçinin, onun nümayəndəsi və vəkilinin, maraqlı şəxslərin izahatını və şahid ifadəsinin dinləyib, işdə olan sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 297 saylı məktubdan görünür ki, 1943-cü tarixdə ölmüş X13 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 27/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 295 saylı məktubdan görünür ki, xx.xx.1955-ci il tarixdə ölmüş X20 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 29/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X19 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 25/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 1946-cı tarixdə ölmüş X66 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 28/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1956-cı tarixdə ölmüş X13 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə müraciət daxil olmuş və 26/2020 nömrəli vərəsəlik işi açılmışdır. Sənədlərə baxış keçirilərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar edilməmişdir. Həmçinin qanunvericilikdə tutulan müddətin ötürüldüyü məlum olmuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qohumluq əlaqəsini təsdiq edən sənədləri və qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etmək üçün müfaviq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edəsilməsi bildirilmişdir. İş materiallarında olan İ-JQ seriyalı, 310227 nömrəli, xx.xx.1974-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx xxx 1974-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir və bu barədə akt qeydləri kitabında 425 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İİ JE seriyalı, 282759 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 və X21 xx.xx.1958-ci il tarixdə nikah bağlamışlar və bu barədə 1768 nömrə ilə akt qeyd edilmişdir. İş materiallarında olan AZ-T seriyalı, 139136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X46 xx xxxxx 1955-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası X26, anası Məmmədova X67r. İş materiallarında olan AZ 619826 nömrəli, xx xxxx 1964 tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X59 xx xxxxxx 1957-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X27, anası X7r. İş materiallarında olan AZ-İİ 053141 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X30 1943-cü ildə X43 şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin yanvar ayının 24 günündə 13 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 053142 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X82 1946-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin yanvar ayının 24 günündə 14 № ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X68 xx xxxxxx 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası X18, anası Məmmədova X67r. İş materiallarında olan AZ-İ 839874 № li ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2016-cı ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 ilin oktyabr ayının 06 günündə 1150 № ilə qeyd edilmişdir. İş materiallarında olan 925 № li ölüm haqqında arayışdan görünür ki, X35 xx xxxxxx 1955-ci ildə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsində ölüm haqqında xx xxxxxx 1955-ci il tarixli 421 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan İ-JQ 459759 № li ölüm haqqında şəhadətnamədən görünür ki, ƏliyevaƏdiləMəmmədBağırqızı xx xxxx 1956-cıildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1956 ilin mart ayının 28 günündə 104 № ilə qeyd edilmişdir. İş materiallarında olan V-JQ 284220 № li doğum haqqında şəhadətnamədən görünür ki, X32 xx xxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X18, anası X14r. İş materiallarında olan AZ № 619822 nömrəli, xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.1964-cü il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası X18, anası X15r. İş materiallarında olan Səbail Rayon Qeydiyyat Şöbəsinin 05/Q-197/09 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görsənir ki, X33 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə 1944 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. X44 Xanım Əzim qızı, atası X8r. İş materiallarında olan Milli Arxiv İdarəsinin Ərizəçi ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 112 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində X5 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin 3 saylı vəkil bürosunun vəkili X38 ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 05/Q-53/19 №-li məktubundan görünür ki, X13 və Əliyeva (Nəcəfova) Adilə Məmmədbağır qızının, Mina xanım Nəcəf qızının «Vətəndaşlıq vəziyyəti Aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X13 və əliyeva (X6, Mina xanım Nəcəf qızının doğum və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən xx.xx.1979-cu il tarixli, 154 saylıÇıxarışdan görünür ki, Bakı şəhəri, 8-ci Kiçik Qala küçəsi, 21 nömrəli ev 1/5 hissədə Nəcəfova X58, 1/5 hissədə X48, 1/5 hissədə X39, 1/5 hissədə X33, 1/5 hissədə X22, 1/5 hissədə X13, 1/5 hissədə Adilə Məmmədbağır qızının, 1/5 hissədə Minəxanım Nəcəf qızının mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-3251/2019 № li iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X13 1943-cü ildə X25 şəhərində və X66 1946-cı ildə Bakı şəhərində vəfat etmələri faktının müəyyən edilməsi qət edilmişdir. Təqdim olunmuş X39 notarial qaydada təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X16, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X49, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X17, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X61 miras qalmışdır. Onun bu miras qalan əmlakda icbari payı yoxdur, iştirak etməkdən imtina edir, miras üzrə iddiası yoxdur, gələcəkdə buraxılmış müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyəcək. Təqdim olunmuş X4 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X16, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X49, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X17, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X61 miras qalmışdır. O, həmin miras əmlaklardan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Təqdim olunmuş X23 qızının notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X16, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X49, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X17, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X61 miras qalmışdır. O, həmin miras əmlaklardan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Təqdim olunmuş X11 qızının notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X16, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X49, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X17, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X9 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X61 miras qalmışdır. O, həmin miras əmlaklardan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmir və gələcəkdə ötürülmüş müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları ikinci növbədə vərəsə sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evdə ərizəçi və onun ailə üzvlərindən başqa heç kimin yaşamaması və ərizəçidən başqa hər hansı digər şəxslərin mirası faktiki qəbul etmədiyi müəyyən edildiyindən, həmçinin qeyd edilən hallar mirasın qəbulunda maraqlı ola biləcək digər vərəsələr tərəfindən hər hansı şəkildə mübahisələndirilmədiyindən və ərizədə qeyd edilən faktlar bilavasitə onlar tərəfindən də təsdiq edildiyindən bu hallar hazırkı işin mübahisəsiz halları hesab edilməlidir. İşdə olan sübutlarla müəyyən edilir ki, xx.xx.2016-ci il tarixdə ölmüş X33 ərizəçinin doğma qardaşı, xx.xx.1956-ci il tarixdə ölmüş Əliyeva (Nəcəfova) X75 ərizəçinin bibisi (atasının doğma bacısı), xx.xx.1955-ci il tarixdə ölmüş X34 ərizəçinin nənəsi (atasının anası), 1943-cü il tarixdə ölmüş X30 ərizəçinin əmisi (atasının qardaşı) və 1946-ci il tarixdə ölmüş X82 ərizəçinin atasının bibisidir (babasının doğma bacısı). Qeyd edilən şəxslərin hər biri ərizəçinin üfiqi və şaquli xətt üzrə olmaqla müxtəlif dərəcədən qohumudur və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qanun üzrə vərəsələrin dairəsini müəyyən edən 1159-cu maddəsinin tələbləri baxımından ərizəçi qeyd edilən şəxslərin vərəsəsi olmaq hüququna malikdir. Qeyd edilən şəxslər uzun illər əvvəl vəfat etsələr də onlardan miras qalmış paylar ərizəçidən başqa əvvəlki növbənin vərəsələrinin heç biri tərəfindən qəbul edilməmişdir. Ərizəçi və onun valideyinləri isə Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evdə fasiləsiz olaraq yaşayaraq həmin evdən istifadə və həmin evə sahiblik edərək bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş və həmin şəxslərdən miras qalmış payları faktiki qəbul etmişdirlər. Lakin ərizəçinin valideyinləri də mirasın qəbulu ilə bağlı müvafiq sənədləşdirmə işlərini apararaq faktiki qəbul etdikləri miras əmlaka dair hüquqlarını qanunvericliliklə müəyyən edilmiş qaydada rəsmiləşdirmədən ölüblər. Ərizəçi isə öz növbəsində qeyd edilən şəxslərdən miras qalmış paylarını faktiki qəbul etmişdir. Beləliklə məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qanun üzrə vərəsələrin dairəsini müəyyən edən 1159cu maddəsinin tələbləri baxımından ərizəçi xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X33, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X75, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X34, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X30 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (babasının doğma bacısı) X66 qohumu və onların hər birinin müxtəlif növbədə vərəsəsi olmaqla onlardan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2016-ci il tarixdə ölmüş X19 (ərizəçinin doğma qardaşı), xx.xx.1956-ci il tarixdə ölmüş Əliyeva (Nəcəfova) X53 (ərizəçinin bibisi (atasının doğma bacısı), xx.xx.1955-ci il tarixdə ölmüş X24 (ərizəçinin nənəsi (atasının anası), 1943-cü il tarixdə ölmüş X13 (ərizəçinin əmisi (atasının qardaşı) və 1946-ci il tarixdə ölmüş X66 (ərizəçinin atasının bibisi (babasının doğma bacısı) ərizəçi ilə qohumluq əlaqəsində olması faktı, X16 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X17 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X9 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X49 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X61 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-ci il tarixdə ölmüş doğma qardaşı X33, xx.xx.1956-ci il tarixdə ölmüş bibisi (atasının doğma bacısı) Əliyeva (Nəcəfova) X75, xx.xx.1955-ci il tarixdə ölmüş nənəsi (atasının anası) X34, 1943-cü il tarixdə ölmüş əmisi (atasının qardaşı) X30 və 1946-ci il tarixdə ölmüş atasının bibisi (ata atasının doğma bacısı) X82 ilə qohumluq əlaqəsində olması faktı, X16 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X17 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X9 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, Əliyeva (Nəcəfova) X49 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın, X61 miras qalmış Bakı şəhəri, 8-ci Qala döngəsi ünvanında yerləşən 21 nömrəli evə olan 1/5 hissədə payın Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Həmin qətnamə Ərizəçi yuxarıda qeyd olunan miras paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar