Məhkəmə qərarları › İş №2(009)-1033/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1033/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1033/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X7, Cavabdeh10 və Cavabdeh11 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X7, Cavabdeh10 və Cavabdeh11 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X7, Cavabdeh10 və Cavabdeh11 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 2 A nömrəli evin 50 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X4 qarşı «kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə Səbail rayorn Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-599/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X2 İddiaçı ASC-nin xeyrinə 89391.41 ABŞ dolları məbləğində əsas borcun, 27281,46 ABŞ dolları məbləğində faiz borcunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın X4 məxsus Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində 2 a saylı evin 50 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına X3 İddiaçı ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Səbail rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən «X1 Mərkəzi» MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka təklif olunmuşdur.İddiaçı ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa (seriya RX 1270682, Reyesmtr nömrəsi-**********90-**********20, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Hal-hazırda mülkiyyətində olan əmlakı digər bir şəxsə alqı-satqı yolu ilə satılması zərurəti yaranmışdır. Lakin adı çəkilən mənzildə müxtəlif şəxslər qeydiyyatda olduğu üçün alqı-satqı prosesi həyata keçirilə bilmir. Qeydiyyatda olan şəxslərə könüllü olaraq qeydiyyatdan çıxmaları barədə ərizə ilə notariat orqanına müraciət etmələri barədə müraciət etsələr də, heç bir nəticə verməmişdir. Beləliklə də, bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2A, 50 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-599/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 89.391 ABŞ dolları 41 sent məbləğində əsas borc, 27.281 ABŞ dolları 46 sent məbləğində faiz borcu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumunun və iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə X4 məxsus olan, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsində yerləşən 2a saylı evin 50 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti sayılan mənzilin ilkin satış qiyməti 100.000 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan məbləğlər ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsinin cavabdeh X4 qaytarılması qət edilmişdir. İş materiallarında olan Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli,Y-624 saylı hərrac protokoluna və «Hərracın yekunları üzrə alqı-satqı» müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2A saylı evin 50 saylı mənzili 63750 manata İddiaçı ASC tərəfindən satın alınmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MM-nin 164.1, 164.2 və 165.1-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır..., sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər..., sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşjirilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2A saylı evin 50 saylı mənzili xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən alınmış və sonuncunım həmin əmlak üzərində mülkiyyət hüququ xx xxx 2018-ci il tarixdən qeydə alınmışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2A saylı evin 50 saylı mənzili xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən əldə olunduğundan və sonuncunım həmin əmlak üzərində mülkiyyət hüququ xx xxx 2018-ci il tarixdən qeydə alındığından iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X7, Cavabdeh10 və Cavabdeh11 Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2A saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Həmin qətnmamə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X7, Cavabdeh10 və Cavabdeh11 Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2A saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar