Məhkəmə qərarları › İş №2(009)-1034/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1034/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1034/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Ərizəçi, nümayəndəsi-vəkili X3 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həqiqətən 1979-cu ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1959-cu il tarixdə RF Rostov-na- Donu şəhərində anadan olmuşdur. 1979-cu ildə həmin şəhərdən anasının xalası qızı X2 xəstə olduğundan ona qulluq etmək üçün yaşadıqları ünvan 1 ( o vaxtlarda 4-cü Paralelnaya küçəsi) ünvanlı evə köçmüşdür. Lakin o vaxtı qohumluq əlaqələrini sübut edə bilmədiyindən qeydiyyata düşə bilməmişdir. Bakı şəhərinə köçəndə yolda ərizəçinin sənədlərini və pullarını oğurlamışdılar. Qeydiyyata düşə bilmədiyindən 1-2 il sənədsiz qalmışdır. 1981-ci ildə onu Biləcərini stansiyasında milis işçiləri sənədsiz olduğu üçün saxlayaraq oranın Qəbuledicipaylayıcı məntəqəsini şəxsiyyətini müəyyən etmək adı ilə qeydiyyata saldılar və onların təşəbbüsü nəticəsində ərizəçi pasport ala bilmişdir. Lakin yaşadığı evə göstərilən səbəbdən qeydiyyata düşə bilməsə də, həmin evdə yaşayır və xəstə xalasına baxırdı.Sonradan xalası və xalası oğlu Maqsud da dünyasını dəyişdilər. SSRİ dağıldı, sərhədlər bağlandı və ərizəçi yaşadığı evdə tək qaldı. 1994-cü ildə özlərini ev sahibi kimi təqdim edən ailə evə köçdü və onu evdən qovladılar. 1981-ci ildə X5 tərəfindən verilmiş həmin pasport da evdə qaldı. Ünvanı olmadığı üçün özünə sənəd düzəldə bilmirdi. 1995-1996-cı illərdə tanış olduğu X6lə ailə qurmaq qərarına gəldilər. 2001-ci ildə Oleqin ünvan 2 ünvanında yerləşən mənzilinə köçdü. Oleqlə faktiki ailə qurduuğu üçün onun evində yaşayır. Lakin o vaxtdan sənəd ala bilmir və bu səbəbdən də Oleqlə rəsmi nikah bağlaya bilmir. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli Rostov-na- Don şəhəri 39 nömrəli məktəbin məktubunda qeyd edilmişdir ki, Ərizəçi xx.xx.1966-xx.xx.1976-cı illər tarixində həmin məktəbdə orta təhsil almışdır. xx.xx.2019-cu il tarixli Konsulluq bürosunun məktubunun surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi Rusiya Federasiyanının vətəndaşlığını əldə etməmişdir və hazırda da Rusiya Fedrasiyasının vətəndaşı deyildir. AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubunda Ərizəçi dövlət sərhədindən hərəkəti barəsində İAMAS bazasında məlumatın qeydə alınmadığı göstərilmişdir. 46 saylı MKİS-in arayışında X4 ünvan 3 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. 1979-cu il tarixli Pasport alınması üçün ərizənin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Ərizəçi pasportunun itirilməsi səbəbindən ona yeni pasport verilməsi üçün müraciət etmişdir. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X6 Ərizəçi ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razılıq verir. Məhkəmənin iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid X1 ifadəsində bildirdi ki, ərizəçini 2000-ci illərin əvvəllərindən tanıyır. Tanıdığı müddətdən bugünədək ölkədən kənara çıxdığının şahidi olmamışdır. Məhkəmənin iclasında ərizəçi tərəfindən dəvət edilmiş şahid X6 ifadəsində bildirdi ki, ərizəçini 90-cı illərin ortasından tanıyır. Tanıdığı müddətdən bugünədək ölkədən kənara çıxdığının şahidi olmamışdır. O, eyni zamadan bildirmişdir ki, ərizəçinin vətəndaşlığı yoxdur və ərizəçinin ona danışdıqlarından bunu təsdiq edə bilər ki, ərizəçi 1979-cu ildə Bakıya gəlmiş və sənədlərini itirdiyi üçün o vaxtdan Bakıda qalmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən olundu ki, Ərizəçi həqiqətən 1979-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamış və heç bir dövlətin vətəndaşlığına mənsub olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə eyni zamanda qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi həqiqətən 1979-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşadığını və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307- 308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi həqiqətən 1979-cu ildən hazırki vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşamış olması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar