Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1035/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla cavabdeh arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş qaydada qaytarmalı olduğu halda, yəni xx.xx.2017-ci il tarixdən gec olmayaraq qaytarmalı olduğu halda bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra onun tələbi əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina etmişdir. O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 ABŞ dolları və 10000 manat məbləğində vurulmuş zərərin əvəzi olaraq və 136,32 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq ona ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh bu günə qədər də onunla aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina edir. Qeyd olunanlara əsasən mövcud iddia tələbi irəli sürülür. Hesab edir ki, iddia tələbi təmin edilərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000 x 1.7=27.200 manat) əsas borcunu, 2022-ci ildə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank fatzi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29,2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138,3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, tərəflər arasında bağlanmış borc (kredit) müqaviləsinə görə cavabdeh (Borc alan) borcu (krediti) xx.xx.2017-ci ilə kimi bütöv şəkildə ona (Borc verənə) qaytarmağı öhdəsinə götürmüşdü, lakin üzərindən 8 il keçmiş cavabdeh hələ də borcu geri qaytarmamışdır. İkincisi, onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli borc müqavilə üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2,9=6795) 6795 manat cavabdehdən tutularaq ona verilməlidir. Üçüncüsü, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29,2% təşkil etdiyini nəzərə alaraq (31884x29,2%=9310) 9310 manat cavabdehdən tutularaq ona verilməlidir. Dördüncüsü, tərəfindən ödənilmiş 138,3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138.3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş və “Borc verən” qismində İddiaçı ilə “Borc alan” qismində Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli borc müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh 30.000 ABŞ dolları məbləğində borc pul vermiş, Cavabdeh borcunu 3 il müddətinə xx.xx.2017-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-432/2019-009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması barədə icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-213/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7,5%, xx.xx.2022-ci ildən etibarən 7,75% təşkil etmiş, 1 ABŞ dollarının Azərbaycan manatına qarşı xx.xx.2022-ci il tarixdən orta illik məzənnəsi 1.7000 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə xx.xx.2014-cü il tarixdə borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir. Cavabdeh isə pulu müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və bununla da borc müqaviləsi ilə üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehin ödəməli olduğu pul məbləğini gecikdirdiyinə görə iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçının tələbi əsasında Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmiş, lakin cavabdeh müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina etmişdir. O, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3200 ABŞ dolları və 10000 manat məbləğində vurulmuş zərərin əvəzi olaraq və 136,32 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi 2(009)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4.683,88 manat məbləğində zərər və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq ona ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh bu günə qədər də onunla aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina edir. Bu səbəbdən iddiaçı onunla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138.3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından, məhkəmə iddia tələbləri əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Digər tərəfdən məhkəmə izah edir ki, qanunvericilik ödənilməli pul məbləğinin indeksləşdirilməsi ilə bağlı tərəfin (tələbkarın) məhkəməyə müraciət etmək hüququnun olmasını da nəzərdə tutur (AR MPM-nin 132-ci maddəsi). Lakin indeksasiya ilə bağlı məhkəməyə müraciət icra icraatı qaydasında verilmiş ərizə ilə həll edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri kimi ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi üzrə cavabdeh 16.000 ABŞ dolları (16.000x1.7=27.200 manat) əsas borcunu, 2022-ci ilə hesablanmış 4.683,88 manat məbləğində zərər, ümumilikdə 31.884 manat vaxtında qaytarmadığına görə 2 il 9 ay üzrə illik bank faizi 7,5% olaraq (31884x7,5%x2.9=6795) 6795 manat, 2 il üçün inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 29.2% təşkil etdiyini nəzərə alaraq (31884x29.2%=9310) 9310 manat və ödənilmiş 138.3 manat dövlət rüsumu cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1035/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1035/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver