Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1045/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X6, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30.12.1999-cu il tarixli ÖM seriyalı 026507 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvan S.İbrahimxəlil küçəsi kimi adlandırılır) 14,84 kv. metr olan otaqlı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyətdan keçirilməklə və bu barədə 577 saylı reyestr kitabında 86255 səhifədə geydə alınmaqla 30/26044 nömrə altında ona məxsusdur və onun mülkiyyətimdədir. Mənzil cəmi 14,84 kv. metr ibarət olmaqla 1 otaqlı asayiş sahəsidir. Həmin ünvanda özü ilə birgə övladları 1981-ci il təvəllüdlü X5, qızı 1986-cı il təvəllüdlü X4 və balaca oğlu 1991 -ci il təvəllüdlü X3 pasport qeydiyyatındadır. Cavabdeh oğlu X5 ilə 2005-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş, 2006-cı ildə onların bir qız övladı dünyaya gəlmiş və 2008-ci ildə isə onlar rəsmi nikaha daxil olmuşlar. Onlar ailə qurduqdan sonra müvəqqəti yaşamaq üçün onun evinə köçdülər. O da onların müvəqqəti yaşamalarını nəzərə alıb evində yaşamalarına icazə verdi. Cavabdeh bu günə kimi Ağstafa rayonu, Molla-Cəfərli kəndində pasport qeydiyyatındadir. Qeyd edir ki, cavabdeh ona və mülkiyyətinə qarşı hiyləgərlik işlədərək mənzili əlidən almaq fikrindədir. Əlavə olaraq onu da qeyd edir ki, cavabdeh onun oğlu ilə ailə qurmamışdan əvvəl ərdə olmuş və iki övladı vardır. Bu cür şəxslə darısqal mənzildə birgə yaşaya bilmir. Cavabdehlə aralarında olan qeyri-sağlam münasibətlərə görə mülkiyyətində olan mənzildə yaşaya bilmir və ondan istifadə edə bilmir. Çünki cavabdehlə birgə yaşamaq qeyri-mümkündür. Cavabdeh oğlu Elşad Məmmədovla aralarında olan qeyri-saglam münasibətlər o həddə çatmışdır ki, onların arasında bağlanmış rəsmi nikah Ağstafa rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və gətnamə güvvəsinə minmişdir. Qeyd edildiyi kimi, Cavabdeh onun mənzilində yaşaması səbəbindən o ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamaq məcburiyyətindədir. Onun digər yaşayış sahəsi yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, ilk iddia üzrə İddiaçı cavabdeh tərəf olaraq ona qarşı “Yaşayış sahəsindən (mənzildən) çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun ünvan 3 ünvanından çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş edib. Aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə İddiaçı cavabdeh tərəf olaraq ona qarşı “Yaşayış sahəsindən (mənzildən) çıxarılma tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilərək onun ünvan 4 ünvanına köçürülməyi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçı oğlu X5 ilə 2005-cı ildə faktiki ailə münasibətlərinə daxil olmuş. Göstərilən tarixdən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanına köçmüşdür. Onların faktiki ailə münasibətlərindən 07 sentyabr 2006-cı il təvəllüdlü İddiaçı Elşad qızı doğulub. 16 iyun 2008-ci il tarixdən X5 ilə nikaha daxil olmuşdur. Ağstafa rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(015)-64А saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh olaraq ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsi təmin edilərək, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra 07 sentyabr 2006-cı il təvəllüdlü İddiaçı Elşad qızının anasının yanında qalması qət edilib. Hazırda ilk iddia üzrə İddiaçı cavabdeh tərəf olaraq ona qarşı “Yaşayış sahəsindən (mənzildən) çıxarılma tələb dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun ünvan 5 ünvanından çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş edib. İşin faktiki hallarından göründüyü kimi, o 2005-ci ildə mübahisələndirilən mənzilə gəlin köçmüş və həmin tarixdən fasiləsiz olarqa orada yaşayır. Bir müddət yaşadıqdan sonra cavabdehin mülkiyyətində olan mənzilin qarşısında 1 otaq və sanitar qovşaq inşa etmişdir. Həm həmin 1 otaqlı həm də sanitar qovşağın mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud deyil. Qeyd edilən 1 otaq və sanitar qovşağı şəxsi vəsaiti hesabına inşa etmiş, həmin tikililərin inşa edilməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirak etməmiş, heç vaxt həmin tikililərdə yaşamamışdır. Qeyd etdiyi tikililər inşa edilən tarixdən bu günədək onun və azyaşlı övladının faktiki olaraq istifadəsində olub, hazırda da, onların istifadəsindədir. İlk iddia üzrə İddiaçı onun mənzilin mülkiyyətində olan hissəsindən çıxarılmağını tələb etsə də, mənzilin artırılmış sənədsiz hissəsi barədə iddia ərizəsində qeyd aparmamışdır. X5 ona qarşı “nikahın pozulması tələbinə dair” iddia ərizəsində bu barədə aşağıdakı formada qeyd etmişdir: Göründüyü kimi, ilk iddia üzrə İddiaçı onun mənzilin çıxarışlı hissəsi ilə bərabər, özünün inşa etdiyi sənədsiz tikilidən də, çıxarılmağını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cii hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsində göstərilir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İşin faktiki hallarında və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, X5 ilə nikaha daxil olduqdan sonra ünvan 4 ünvana köçmüşdür. Mənzilin yeni yaşayış otağını və sanitar qovşağını şəxsi vəsaiti hesabına inşa etmişdir. Mənzildə fasiləsiz olaraq yaşayır. İlk iddia üzrə İddiaçı onun mübahisəli mənzildə yaşamağına maneçilik törədir. Odur ki, onun mübahisəli mənzilə köçürülməyi zəruridir. İlk iddia üzrə İddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi S.İbrahimxəlilov küçəsi 3 saylı evin 3 saylı mənzilinin artırılmış 1 otaq və 1 sanitar qovşağından çıxarılmağı barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi mülki mübahisənin qanuni həlli üçün ilk növbədə ilk iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlı deyil və bu səbəbdən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 026507 nömrəli, 30 dekabr 1999-cu il qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 1 Padamdart küçəsi 3 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin 2(015)-64/2021 saylı, 25.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş 7 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 140 nömrəli 12 mart 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında X5, X4, X3, İddiaçı qeydiyyatdadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh İddiaçı məxsus olan ünvan 1 qeydiyyatsız yaşayır. Məhkəmə aşağıdakı hüquq normalarına əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İlkin iddia üzrə cavabdehin əşyalarının iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qalması, mülkiyyətçinin Mülki Məcəllənin 152.1-ci maddəsində müəyyən edilmiş mülkiyyət hüququnun – yəni mülkiyyətçiyə mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu həyata keçirməyə maneələr yaradır. Ona görə də ilkin iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edib, mülkiyyətindən istifadədə yaradılan maneələrin aradan qaldırılmasını məhkəmə qaydasında tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki mülki işdə məhkəmə tərəfindən araşdırılmalı olan əsas məsələ cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmasına dair əsasların mövcud olub-olmamasıdır. Mülki işin faktiki hallarından və iş materiallarından aydın olduğu qədərilə iddiaçının oğlu ilə cavabdeh arasında ailə münasibətləri mövcud olmuşdur. 2021-ci il tarixdə nikahları pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında heç bir razılaşma olmadığına görə ümumiyyətlə istifadə hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ünvan 1 yaşaması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Belə olan halda ilkin iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən (mənzildən) çıxarılmalıdır. İşdə olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün ilkin iddia üzrə iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən (mənzildən) çıxarılsın. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1045/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1045/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver