Məhkəmə qərarları › İş №2(009)-1056/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1056/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1056/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Kostantinovnanın nümayəndəsi-vəkili X1 və qarşılıqlı iddia üzrə iddiaçı( ilkin iddia üzrə cavabdeh) Cavabdeh nümayəndə-vəkili X2 iştirakları ilə, İddiaçı Kostantinovnanın Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddia, həmçinin Cavabdeh İddiaçı Kostantinovnaya qarşı «mənzilə köçürülmə» barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Kostantinovna Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 mənzil 31 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı Kostantinovnaya qarşı «mənzilə köçürülmə» barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 mənzil 31 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki,ünvan 1 mənzil 31 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qızıdır və sözügedən mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Belə ki, cavabdeh ailə qurandan sonra ailə üzvləri ilə birlikdə Yasamal rayonu ərazisində yaşayır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişhdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı uzun illərdir ki, T.Nailovnanınünvan 1 mənzil 31 ünvanında yerləşən mənzildə yaşamasına maneçilik yaradır. T.Nailova dəfələrlə iddiaçıya bildirmişdir ki, onun başqa yaşayış yeri yoxdur. 2017-ci il tarixdə T.Nailova ailə həyatı qurmuşdur və nikahdan bir uşağı var. Onun ərinin yaşamağa yeri olmadığına görə və iddiaçı onların sözügedən mənzildə yaşamasına icazə vermədiyinə görə o, məcbur olaraq kirayə ev tutmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi-vəkili ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, həmçinin qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı ( ilkin iddia üzrə cavabdeh) qarşılıqlı iddia əizəsinə uyğun məzmunda ifadə verərək təmin edilməsi, ilkin iddiaya isə etiraz edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ÖM seriyalı 232034 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 mənzil 31 saylı mənzil İddiaçı Kostantinovnanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Mənzil-Kommunal Təsərrüfatı Birliyi 144 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 144 nömrəli arayışından məlum olur ki, ünvan 1 mənzil 31 saylı mənzildəİddiaçı Kostantinovna və Cavabdeh 2003-cü il tarixdən qeydiyyatdadırlar. 122 nömrəli xx xxxx 2017-ci il tarixli Müqavilədən görünür ki, X3 “xxxxxxxxxx” Firması ilə bağlamış olduğu müqaviləyə əsasən Bakı şəhəri, H.Hüseynov 2A küçəsində ümumi sahəsi 109.1 kv.m olan 112 saylı 2 otaqlı mənzili dəyərini ödəmək şərtilə əldə etməyi öhdəsinə götürmüşdür. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırki mübahisə predmeti olan ünvan 1 mənzil 31 saylı mənzilİddiaçı Kostantinovnanın adına hüquqi qeydiyyat keçmişdir və iş üzrə cavabdeh 2003-cü il tarixdə həmin mənzildə qeydiyyatdadır. Cavabdeh 2003-ci ildən həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq İddiaçı Kostantinovna ona mənzildən istifadə etməyə məneələr yaradaraq onu mənzilə buraxmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzildə 2003-cü ildən pasport qeydiyyatı olduğundan və 2000-ci il sentyabrın 1-dən sonra mübahisəli yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr məhz Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll olunmalı olduğundan, hazırda eyni qaydada öz həllini tapmalıdır. İşin hallarından göründüyü kimi, mülkiyyətçi ilə cavabdehin mübahisəli mənzil ilə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşmaları olmamış və axırıncılar, mübahisəli mənzildə 2003-cü ildə pasport qeydiyyatına alınmışlar. “Mülkiyyətçinin razılığı” müddəasına gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu izah edir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvlərinə — mülkiyyətçinin əri, arvadı, valideynləri, uşaqları aid edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilir ki, ünvan 1 mənzil 31 ilkin iddia üzrə iddiaçının mülkiyyətindədir və ilkin iddia üzrə iddiaçının qızı olan cavabdeh 2003-cü il tarixdən bu mənzilə pasport qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, cavabdehin əri artıq yeni mənzil almışdır və onların yaşamağa özlərinə məxsus əmlakları vardır. Belə olan halda cavabdehin mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalması, ilkin iddia üzrə iddiaçının bilavasitə mülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlak hüquqlarının məhdudlaşdırılması və ilkin iddia üzrə iddiaçıya əlavə xərclər yaratması kimi qiymətləndirilir. Belə olan halda cavabdehin ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 1 mənzil 31 saylı mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməklə yaşayış yeri üzrə axırıncının qeydiyyatının ləğv edilməsinə əsas olan məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında işin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə hesab edir ki, ilkiniddiaüzrəCavabdeh Bakı şəhəri, Səbailrayonu, Əziz Nəzərovküçəsi 7 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisinin ailə üzvü hesab edildiyindən, həmin mübahisəli mənzilə yaşayış hüququ əldə etmişdir. Lakin ilkin iddia üzrə cavabdehin əri başqa yaşayış yeri əldə etdiyindən və uzun müddətdir mübahisəli mənzildə yaşamadığından onun hazırki mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Ona görə də, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli evə köçürülmə hüququ təmin edilməməli, onun Bakı şəhəri, Səbailrayonu, Əziz Nəzərov küçəsi 7 saylı evin 31 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı işdə ilkin iddia tələbi təmin oluduğundan, qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumuilkin iddia üzrə cavabdehdən tutulub ona ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Kostantinovnanın Cavabdeh qarşı «istifadə hüququnun itirilmiş hesab edilməsi» barədə ilkin iddia tələbi təmin olunsun. Cavabdeh ünvan 1 mənzil 31 saylı yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh ünvan 1 mənzil 31 saylı yaşayış sahəsinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır İlkin iddia üzrə İddiaçı Kostantinovna tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı Kostantinovnadan alınıb Cavabdeh verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar