Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1064/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC qarşı “xx xxxxxx 2021-ci il tarixli İR-T-091 nömrəli və xx xxxxxx 2021-ci il tarixli İR-İÇ-228 nömrəli əmrlərin ləğv edilməsi, əvvəlki vəzifəyə işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ona dəymiş maddi 2000 manat, mənəvi zərərin əvəzi olaraq 2500 manat” ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1978-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1999-cu ildə başlamışdır. Bu illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə çalışmışdır. Əvvəllər çalışdığı işlərdən ayrılmağının səbəbləri başqa işə keçməyi olmuş və demək olar ki, yalnız öz xahişi ilə əmək müqavilələri ləğv olunmuşdur. Sonuncu iş yeri Cavabdeh ASC- də (işə qəbul zamanı Cavabdeh MMC idi) olmuşdur. Belə ki, xx.xx.2013-cü ildə ilk dəfə cavabdehlə əmək münasibətləri yarandı və o elektrik vəzifəsi üzrə işə qəbul olunmuşdu. Həmin ildə müddətli əmək müqaviləsi bağalnılmış və daha sonra hər dəfə müddət bitdikdə əmək müqaviləsi cavabdeh tərəfindən qanuna müvafiq qaydada uzadılmışdır. Məhz uzun müddət davam edən əmək münasibətləri zamanı tərəfindən üzərimə düşən əmək funksiyalarını layiqincə və peşəkarcasına yerinə yetirdiyinə görə əmək münasibətləri uzunmüddətli olmuş və məhz buna görə də 2017-ci ildən etibarən əmək müqaviləsi müddətsiz statusu almışdır. Qeyd etmək istəyir ki, o bu illər ərzində üzərinə düşən əmək funskiyalarını candan-başla, peşəkarcasına, vicdanla və keyfiyyətlə yerinə yetirmişdir. Müxtəlif vaxtlarda həm işəgötürən müəssisə tərəfindən, həm də öz təşəbbüsü ilə ixtisasının və peşəkarlığının artırılması məqsədilə müxtəlif ixtisas artırma kurslarda olmuşdur. Həmin kursları da uğurla bitirirərək bu haqda da müvafiq diplomlar almışdır. Lakin əmək müqaviləsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli İR-İÇ-288 nömrəli Əmr ilə birtərəfli qaydada, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas gətirərək xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi, intizam tənbehlərinin verilməsi barədə xx.xx.2020-ci il tarixli İR-T-088 nömrəli və xx.xx.2021-ci il tarixli İR-T-091 nömrəli əmrlər kimi gətirilmişdir. xx.xx.2020-ci il tarixli İR-T-088 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrin verilməsindən məlumatı olub, amma həmin əmrin verilməsi üçün hər hansı bir hüquqi əsas olmamışdır. Məsələ ilə bağlı ondan izah tələb olundu və o da məsələnin hansı səbəbindən baş verdiyini ətraflı izah etmişdi. Lakin obyektiv araşdırma aparılmamış və ədalətsiz qərar qəbul olunmuşdur. Hadisə ilə bağlı mühəndis Z.Feyzullayev təqdimat vermiş və müəssisələrinin “HR” xidməti isə tərəfindən qərar hazırlanmışdır. Amma o məsələnin ətraflı araşdırılması məqsədilə daxili komissiyanın keçirilməsini “HR” xidmətindən xahiş etsə də, komissiya keçirilməmiş və məsələ ətraflı, obyektiv olaraq araşdırılmamışdır. Buna maneə törədən şəxslər isə məhz, elektrikmühəndisi Z.Feyzullayev və “planlama və təmir” şöbəsinin müdiri (baş mühəndis) Sərdar Camdal idi. Çünki onlar bu sistemin Cavabdehal çaılışmasına, sistemin dayanaqlı olmasına bir başa cavabdehlik daşıyan şəxslərdi. Ona görə də, həmin məsələnin daxili komissiyanın müzakirəsinə gəlmədilər və həmin komissiyanın iclasının keçirilməməsinə dair təşəbbüs göstərməməyini Sərdar Camdalın göndərdiyi bir əməkdaşla ondan xahiş edilmişdir. Ona bildirmişdir ki, bu məsələ bununla bağlanılacaq və həmin problemlər qısa müddət ərzində aradan qaldırılacaqdır. Amma bu hadisədən sonra Sərdar Camdal ona qarşı yenidən hiylə işlədərək, süni şəkildə ona problemlərin yaradılması ilə gizli yolla məşğul olmuşdur. Müxtəlif yollarla “HR” xidmətinə təsir göstərərək öz xahişi ilə işdən çıxmaq haqqında ərizənin yazılmasını ondan təhdidlə istəmişdirlər. Hətta razı olmadığı halda onu başqa səbəblə, yəni “maddə” ilə işdən çıxarılacağı ilə açıq-aşkar həm Sərdar Camdal, həm də “HR” xidmətinin Ruslan adlı əməkdaşı təhdid etmişdirlər. Nəticə etibarı ilə “intizam tənbehin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli İR-T-091 nömrəli əmr əsasında işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmağına nail ola bilmişdirlər. Halbuki xx.xx.2021-ci il tarixində ona verilmiş intizam tənbehi haqqında məlumatlı olmamışdır (bu əmrin surəti ona verilməmişdir) və bu tənbehin verilməsi üçün fəaliyyətində hər hansı bir problem olmamışdır. Həmçinin qeyd etmişdir ki, CavabdehASC-nin rəhbəri cənab H.Sassenin bu biabırçılıq haqqında ümumiyyətlə xəbəri yoxdur. Əmindir ki, onun nəcə işçi olmağı haqqında ona doğru məlumat verilməmişdir. Hətta istisna olunmur ki, cənab H.Sasse müəsissənin rəhbəri olduğuna görə yuxarıda adı çəkdiyi bəzi işçilərin qərəzli mövqelərindən xəbəri olmamış və onun qanunsuz işdən çıxarılması haqqında əmrə imza ataraq məsələnin təfərrüatından tam məlumatlı olmamışdır. Çünki bildiyinə görə, cənab H.Sasse Azərbaycan dilini bilmir. Həmin əmr də azərbaycan dilində tərtib olunmuşdur. Hətta bildirmək istəyir ki, “HR” xidmətinin Ruslan adlı əməkdaş bu qanunsuz əmrin surətini ona vermək istəmirdi. Bütün bunlar hamısını bir daha sübut edir ki, ona qarşı qərəzli, qanunsuz birləşərək müəsissənin bəzi vəzifəli şəxsləri onun işdən azad olunmağına səbəbkar olmuşdurlar. Halbuki, “intizam tənbehin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli İR-T-091 nömrəli əmrin çıxarılması üçün əsas olan hallar mövcud olmadığı halda əmr çıxarılmış və nəticə etibarı ilə o qanunsuz işdən çıxarılmışdır. Ümimiyyətlə ona bu əmr haqqında həmin günü, yəni xx.xx.2021-ci il tarixində məlumat verilmişdir. Əgər həqiqətən də ona intizam tənbehinin verilməsi üçün hər hansı bir qanuni əsas olmuşdursa, niyə iştirakı ilə heç bir araşdırma aparılmamışdır, niyə vaxtında bu haqda ona məlumat verilməmişdir? Beləliklə, işdən çıxarılmağı haqqında əmrdə əsas kimi gətirilən xx.xx.2021-ci il tarixli İR-T-091 nömrəli əmrdən ümumiyyətlə məlumatı olmayıb və bu əmrin çıxarılması üçün əsas olmuş hallar haqqında da ümumiyyətlə xəbəri yoxdur. Bununla əlaqədar olaraq işində hər hansı bir nöqsan olmamış və gündəlik əmək funksiyalarının yetirilməsində kobud səhvə də yol verməmişdi. Əksinə üzərinə düşən öhdəlik tam həcmdə tərəfindən yerinə yetirilirdi. Ancaq yuxarıda qeyd etdiyi şəxslərin gözləri onu götürmədiklərinə görə, ona qarşı hiylə işlətmişdirlər. Bu da yolverilməzdir. Qanunsuz işdən çıxarılmağı ilə əlaqədar maddi təminatı sıfıra düşmüşdür. Himayəmdə 3 azyaşlı uşağı var və nəticə etibarı ilə həm o, həm də ailəsi maddi təminatdan qanunsuz olaraq məhrum olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum Cavabdehalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bundan başqa həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının Cavabdehal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1- maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsində göstərilir ki, Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 299-cu maddəsində deyilir ki, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Həmin Məcəllənin 300.1 -ci maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu izahat verərək bildirmişdir ki, ilkin intizam tənbehinin verilməsi üçün heç bir əsas olmamışdır, iddiaçının heç bir günahı olmamışdır. Sadəcə sonradan aparılan araşdırmalar nəticəsində güya günahın onda olduğu müəyyən edilmişdir. İddiaçı ilk dəfə bu məsələnin daxili intizam komissiyasına çıxarılmasını istəsə də, heç bir komissiya təşkil olunmamışdır. Beləliklə bu məsələ yaddan çıxmışdı. Sonradan həmin müəssisədə çalışan sahə rəislərindən biri iddiaçıya onun yaxşı bir işçi olduğunu bildirərək ona xəbərçilik etməsi ilə bağlı təklif etmişdir. İddiaçı isə öz növbəsində belə bir şey edə bilməyəcəyini bildirmişdir. Bundan sonra ona qarşı həmin sahə rəislərinin münasibəti dəyişmiş və daha sonra da iltizam tənbehi verilərək işdən uzaqlaşdırılmışdır. Lakin iddiaçının ucbatından heç bir bədbəxt hadisə baş verməmiş, istehsalatda axsaqlıq yaranmamışdır. İddiaçı elektrik vəzifəsində çalışır, o, verilən əmrləri yerinə yetirir. Özbaşına hər hansı bir əməliyyat aparmaq onun iş funksiyalarına aid deyil. İkinci intizam xətasını törətmədiyi üçün həmin əmr qanunsuz və əsassız olduğundan iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X7 izahat verərək bildirmişdir ki, ilk narazıçılıq olmuşdur xx xxxxxx 2020-ci il tarixdə. Tərəfin öz imzası ilə izahatından da görünür ki, səhlənkarlığı ucbatından sementin istehsalı dayandırılmışdır. İddiaçı özü öz səhvini boynuna aldığına görə mübahisə yaranmamışdır. İşdən uzaqlaşdırmaqdan söhbət getməmişdir. Sadəcə şiddətli töhmət verilmişdir. Üstündən 6 ay keçməmiş eyni hal təkrarlanır. Onunla birlikdə çalışan başqa bir ustanın-Həsənov Səxavətin izahatında qeyd olunmuşdur ki, “Nemətə ikinci sement dəyirman elevatorunu ayırmasını xahiş etdim, o isə səhvən birinci sement dəyiman elevatorunu ayırdı.” İddiaçı özü öz imzası ilə məzuniyyətə çıxmaq barədə ərizəsini təsdiq etmişdir. Müəssisə isə dərhal işdən çıxarmır, fikirləşir ki, araşdırma aparılmalıdır. İddiaçının məzuniyyət hüququnu pozmamaq məqsədi ilə məzuniyyət verilmişdir. Yəni ikinci tənbehin növü işdən uzaqlaşdırma olmuşdur. Məhkəmə proses iştirakçılarını izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı oğlu arasında bağlanmış 2013/176 saylı xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixədək həmin MMC-nin elektriki vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 2017/235 saylı xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı həmin MMCnin elektriki vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xx.xx.20xx xxxxxxx 2017/235 əmək müqaviləsinə dəyişiklikdən görünür ki, xx.xx.2020-ci il tarixdən İddiaçı əmək haqqı 1644 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC baş icraçı direktoru Henning Sasse tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli İR-İÇ-228 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün xx xxxxxxx 2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən ləğv edilmişdir. Əsas kimi İntizam tənbehinin verilməsi barədə xx xxxxxx 2020-ci il İR-T-088 nömrəli və xx xxxxxx 2021-ci il İR-T-091 nömrəli əmri olmuşdur. İş materiallarında olan intizam tənbehin verilməsi barədə İT-T-088 nömrəli, xx xxxxxx 2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı şiddətli töhmət verilmişdir. Əsas Elektrik təmiri üzrə Baş mühəndis X1 xx.xx.2020-ci il tarixli təqdimatı olmuşdur. İş materiallarında olan İR-T-091 nömrəli, xx xxxxxx 2021-ci il tarixli Nizam-intizam komissiyasına müraciət və qərar formasının təsdiqi barədə əmrdən görünür ki, İddiaçı intizam xətasına yol verməsi ilə bağlı xx xxxxxx 2021-ci il tarixli Nizam-intizam komissiyasına müraciət və qərar forması təsdiq olunmuşdur. İş materiallarında olan İR-ƏM-0016 nömrəli xx.xx.2021-ci il tarixli məzuniyyətə buraxılması barədə əmrdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 17 təqvim günü müddətinə ödənişli əmək məzuniyyəti verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı İR-T-091 nömrəli, xx xxxxxx 2021-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmri imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2021-ci tarixli işçinin səhvi nəticəsində sement istehsalı prosesi zamanı 1-ci sement dəyirmanında qəza duruşu ilə bağlı izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan mexanik Həsənov Səxavətin xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixində avadanlığa baxış keçirmək üçün elektrik İddiaçı 2-ci sement dəyirmanı elovatorunu ayırmasını xahiş etmişdi, o isə səhvən 1-ci sement dəyirman elovatorunu ayırıb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının Cavabdehal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. İntizam məsuliyyətinin növlərini nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehinin növlərindən biri və ən ağırıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC xx.xx.2021-ci il tarixli İR-İÇ-288 saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrində iddiaçının əmək funksiyasının və ya müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilsədə iş materiallarından tam sübuta yetirilmir və əmək müqaviləsini ƏM-nin 70-ci maddəsinin “ç bəndinə əsasən ləğv edilməsi tam əsassızdır. Belə ki, iş materiallarından görünür ki, X5 əmək müqaviləsinə xitam verilməsinin əsası kimi intizam tənbehinin verilməsi barədə xx xxxxxx 2020-ci il İR-T-088 nömrəli və xx xxxxxx 2021-ci il İR-T-091 nömrəli əmrlər göstərilmişdir. Lakin ilk əmrin verilməsinə əsas olan X5 izahatından görünür ki, instruman panolarda sığorta avtomatlarının adresləri aydın deyildir, UPS sığorta avtomatına xüsusi nişan və ya etiket vurulmamışdır. Kameraların dəqiq adresi sahədən olmadığını və panoda kameranın sığorta avtomatının yerini bilmədiyini Zöhrab bəyə bildirmişdir. İzahatı alan məsul şəxslər isə izahatda qeyd edilənlərlə bağlı heç bir tədbir görməmişlər. Həmçinin məhkəmə qeyd edir ki, İR-T-091 nömrəli, xx xxxxxx 2021-ci il tarixli əmrdə İddiaçı intizam xətasına yol verdiyi qeyd edilsə də iş materialları ilə bu hal tam sübuta yetirilmir. Belə ki, X3 xx.xx.2021-ci il tarixdə törətdiyi intizam pozuntusuna görə izahat 01 fevralda yazılması tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci tarixli aktlar mötəbər sayıla bilməz. Həmin aktlar həmin gün deyil, sonradan tərtib olunmuşdur. Aktlarda isə iddiaçının adı yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, işçiyə məlumat vermədən (xəbərdarlıq, bildiriş) İntizam Komissiyası keçirilmişdir. Əmək Məcəlləsının 186-cı maddəsındə əmək və icra intizamının pozulmasına görə dörd növdə intizam tənbehi müəyyən olunmuşdur və həmin maddənin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam xətasına yol verildiyi halda işəgötürən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini; törədildiyi şəraiti, ağırlıq dərəcəsini, habelə işçinin təqsirlilik dərəcəsini nəzərə almaqla qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən yalnız birini verə bilər. Bu qayda bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehinin verilməsini qadağan edir. Əgər intizam tənbehinin verilməsinə baxmayaraq, işçi əmək vəzifələrini icra etməməkdə və ya lazımi səviyyədə icra etməməkdə davam edərsə, ona yeni intizam tənbehi verilə bilər. Bu halda hətta onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-72-ci maddələrində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi, əmək müqaviləsinin ləğv olunması əsasları, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi halları konkret olaraq təsbit olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası qismən əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh ASC xx.xx.2021-ci il tarixli İR-T-091 və xx.xx.2021-ci il tarixli İR-İÇ-288 nömrəli əmrləri ləğv edilməli, İddiaçı oğlu məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC elektrik vəzifəsinə bərpa edilməlidir. Maddi ziyan tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi üçün bu hissədə təmin edilməməlidir. İddiaçı onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilməsi nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirtdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 500 manat hissəsində təmin olunmalı qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq işdən azad etməsi öz təsdiqini tapdığından iddiaçı əmək haqqı almaqdan məhrum olmaqla ona ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq Cavabdehalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC xx.xx.2021-ci il tarixli İR-T-091 və xx.xx.2021-ci il tarixli İR-İÇ-288 nömrəli əmrlər ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh ASC elektrik vəzifəsinə bərpa edilsin. Mənəvi ziyanın əvəzi kimi 500 manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1064/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1064/2021
19.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver