Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1066/2021 12.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi Ərizəçi və maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin” 15/558 nömrəli qərarının əlavəsi olan, 2 №li siyahısında göstərilən Ərizəçi oğlu adının, şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Ərizəçi adı kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin”, 15/558 nömrəli qərarı və qərarın 2 №li əlavəsinə əsasən, ərizəçinin adına “136 №li Ləiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı” üzrə bağ sahəsi verilmiş və 18 saylı Order ilə sonuncuya 0,12 ha torpaq sahəsi olan 3731 saylı bağ ayrılmışdır. Bağ sahəsi halhazıradək ərizəçinin istifadəsindədir. Bağ sahəsi üzrə mülkiyyət hüquqlarını sənəsləşdirmək istəyərkən məlum olmuşdur ki, hüquqmüəyyənedici sənədlər arasında uyğunsuzluq vardır. Belə ki, orderdə ərizəçinin adı Nəcəf Əli, arxiv arayışında isə Nəcəf kimi qeyd olunur. Məhkəmə iclasında iştirak edən ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər maraqlı şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan: ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X2r. AZE ******** saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin” 15/558 nömrəli qərarından Arxiv Çıxarışının surətindən görünür ki, həmin qərarda ərizəçinin ad, soyad və ata adı Ərizəçi oğlu kimi qeyd edilmişdir. Bakı şəhər İH X1 İnkişafı və İstismarı Birliyinin 18 saylı orderinin surətindən görünür ki, Ərizəçi Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 3731 saylı bağ ayrılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olundu ki, xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin” 15/558 nömrəli qərarında ərizəçinin ad, soyad və ata adı yalnışlıqla Ərizəçi oğlu kimi qeyd edilmişdir. Ərizəçinin adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin doğum haqqında şəhadətnamədə göstərilən həqiqi adı və doğum tarixi nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçiyə verilmiş 340436 saylı təkrar Doğum haqqında Şəhadətnamədə, xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin” 15/558 nömrəli qərarında qeyd olunan Ərizəçi oğlunun - Ərizəçi ilə eyni şəxs olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307- 308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. AЗ № ******* saylı Doğum haqqında Şəhadətnamədə və AZE ******** saylı Şəxsiyyət Vəsiqəsində qeyd olunan Ərizəçi müvafiq olaraq - xx.xx.1990-cı il tarixli “Bakı şəhər X4 İcraiyyə Komitəsinin” 15/558 nömrəli qərarında qeyd olunan Ərizəçi oğlu ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1066/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1066/2021
12.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver