Məhkəmə qərarları › İş №2(009)-1067/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1067/2025

30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1067/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X7 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ünvan 3fisinə qarşı “müqavilənin rəsmiləşdirilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ünvan 3fisinə qarşı “müqavilənin rəsmiləşdirilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin Tamirazova (İvanova) Natalya İvanovnanın razılığı alınmadan özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovna arasında xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Bakı şəhəri Səadət Sarayında nikahın bağlanması aktları qeydləri kitabında 1786 nömrə ilə nikah qeydə alınmışdır. Lakin Tamirazova (İvanova) Natalya İvanovna nikah rəsmiləşdirildikdən qısa müddət sonra Azərbaycan Respublikasını tərk etmiş və İddiaçı ilə heç bir əlaqəsi olmamışdır. İddiaçı xx.xx.2016-cı ildə ünvan 4erləşən 45 saylı ev və 0.03 ha torpaq sahəsi və xx.xx.2019-cu ildə ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilə mülkiyyət hüququ əldə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-575/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Tamirazova (İvanova) Natalya (Natali) İvanovna arasında Bakı şəhəri Səadət Sarayında 10 iyul 1990-cı il tarixdə 1786 nömrə ilə qeydə alınmış nikah pozulmuş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 4erləşən 45 saylı ev və 0.03 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 72 saylı mənzili özgəninkiləşdirmək məqsədlə, ünvan 3fisinə müraciət etsə də imtina edilmişdir. ünvan 3fisinin notariusu xx.xx.2025-ci il tarixli, 2/139 saylı imtina məktubu verərək, ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil birgə nikah dövründə əldə edildiyindən qeyd olunan əmlaklara sərəncam verilən zaman Tamirazova (İvanova) Natalya (Natali) İvanovnanın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin zəruri olması göstərilmişdir. Hesab edir ki, ünvan 3fisinin imtinası qanunsuzdur. Sözügedən əmlaklar barədə İddiaçı sərəncam verə bilməməsi mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. İddiaçı Natalya Tamirazova ilə rəsmi nikah münasibətlərində olsa da, ailə münasibətlərinə 34 ildir ki, xitam verib. Tərəflər birgə təsərrüfat aparmayıb. Sərhədkeçmə hesabatına baxış keçirildikdə Natalya Tamirazovanın bu illər ərzində Azərbaycana gəlmədiyi müəyyən olunur. Sözügedən torpaq sahəsi və evlər birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilməyib. Qanunvericilik tərəflər rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Bu səbəbdən, ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin Tamirazova (İvanova) Natalya İvanovna razılığı alınmadan özgəninkiləşdirilməsinin (alqı-satqı, bağışlama müqaviləsinin və.s) rəsmiləşdirilməsi öhdəliyinin ünvan 3fisinin üzərinə qoyulması iddiaçının mülkiyyət hüququnun bərpası üçün zəruridir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümyəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçı tərəfin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. xx.xx.1995-ci il tarixli Suraxanı rayon icra hakimiyyəti başçısının nümayəndəsi ilə İddiaçı arasında bağlanmış Müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil əvəzsiz olaraq İddiaçı verilir. AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1958-ci il təvəllüdlü Tamirazova(İvanova) Natalya (Natali) İvanovnanın qeyd olunan pasport məlumatları əsasında olduğu yer üzrə qeydiyyata alınma və müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1958-ci il təvəllüdlü Tamirazova(İvanova) Natalya (Natali) İvanovnanın xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. 5 saylı Bakı şəhəri ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Səadət Sarayı tərəfindən qeydə alınmış 1786 saylı akt qeydinə əsasən İddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovna arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. Qeyd edilən nikahdan İddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovnanın ümumi uşaqlarının doğulması barədə doğum haqqıında akt qeydi aşkarlanmadı. Suraxanı rayon Məhkəməsinin 2(010)-575/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Tamirazova (İvanova) Batalya (Natali) İvanovna arasında bağlanmış 10 iyul 1990-cı il tarixli nikah pozulmuşdur. XVİ-ЖГ № 321510 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təmirazova Ayşən Eldar qızı 10 iyun 1991-ci il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X3r. XVİİİ-ЖГ № 297458 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 30 may 1993-cü il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X3r. 13 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, iddiaçı ilə faktiki olaraq 1990-cı ilin sonlarından nikahdadırlar. Faktiki nikahdan 2 qız övladları var. Tamirazova (İvanova) Natalya İvanovnanı tanımır, heç vaxt əlaqələri olmamış və görməmişdirlər. Sadəcə onun iddiaçı ilə qısa müddət ərzində evli olduqları barədə məlumatlıdır. 1990-cı ildən indiki vaxta kimi iddiaçı ilə bir yerdə yaşayırlar. 13 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, iddiaçı onun atasıdır. Tamirazova (İvanova) Natalya İvanovnanı tanımır, heç vaxt əlaqələri olmamış və görməmişdirlər. Atası ilə onlar daimi olaraq həmişə bir yerdə yaşamışlar. 13 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən Təmirazova Ayşən Eldar qızı bildirmişdir ki, iddiaçı onun atasıdır. Tamirazova (İvanova) Natalya İvanovnanı tanımır, heç vaxt əlaqələri olmamış və görməmişdirlər. Atası ilə onlar daimi olaraq həmişə bir yerdə yaşamışlar. İddiaçı məhkəməyə müraciət edərək qeyd edir ki, Tamirazova (İvanova) Natalya İvanovna ilə 1990-cı il tarixdə nikaha daxil olmuşdur. 2016-cı il tarixdə ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsini, 1995-ci il tarixdə isə ünvan 1 ünvanında yerləşən 72 saylı mənzili əldə etmişdir. Sözügedən əmlakları özgəninkiləşdirmək üçün notariat ofisinə müraciət etməsinə baxmayaraq, notariat orqanı həmin əmlakların birgə nikah dövründə əldə edilməsi əsası ilə müqaviləni rəsmiləşdirməkdən imtina etmişdir. Halbuki iddiaçı cavabdehlə rəsmi nikahda olmasına baxmayaraq, 34 il öncə münasibətlərinə xitam verib. Bu səbəbdən qeyd edilən əmlakların Tamirazova (İvanova) Natalya İvanovna ilə birgə nikahda olduğu dövr ərzində əldə edilməyən əmlakları olduğunu hesab edir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd edilir ki, ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə işin hallarını yuxarıda qeyd olunan maddi hüququ normalarına istinadən qiymətləndirərək qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən əmlakın birgə nikah dövründə əldə edilən əmlak hesab edilməsi üçün həmin əmlak ər-arvadın nikah müddətində əldə olunmaqla yanaşı eyni zamanda ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Hazırki işdə sözügedən əmlaklardan ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil işdə olan sübutlardan göründüyü kimi əvəzsiz olaraq iddiaçı tərəfindən əldə edilmişdir. Ailə qanunvericiliyinin tələbinə əsasən əvəzsiz əqdlər üzrə əldə edilmiş əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti sayılır. Bu səbəbdən sözügedən əmlak iddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovnanın birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməməklə iddiaçının əmlakı sayılmalıdır. ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi isə iddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovnanın birgə nikah dövründə iddiaçı tərəfindən əldə edilməsinə baxmayaraq işdə olan sübutlarla həmin əmlakın da tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olmadığı öz təsdiqini tapır. Belə ki, işdə olan AR Dövlət Miqrasiya və Dövlət Sərhəd Xidmətinin məlumatlarından görünür ki, Tamirazova (İvanova) Natalya İvanovna ən tezi 2002-ci il tarixdən sonra Azərbaycan Respublikasına giriş etməmişdir. Buradan da görünür ki, tərəflər ötən illər ərzində birgə təsərrüfat aparmamışdırlar. Eyni zamanda şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı 1990-cı ildə X6 ilə faktiki nikaha daxil olmuş və onların bu nikahdan 2 övladları anadan olmuşdur. İddiaçı X6 ilə həmin vaxtdan indiki vaxta kimi faktiki ailə münasibətlərində olmaqla daimi olaraq bir yerdə yaşayırlar. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovna 2024-cü il tarixə kimi rəsmi nikahda qalmaqlarına baxmayaraq ötən müddət ərzində ailə kimi bir yerdə yaşamamış və birgə təsərrüfat aparmamışdırlar. Onların nikahı sadəcə rəsmiyyatda olmaqla faktiki olaraq ailə münasibətlərinə keçməmişdir. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil və ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi iddiaçı ilə Tamirazova (İvanova) Natalya İvanovnanın birgə nikahı dövründə əldə etdikləri əmlak hesab edilməməli və həmin əmlaklar barəsində iddiaçının Tamirazova (İvanova) Natalya İvanovnanın razılığı olmadan sərəncam vermək hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4erləşən 45 saylı evi və 0.03 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən 72 saylı mənzilin Tamirazova (İvanova) Natalya İvanovnanın razılığı alınmadan özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi hərəkətlərinin aparılması ünvan 3fisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar